Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-720/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasan və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2531.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-1844 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 iyul 2024-cü il tarixə ümumilikdə 671.10 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edilir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Göstərilənlərə əsasən Cavabdeh 06 fevral 2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 iyul 2024-cü il tarixə ödənilməmiş 258.88 manat gecikdirilmiş əsas, 263.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 148.48 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2531.20 manat, ümumilikdə 3202.30 manat borc və ödənilmiş 52.03 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Guseinov Gasan iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, keçən iclasda təhvil-təslim aktında aylarla bağlı məsələ və avtomobilin idarə olunması ilə bağlı etibarnamələr var idi. Sonuncu etibarnamə 2024-cü ilin 10 iyun tarixindən 6 iyul tarixinə qədər verilmişdir. Təhvil-təslim aktında texniki səhv olaraq iyul ayı iyun ayı kimi yazılmışdır. Həmçinin iş materiallarından görünür ki, iyun ayında inzibati xəta törədilmişdir. Duracağın qeydiyyat dəftəri və digər sənədlərə əsasən məlum olur ki, iyun ayında avtomobil cavabdehin istifadəsində olmuşdur. Ödəniş qrafikinə nəzər yetirilsə, həmin mükafat məbləği və əsas məbləğ görünər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, iyul ayında olan mükafatın məbləğinin 263,74 manat olmasını, ödəniş cədvəlinə əsasən avtomobilin qaytarıldığı tarixə qədər olduğunu, aktın avqust ayında tərtib edilməsinə səbəb kimi avtomobilin şirkətə qaytarıldığını, sonra servis mərkəzinin avtomobilləri hissə-hissə qəbul etdiklərini, bununla bağlı fotoşəkil və videogörüntülərin olmadığını bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə 258,88 manat əsas borcun qalması ilə bağlı tərəflərin mübahisəsinin olmadığını, avtomobil təhvil verilərkən onun saz vəziyyətində olmasını bildirmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli, AZL-1844 nömrəli Daxili lizinq müqaviləsinə əsasən iddiaçı “Chevrolet Cobalt LTZ” markalı, XWBJA69V9RA0 ban, qara rəngli avtomobili illik 16 % olmaqla 60 aylıq müddətə hər ay 543,51 manat sabit məbləğ olmaqla, ümumilikdə 36110 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil etmişdir. 7.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. 8.Mülki işin materiallarında olan "xxxx" MMC Avtoservis tərəfindən verilən qüsur aktından görünür ki, “Chevrolet Cobalt” markalı, 77YX584 dövlət qeydiyyat nişanlı minik avtomobilinə servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilə vurulmuş ziyan ümumi xidmət haqqı, ehtiyat hissələrinin ümumi dəyəri daxil olmaqla ümumilikdə 2531.20 manat məbləğində müəyyən edilmişdir. 9.Mülki işin materiallarında olan 16 iyun 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçıin etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə İddiaçı şirkətinə məxsus olan “Chevrolet C” markalı, 77YX584 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, nəqliyyat vasitəsində əzilmiş hissələrə görə duracağa gətirilmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 1401 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 06 fevral 2024-cü il tarixli AZL-1844 saylı “Daxili lizinq” müqaviləsi üzrə iddiaçıya 16 iyul 2024-cü il tarixə gecikdirilmiş əsas borcu 258.88 manat, mükafat borcu 263.74 manat, cərimə 148.48 manat, cəmi 671.10 manat təşkil edir. 11.Mülki işin materiallarında olan İddiaçı tərəfindən X1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş 1 ədəd Chevrolet Cobalt LTZ markalı, 77YX584 qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. 12.Mülki işin materiallarında olan İddiaçı tərəfindən X1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş 1 ədəd Chevrolet Cobalt LTZ markalı, 77YX584 qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. 13.Mülki işin materiallarında olan İddiaçı tərəfindən X1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş 1 ədəd Chevrolet Cobalt LTZ markalı, 77YX584 qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. 14.Mülki işin materiallarında olan İddiaçı tərəfindən X1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş 1 ədəd Chevrolet Cobalt LTZ markalı, 77YX584 qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. 15.Mülki işin materiallarında olan İddiaçı tərəfindən X1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş 1 ədəd Chevrolet Cobalt LTZ markalı, 77YX584 qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. 16.Mülki işin materiallarında olan İnzibati Xəta haqqında Protokollardan görünür ki, 77YX584 nömrə nişanlı avtomobilə dair X2 tərəfindən inzibati xəta törədilərək cərimə edilmişdir. 17.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli, 1088 nömrəli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında imzalanmış “Daxili lizinq müqaviləsi” üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, xx.xx.2024-cü il tarixə 671.10 manat məbləğində gecikmə borcu yaranmış, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobildə 2531.20 manat məbləğində qüsur aşkar edilmişdir. Nəzərə çatdırılır ki, “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcək, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəyi barədə qarşı tərəf xəbərdar edilmişdir. 18.Mülki işin materiallarında olan “Azari” Express poçt daşıma kuryer xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Azərmaş”dan qəbul edilmiş zərf qaimə (833408) Talıbov Ülviyyə məktub çatdırılmamışdır. Səbəb: xx.xx.2024-cü il tarixində Ünvana dəfələrlər gedildi. Şəxs qeyd olunan ünvanda yoxdur. Əlaqə nömrəsinə zəng çatmır. 19.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 52.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 20.Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 06 fevral 2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 60 ay müddətinə illik 16% mükafat hesablanmaqla lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən onun iddiaçıya xx.xx.2024-cü il tarixə 258.88 manat məbləğində əsas, 263.74 manat məbləğində mükafat, 148.48 manat məbləğində hesablanmış cərimə borcu yaranmışdır. 21.Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə lizinq predmeti iddiaçı tərəfindən təhvil alınmış, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qüsur aktı tərtib edilərək lizinq predmeti olan nəqliyyat vasitəsinə 2531.20 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə yaranmış borcu, habelə lizinq predmetinə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 23.Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas və mükafat borcunu ödəməlidir. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 25.Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 148.48 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. 26.Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 27.Məhkəmə iddia tələbinin “2531.20 manat məbləğində dəymiş zərərin tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. 28.Belə ki, məhkəmə qeyd edir ki, lizinq obyekti iddiaçı tərəfindən təhvil alınarkən xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, bundan xeyli müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə qüsur aktı tərtib edilmiş və həmin akta əsasən lizinq predmetinə 2531.20 manat məbləğində zərərin dəydiyi göstərilmişdir. Halbuki, həmin qüsur aktı tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, onun tərəfindən hansısa bir imtina cavabı alınmamış, qüsur aktı yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır. 29.Ona görə də məhkəmə hesab edir ki, lizinq predmetinə məhz cavabdeh tərəfindən hər hansı zərərin vurulması iş materialları ilə təsdiq olunmur. Cavabdeh tərəf məhkəmə iclasında lizinq predmetinin onun sahibliyində və istifadəsində olduğu müddətdə saz vəziyyətində olmasını, ona hansısa məbləğdə ziyanın dəymədiyini bildirmişdir. İddiaçı tərəf də dəymiş ziyanla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Məhkəmə daha sonra tələbin ödənilmiş 52.03 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. 32.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli, AZL-1844 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməklə, cavabdehdən həmin müqavilə üzrə 258.88 (iki yüz əlli səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 263.74 (iki yüz altmış üç manat, yetmiş dörd qəpik) manat məbləğində mükafat və 20 (iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 542.62 (beş yüz qırx iki manat, altmış iki qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli, AZL- 1844 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməklə, cavabdehdən həmin müqavilə üzrə 258.88 (iki yüz əlli səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 263.74 (iki yüz altmış üç manat, yetmiş dörd qəpik) manat məbləğində mükafat və 20 (iyirmi) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 542.62 (beş yüz qırx iki manat, altmış iki qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-720/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-720/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver