Məhkəmə qərarları › İş №e-2(006)-697/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-697/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-697/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann kondisioner üçün 478.4 (dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 47.6 (qırx yeddi manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********45546 Xiaomi Redmi 10 markalı telefon üçün 423.95 (dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 42.05 (qırx iki manat beş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21461 Xiaomi Redmi 10 markalı telefon üçün qiyməti 530.04 (beş yüz otuz manat, dörd qəpik) manat ödənilməmiş hissə, 53.96 (əlli üç manat, doxsan altı qəpik) manat cərimə; ümumilikdə 1576 (min beş yüz yetmiş altı) manat borc və 35.76 (otuz beş manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Kondisioner, İmei kodu **********45546 Xiaomi Redmi 10 markalı telefon, İmei Kodu **********21461 Xiaomi Redmi 10 markalı telefon almış və nəticədə 1576 (min beş yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 685.8 (altı yüz səksən beş manat səksən qəpik) manat (18 ay x 38.1 manat + 0 manat ilkin ödəniş) Hoffmann Kondisioner üçün ümumilikdə, 526 (beş yüz iyirmi altı) manat olmaqla ondan 478.4 (dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.6 (qırx yeddi manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 529.95 (beş yüz iyirmi doqquz manat doxsan beş qəpik) manat (12 ay x 42.84 manat + 15.87 manat ilkin ödəniş) İmei kodu **********45546 Xiaomi Redmi 10 markalı telefon üçün ümumilikdə 466 (dörd yüz altmış altı) manat olmaqla ondan, 423.95 (dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.05 (qırx iki manat beş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 530.04 (beş yüz otuz manat dörd qəpik) manat (12 ay x 44.17 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********21461 Xiaomi Redmi 10 markalı telefon üçün ümumilikdə, 584 (beş yüz səksən dörd) manat olmaqla ondan, qiyməti 530.04 (beş yüz otuz manat dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.96 (əlli üç manat doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 313.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 685.8 (altı yüz səksən beş manat səksən qəpik) manat (18 ay x 38.1 manat + 0 manat ilkin ödəniş) Hoffmann Kondisioner üçün ümumilikdə, 526 (beş yüz iyirmi altı) manat olmaqla ondan 478.4 (dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.6 (qırx yeddi manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı 529.95 (beş yüz iyirmi doqquz manat doxsan beş qəpik) manat (12 ay x 42.84 manat + 15.87 manat ilkin ödəniş) İmei kodu **********45546 Xiaomi Redmi 10 markalı telefon üçün ümumilikdə 466 (dörd yüz altmış altı) manat olmaqla ondan, 423.95 (dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.05 (qırx iki manat beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 530.04 (beş yüz otuz manat dörd qəpik) manat (12 ay x 44.17 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********21461 Xiaomi Redmi 10 markalı telefon üçün ümumilikdə, 584 (beş yüz səksən dörd) manat olmaqla ondan, qiyməti 530.04 (beş yüz otuz manat dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.96 (əlli üç manat doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Hoffmann kondisionerin aylıq ödənişi 38.1 manat, İmei kodu **********45546 Xiaomi Redmi 10 markalı telefonun aylıq ödənişi 42.84 manat və İmei kodu **********21461 Xiaomi Redmi 10 markalı telefonun aylıq ödənişi isə 44.17 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilələrin şərtlərini pozaraq, müqavilələrdə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35.76 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 (otuz) + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində hesablanır. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35 (otuz beş) manat 76 (yetmiş altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann kondisioner üçün 478.4 (dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 47.6 (qırx yeddi manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********45546 Xiaomi Redmi 10 markalı telefon üçün 423.95 (dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 42.05 (qırx iki manat beş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21461 Xiaomi Redmi 10 markalı telefon üçün qiyməti 530.04 (beş yüz otuz manat, dörd qəpik) manat ödənilməmiş hissə, 53.96 (əlli üç manat, doxsan altı qəpik) manat cərimə; Ümumilikdə 1.576 (min beş yüz yetmiş altı) manat borc və 35.76 (otuz beş manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar