Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-682/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ KOD **********78233 SAMSUNG GALAXY NOTE 10 MARKALİ TELEFON VƏ NEVRESİM TAKİMİ - TEKSTİL, QAZAN DƏSTİ SHOSMA SOBA SAMSUNG, JBL GO 2 SƏS GÜCLƏNDİRİCİ, MULTİBİŞİRİCİ REDMOND, TOZSORAN PHİLİPS almış və nəticədə iddiaçıya 3557 (üç min beş yüz əlli yeddi) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2625(iki min altı yüz iyirmi beş) manat (yəni 12 ay x 203 manat + 189 manat ilkin ödəniş) İMEİ KOD **********78233 SAMSUNG GALAXY NOTE 10 MARKALİ TELEFON üçün ümumilikdə, 1929 (bir min doqquz yüz iyirmi doqquz) manat olmaqla, ondan 1754 (bir min yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 175 (bir yüz yemiş beş) manat miqdarında cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2244 (iki min iki yüz qırx dörd) manat (yəni 12 ay x 187 manat + 0 manat ilkin ödəniş) NEVRESİM TAKİMİ - TEKSTİL, QAZAN DƏSTİ SHOSMA SOBA SAMSUNG, JBL GO 2 SƏS GÜCLƏNDİRİCİ, MULTİBİŞİRİCİ REDMOND, TOZSORAN PHİLİPS üçün ümumilikdə, 1628 (bir min altı yüz iyirmi səkkiz) manat olmaqla, ondan 1480 (bir min dörd yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 148 (bir yüz qırx səkkiz) manat miqdarında cərimə hesablanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci ildir. Cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1635 manat təşkil edir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyanın təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, iddiaçı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********78233 SAMSUNG GALAXY NOTE 10 MARKALİ TELEFON üçün 1754 (bir min yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, 175 (bir yüz yetmiş beş) manat miqdarında cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh NEVRESİM TAKİMİ - TEKSTİL, QAZAN DƏSTİ SHOSMA SOBA SAMSUNG, JBL GO 2 SƏS GÜCLƏNDİRİCİ, MULTİBİŞİRİCİ REDMOND, TOZSORAN PHİLİPS üçün 1480 (bir min dörd yüz səksən) manat ödənilməmiş hissə, 148 (bir yüz qırx səkkiz) manat miqdarında cərimə, ümumilikdə 3557 (üç min beş yüz əlli yeddi) manat məbləğində borcu və 55.57 (əlli beş manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01081794 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “İMEİ KOD **********78233 SAMSUNG GALAXY NOTE 10 (SM-N970) markalı telefonu və xx.xx.2019-cu il tarixli, 01058667 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “NEVRESİM TAKİMİ - TEKSTİL, QAZAN DƏSTİ SHOSMA SOBA SAMSUNG, JBL GO 2 SƏS GÜCLƏNDİRİCİ, MULTİBİŞİRİCİ REDMOND, TOZSORAN PHİLİPS”i Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktından görünür ki, 01081794 saylı müqavilə üzrə Cavabdeh “İMEİ KOD **********78233 SAMSUNG GALAXY NOTE 10 (SM-N970) markalı telefonu, xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktından görünür ki, 01058667 saylı müqavilə üzrə Cavabdeh “NEVRESİM TAKİMİ - TEKSTİL, QAZAN DƏSTİ SHOSMA SOBA SAMSUNG, JBL GO 2 SƏS GÜCLƏNDİRİCİ, MULTİBİŞİRİCİ REDMOND, TOZSORAN PHİLİPS”i tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan 24 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1754 manat ödənilməmiş məbləğ, 175 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1480 manat ödənilməmiş məbləğ, 148 manat cərimə borcu olmaqla, ümumilikdə 3557 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 55.57 (əlli beş manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmış, müqavilələr və onlara əlavələrə əsasən, iddiaçı “İMEİ KOD **********78233 SAMSUNG GALAXY NOTE 10 MARKALİ TELEFON VƏ NEVRESİM TAKİMİ - TEKSTİL, QAZAN DƏSTİ SHOSMA SOBA SAMSUNG, JBL GO 2 SƏS GÜCLƏNDİRİCİ, MULTİBİŞİRİCİ REDMOND, TOZSORAN PHİLİPS”-i cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1754 manat ödənilməmiş məbləğ, 175 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1480 manat ödənilməmiş məbləğ, 148 manat cərimə borcu olmaqla, ümumilikdə 3557 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqaviləyə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 467ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 175 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 88 manat məbləğinədək azaldılmalı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 148 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 74 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01081794 saylı müqavilə üzrə 1754 (bir min yeddi yüz əlli dörd) manat ödənilməmiş məbləğ, 88 (səksən səkkiz) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 01058667 saylı müqavilə üzrə 1480 (bir min dörd yüz səksən) manat ödənilməmiş məbləğ, 74 (yetmiş dörd) manat cərimə borcu olmaqla, cəmi 3396 (üç min üç yüz doxsan altı) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 55.57 (əlli beş manat əlli yeddi qəpik) manat dövlət rüsumunun 53.30 (əlli üç manat otuz qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 2.27 (iki manat iyirmi yeddi qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1754 (bir min yeddi yüz əlli dörd) manat ödənilməmiş məbləğ, 88 (səksən səkkiz) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1480 (bir min dörd yüz səksən) manat ödənilməmiş məbləğ, 74 (yetmiş dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 3396 (üç min üç yüz doxsan altı) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 55.57 (əlli beş manat əlli yeddi qəpik) manat dövlət rüsumunun 53.30 (əlli üç manat otuz qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 2.27 (iki manat iyirmi yeddi qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-682/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-682/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver