Məhkəmə qərarları › İş №e-2(006)-768/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-768/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-768/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən “Lenovo” markalı kompüter, “Acer Aspire 3” markalı kompüter, İMEİ kodu **********27211 olan “Samsung Galax A51” markalı telefon və İMEİ kodu **********41084 olan “Nokia C20” markalı telefon üçün 2225 AZN borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1477 AZN (24 ay x 60 AZN + 37 AZN ilkin ödəniş) olan “Lenovo” markalı kompüter üçün ümumilikdə 1052 AZN olmaqla, ondan 956.4 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95.6 AZN cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1573.6 AZN (18 ay x 86.7 AZN + 13 AZN ilkin ödəniş) olan “Acer Aspire 3” markalı kompüter üçün ümumilikdə 868 AZN olmaqla, ondan 789.6 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78.4 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 967.8 AZN (18 ay x 52.6 AZN + 21 AZN ilkin ödəniş) olan İMEİ kodu **********27211 olan “Samsung Galax A51” markalı telefon üçün ümumilikdə 229 AZN olmaqla, ondan 209 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300.6 AZN (18 ay x 16.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********41084 olan “Nokia C20” markalı telefon üçün ümumilikdə 76 AZN olmaqla, ondan 69.6 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.4 AZN təşkil edir. Cavabdehin cəm ödədiyi məbləğ 2294.4 AZN təşkil edir. Cavabdehlə telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Lenovo” markalı kompüter üçün 956.4 AZN ödənilməmiş hissə, 95.6 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Acer Aspire 3” markalı kompüter üçün 789.6 AZN ödənilməmiş hissə, 78.4 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə “Samsung Galax A51” markalı telefon çün 209 AZN ödənilməmiş hissə, 20 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********41084 olan “Nokia C20” markalı telefon üçün 69.6 AZN ödənilməmiş hissə, 6,4 AZN cərimə olmaqla, ümumilikdə 2225 AZN borc, 42,25 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21057641 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 967 AZN olan “Samsung Galax A51 DS” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 21 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 52,60 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22274192 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1573,60 AZN olan “Acer Aspire 3” markalı kompüteri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 13 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 86,70 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22382693 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1477 AZN olan “Lenovo” markalı kompüteri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 37 AZN ilkin ödəniş etməklə hissə-hissə 24 ay müddətinə hər ay 60 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23169536 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 300,60 AZN olan “Nokia C20” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 16,70 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 07 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 209 AZN ödənilməmiş hissə, 20 AZN cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 789,60 AZN ödənilməmiş hissə, 78,40 AZN cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 956,40 AZN ödənilməmiş hissə, 95,60 AZN cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 69,60AZN ödənilməmiş hissə, 6,40 AZN cərimə, dörd müqavilə üzrə 2024,60 AZN ödənilməmiş hissə, 200,40 AZN cərimə, ümumilikdə 2225 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2020-ci il tarixli, 21057641 saylı müqaviləyə əsasən “Samsung Galax A51” markalı telefon, xx.xx.2021-ci il tarixli, 22274192 saylı müqaviıəyə əsasən “Acer Aspire 3” markalı kompüter, xx.xx.2021-ci il tarixli, 22382693 saylı müqaviləyə əsasən “Lenovo” markalı kompüter, xx.xx.2021-ci il tarixli, 23169536 saylı müqaviləyə əsasən “Nokia C20” markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə dörd müqavilə üzrə 2225 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 42,25 AZN (qırx iki manat, iyirmi beş qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21057641 saylı müqavilə üzrə 209 AZN ödənilməmiş hissə, 20 AZN cərimə, xx.xx.2021-ci il tarixli, 22274192 saylı müqavilə üzrə 789,60 AZN ödənilməmiş hissə, 78,40 AZN cərimə, xx.xx.2021-ci il tarixli, 22382693 saylı müqavilə üzrə 956,40 AZN ödənilməmiş hissə, 95,60 AZN cərimə, xx.xx.2021-ci il tarixli, 23169536 saylı müqavilə üzrə 69,60 AZN ödənilməmiş hissə, 6,40 AZN cərimə borcu olmaqla, ümumilikdə 2225 AZN məbləğində borc və 42,25 AZN (qırx iki manat, iyirmi beş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 21057641 saylı müqavilə üzrə 209 AZN (iki yüz doqquz manat) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, xx.xx.2021-ci il tarixli, 22274192 saylı müqavilə üzrə 789,60 AZN (yeddi yüz səksən doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 78,40 AZN (yetmiş səkkiz manat, qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli, 22382693 saylı müqavilə üzrə 956,40 AZN (doqquz yüz əlli altı manat, qırx qəpik) ödənilməmiş hissə, 95,60 AZN (doxsan beş manat, altmış qəpik) cərimə, xx.xx.2021-ci il tarixli, 23169536 saylı müqavilə üzrə 69,60 AZN (altmış doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 6,40 AZN (altı manat, qırx qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2225 AZN (iki min iki yüz iyirmi beş manat) məbləğində borc və 42,25 AZN (qırx iki manat, iyirmi beş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar