Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-705/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı şəhadətnamənin, dövlət reyestrindən çıxarışın, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və vəsiyyətnamə əsasında tam payda mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018 ci il tarixində Bakı şəhəri 22 saylı notariat ofisində “2V-14" Reyestr nömrəsi ilə mərhum X4 mülkiyyət hüquq ilə məxsus olmuş Bakı şəhəri , Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzilə dair tam pay hüquq ilə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şahadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzilə dair tam pay hüquq ilə Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli, **********25-05101- 093039 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh3 ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzilə dair xx.xx.2018 ci il tarixli Cavabdeh4 arasında bağlanmış Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 B saylı evdə yerləşən 5 saylı mənzil və “Mercedes Benz-E220" markalı, ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində xx.xx.2003-cü il tarixdə “2V-İ-143" reyestr nömrəsi ilə Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında tam payda mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək, qeyd etdi ki, hazırda qarşı tərəflə razılıq əldə edilmiş və mübahisəyə dair barışıq sazişi bağlamışlar. İddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı ilə razılığa gəliblər. Belə ki, barışıq sazişində əmlakları öz aralarında bölüşdürüblər. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:
1. 1.Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Həbibə Miriyeva) icraatında olan e-2(006)-705/2025 nömrəli mülki iş üzrə keçirilən məhkəmə prosesi zamanı iddiaçı və cavabdeh arasında miras əmlaka dair mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.
2. Mübahisə tərəfləri (iş üzrə iddiaçı və cavabdeh) bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. Tərəf (iddiaçı) - İddiaçı (Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******) Tərəf (cavabdeh) - X6 (Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******)
3. Mübahisənin qarşılıqlı razılıq əsasında həlli üçün Tərəflər aşağıdakılar barədə razılığa gəldilər: a) X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüququ əsasında X5 tam payda mülkiyyət hüququ müəyyən edilir. b) X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 B saylı evdə yerləşən 5 saylı mənzil və “Mercedes Benz-E220” markalı, ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində xx.xx.2003-cü il tarixdə , “2V-İ-143" reyestr nömrəsi ilə Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında İddiaçı tam payda mülkiyyət hüququ müəyyən edilir.
4. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
5. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
6. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
7. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə məhkəmədə təsdiq edildiyi gündən on beş gün müddətində könüllü şəkildə icra olunmalıdır.
8. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
10. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
11. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi tərəflər öz aralarında barışıq sazişi bağlamaqla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 B saylı evdə yerləşən 5 saylı mənzil və “Mercedes Benz-E220” markalı, ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə bağlı razılığa gəlmişlər və ona görə də həmin tələbə aid hissədə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Həbibə Miriyeva) icraatında olan e-2(006)-705/2025 nömrəli mülki iş üzrə keçirilən məhkəmə prosesi zamanı iddiaçı və cavabdeh arasında miras əmlaka dair mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.
2. Mübahisə tərəfləri (iş üzrə iddiaçı və cavabdeh) bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. Tərəf (iddiaçı) - İddiaçı (Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******) Tərəf (cavabdeh) - X6 (Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AA*******)
3. Mübahisənin qarşılıqlı razılıq əsasında həlli üçün Tərəflər aşağıdakılar barədə razılığa gəldilər: a) X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37 saylı evdə yerləşən 52 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüququ əsasında X5 tam payda mülkiyyət hüququ müəyyən edilir. b) X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 B saylı evdə yerləşən 5 saylı mənzil və “Mercedes Benz-E220” markalı, ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində xx.xx.2003-cü il tarixdə , “2V-İ-143" reyestr nömrəsi ilə Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında İddiaçı tam payda mülkiyyət hüququ müəyyən edilir.
4. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
5. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
6. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
7. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə məhkəmədə təsdiq edildiyi gündən on beş gün müddətində könüllü şəkildə icra olunmalıdır.
8. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
10. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
11. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı şəhadətnamənin, dövlət reyestrindən çıxarışın, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və vəsiyyətnamə əsasında tam payda mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Həbibə Miriyeva