Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-674/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dondurulmuş məbləğin silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin **********A0031 saylı elektrik enerjisinin abonent kodu üzrə dondurulmuş 185.17 (yüz səksən beş manat on yeddi qəpik) manat məbləğinin silinməsi və "xxxx" ASC-nin kompüter məlumat bazasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini təsdiq edərək izahatında bildirmişdir ki, o, 12 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili alğı-satqı yolu ilə əldə etmişdir. Sonra mənzilin kommunal ödənişlərinin (su, qaz, işıq və s.) öz adına olması məqsədilə əhali istehlakçılarının ad dəyişdirilməsi ilə bağlı “Asan Kommunal” mərkəzində yerləşən "xxxx" ASC-nin şöbəsinə müraciət etmişdir. Orada ona məlum oldu ki, 2001- 2007-ci illər ərzində həmin mənzilin tanımadığı şəxsin adında olan 185,17 (bir yüz səksən beş manat on yeddi qəpik) manat işıq borcu yaranmışdır. Bu səbəbdən mərkəzdə ona istehlakçı adının dəyişdirilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" ASC-yə 01 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilin 2001-2007-ci illər ərzində və o, mənzili almamışdan əvvəl yaranmış **********A0031 abonent kodu üzrə, hal-hazırda dondurulmuş olan 185,17 (bir yüzsəksən beş manat on yeddi qəpik) manatın silinməsini xahiş etmişdir. Məktubuna cavab olaraq "xxxx" ASC 11 noyabr 2022-ci il tarixli 01 99/O-064/8946 saylı məktubla bildirmişdir ki, **********A0031 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında abunə vərəqinin təhlil edildiyi, 185,17 manat məbləğində borcun xx.xx.2002-ci il tarixinə qədər mənzildə istehlak edildiyini, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğunun müəyyənləşdirildiyi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.22-ci maddəsinə əsasən Abonentin mənzildən və ya qeyri-yaşayış sahəsindən köçərkən, həmin mənzilin və ya qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisinin sərfinə görə borcunun olmaması barədə enerjitəczihatı müəssisəsinin arayışını tələb etməli və abunə vərəqinin təhlili zamanı qeyd olunan arayışın öz əksini tapmadığı bildirilmişdir. Göründüyü kimi həmin debitor borcun haradan yaranması barədə əsaslı sübut göstərilməmişdir. Həmin borcun 2002-ci il tarixinədək əvvəlki dövrlərdə yarandığı nəzərə alınsa, sonrakı dövrlərdə edilmiş aylıq ödənişlərdən həmin debitor (qalıq) borcun çıxılmama əsası göstərilməmişdir. Həmçinin, borcun köhnə tarixdə yarandığı nəzərə alınsa, artıq həmin borc onun adından silinməli və "xxxx" ASC-nin kompüter məlumat bazasından çıxarılmalıdır. Qanunvericiliyin tələbinə əsasən hər ilin sonunda istehlakçının debitor borcu hesablanmalı və bu borc barədə istehlakçıya bildiriş göndərilməlidir, lakin ona heç vaxt hər hansı borc barədə bildiriş göndərilməmişdir. Hesab edilir ki, ona məxsus mənzilə dair hesablanmış köhnə borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 11 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, **********A0031 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, 185.17 manat məbləğində borcun xx.xx.2002-ci il tarixinə qədər mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 148, M1, mənzil 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «X1 qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Beləliklə, iş materiallarından göründüyü kimi ünvan 2 tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Sözügedən 185.17 manat borc isə əvvəlki dövr, yəni xx.xx.2002-ci tarixinə qədər mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış borca aiddir. Belə olan halda məhkəmə hesab edir ki, 185.17 manat borc pul İddiaçı tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kımi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin **********A0031 saylı elektrik enejisinin abonent kodu üzrə dondurulmuş 185.17 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-674/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-674/2023
06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver