Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-716/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius (HİBRİD) minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində ** MZ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 240” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. “Mercedes Benz 240” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1450 (bir min dörd yüz əlli) manat ödənişi verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1450 AZN pul vəsaitinin və 34,5 AZN məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə Cavabdeh bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.
4. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər gəlməmiş, iddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəyə məlumat verməmişdir.
6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2022-ci il tarixində idarə etdiyi "xxxx" MMC-yə məxsus ** DZ *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid) minik” markalı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ** MZ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 240” markalı avtomobillə toqquşmuş, nəticədə avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 1450 manat məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
b) Mülki işin materialları:
8. Belə ki, mülki işin materiallarında olan PAZ********** saylı icbari sığorta müqaviləsinə dair məlumata əsasən X4 məxsus “Toyota Prius (HİBRİD) minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığortalanmışdır.
9. Mülki işin materiallarında olan AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2009cu il tarixli AB seriyalı 198335 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** MZ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 240” markalı nəqliyyat vasitəsi X6 adına qeydiyyata alınmışdır.
10. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 Səbinə Ağabəy qızına "xxxx" ASC-də təmsil etməklə imza etməyi, ərizə yazmağı, dəymiş zərərə görə verilən sığorta ödənişini götürməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.
11. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş AZ-İ № 127126 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 xx.xx.2004-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1387 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.
12. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, qeyd olunan nəqliyyat vasitəsinə “Qaraj Lowcost” təmir müəssəsində baxış keçirilmiş və hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər orta bazar qiymətləri nəzərə alınaraq 1450 manat müəyyən olunmuşdur.
13. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz 240” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1450 manat təşkil edir.
14. Mülki işin materiallarında olan 60 saylı yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə məxsus “Toyota Prius (HİBRİD)” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək idarə etmək hüququ vardır.
15. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində “Toyota Prius (HİBRİD)” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Məmmədova Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
16. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 1450 manat sığorta ödənişi ödənilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2447 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mercedes Benz 240” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1160 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
20. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
22. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla "xxxx" MMC-yə məxsus olmasına baxmayaraq, yol vərəqəsi (etibarnamə) əsasında Cavabdeh tərəfindən idarə edilmiş, həmçinin, onun xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə məsuliyyət daşımalıdır.
23. Məhkəmə qeyd edir ki, ekspertiza rəyinə əsasən avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1160 manat təşkil etmişdir.
24. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, 1160 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
25. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 2,90 AZN-ni (iki manat, doxsan qəpik) iddiaçıya aid edilməli, 31,60 AZN-ni (otuz bir manat, altmış qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 40 AZN (qırx manat), "xxxx" ASC-dən 10 AZN (on manat) tutuluraq Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 1160 AZN (bir min bir yüz altmış manat) məbləğində pul iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 2,90 AZN-ni (iki manat, doxsan qəpik) iddiaçı "xxxx" ASC-yə aid edilsin, 31,60 AZN-ni (otuz bir manat, altmış qəpik) Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manatın) Cavabdeh 40 AZN-ni (qırx manatı), "xxxx" ASC-dən 10 AZN-ni (on manatı) tutuluraq Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov