Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-676/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B0026/24 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3660 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 15 Pro 128GB - məhsulu 12 ay müddətinə, hər ay 305 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2024-cü il tarixli, B0026/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3355 (üç min üç yüz əlli beş) manat təşkil edir. Bundan əlavə, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, B0061/24 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3660 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 15 Pro 128GB -məhsulu 12 ay müddətinə, hər ay 305 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2024-cü il tarixli, B0061/24 nömrəli müqavilə üzrə ödənilməmiş borc 3460 (üç min dörd yüz altmış) manat təşkil edir. Sözügedən xx.xx.2024-cü il tarixli, B0001/24 nömrəli və xx.xx.2024-cü il tarixli B0061/24 nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərlərinə götürmüşdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh xx.xx.2024-cü il tarixli B0001/24nömrəli müqavilə üzrə ödənilməmiş borca (3355 AZN) görə 320 (üç yüz iyirmi) manat və xx.xx.2024-cü il tarixli B0061/24 nömrəli müqavilə üzrə ödənilməmiş borca (3460 AZN) görə 340 (üç yüz qırx) manat cərimə məbləğlərini tələb edir. Göstərilənlərə əsasən Cavabdeh - xx.xx.2024-cü il tarixli B0001/24 nömrəli müqavilə üzrə 3355 manat ödənilməmiş əsas borc və 320 manat cərimə məbləği olmaqla cəmi 3675 manat; xx.xx.2024-cü il tarixli B0061/24 nömrəli müqavilə üzrə 3460 manat ödənilməmiş əsas borc və 340 manat cərimə məbləği olmaqla cəmi 3800 manat; ümumilikdə 7475 (yeddi min dörd yüz yetmiş beş) manat borcun, habelə dövlət rüsumu əvəzi ödənilmiş 94.75 (doxsan dörd, 75 qəpik) manat məbləğin tutularaq İddiaçıRamiz oğlunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 4.Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nəsirov X1 Buqday Ramiz oğlu ilə bağlamış olduğu xx.xx.2024-cü il tarixli, B0026/24 saylı və xx.xx.2024-cü il tarixli, B0061/24 saylı nisyə satış müqavilələrinə əsasən iki ədəd 15 Pro 128GB məhsul əldə etmiş, nəticədə hər iki müqavilə üzrə 3355 manat əsas borc, 320 manat cərimə borcu və 3460 manat əsas borc, 340 manat cərimə borcu olmaqla, cəmi 7475 manat məbləğində borcu yaranmışdır. a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B0026/24 saylı nisyə satış müqaviləsinə əsasən satıcı tərəfindən 3660 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 15 Pro 128GB məhsul 12 ay müddətinə, hər ay 305 manat ödənilmək şərtilə alıcıya nisyə satılmış, alıcı isə bu müqavilə ilə müəyyən olunmçuş qaydada ödəmə cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, B0026/24 saylı müqavilə üzrə gecikdirilmiş əsas məbləğ 3355 manat, cərimə məbləği 4797.65 manat, tələb olunan cərimə məbləği 320 manat olmaqla tələb olunan cəmi məbləğ 3675 manat təşkil edir. 9.Mülki işin materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B0061/24 saylı nisyə satış müqaviləsinə əsasən satıcı tərəfindən 3660 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 15 Pro 128GB məhsul 12 ay müddətinə, hər ay 305 manat ödənilmək şərtilə alıcıya nisyə satılmış, alıcı isə bu müqavilə ilə müəyyən olunmçuş qaydada ödəmə cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, B0061/24 saylı müqavilə üzrə gecikdirilmiş əsas məbləğ 3460 manat, cərimə məbləği 4152 manat, tələb olunan cərimə məbləği 340 manat olmaqla tələb olunan cəmi məbləğ 3800 manat təşkil edir. 10.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanan “öhdəliklərin icra edilməsi barədə” xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə yaranmış borcun 5 gün müddətində ödəmədiyi təqdirdə nisyə satış müqaviləsi üzrə yaranmış borc və cərimə məbləği ilə birlikdə ondan tutulması barədə aidiyyatı məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdar edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 13.Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 14.Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 16.Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 17.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 18.Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, B0026/24 nömrəli müqavilə üzrə 3355 (üç min üç yüz əlli beş) manat ödənilməmiş əsas borc və 320 (üç yüz iyirmi) manat cərimə məbləği olmaqla cəmi 3675 (üç min altı yüz yetmiş beş) manat borc və xx.xx.2024-cü il tarixli, B0061/24 nömrəli müqavilə üzrə isə 3460 (üç min dörd yüz altmış) manat ödənilməmiş əsas borc və 340 (üç yüz qırx) manat cərimə məbləği olmaqla cəmi 3800 (üç min səkkiz yüz) manat olmaqla; ümumilikdə 7475 (yeddi min dörd yüz yetmiş beş) manat borc tutularaq İddiaçı verilməlidir. 19.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia qaldırılması üçün ödənilən 94.75 (döxsan dörd manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 23.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, B0026/24 nömrəli müqavilə üzrə 3355 (üç min üç yüz əlli beş) manat ödənilməmiş əsas borc və 320 (üç yüz iyirmi) manat cərimə məbləği olmaqla cəmi 3675 (üç min altı yüz yetmiş beş) manat borc və xx.xx.2024-cü il tarixli, B0061/24 nömrəli müqavilə üzrə isə 3460 (üç min dörd yüz altmış) manat ödənilməmiş əsas borc və 340 (üç yüz qırx) manat cərimə məbləği olmaqla cəmi 3800 (üç min səkkiz yüz) manat olmaqla; ümumilikdə 7475 (yeddi min dörd yüz yetmiş beş) manat borc və ödənilmiş 94.75 (döxsan dörd manat, yetmiş beş qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-676/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-676/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver