Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-778/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "X6" kompüter üçün 2524 (iki min beş yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 756 (yeddi yüz əlli altı) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "HP Pavilion" kompüter üçün 1859.8 (min səkkiz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 550.2 (beş yüz əlli manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********35469 "X5 9T" markalı telefon üçün 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə; ümumilikdə 6551 manat borc, 85.51 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il , xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "X6" kompüter, "HP Pavilion" kompüter, İMEİ kod **********35469 "X5 9T" markalı telefon almış və nəticədə 6551 (altı min beş yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3030.2 (üç min otuz manat iyirmi qəpik) manat (18 ay x 168 manat + 6.2 manat ilkin ödəniş) olan, "X6" kompüter üçün ümumilikdə, 3280 (üç min iki yüz səksən) manat olmaqla ondan, 2524 (iki min beş yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 756 (yeddi yüz əlli altı) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2359.8 (iki min üç yüz əlli doqquz manat səksən qəpik) manat (18 ay x 131.1 manat + 0 manat ilkin ödəniş) olan "HP Pavilion" kompüter üçün ümumilikdə, 2410 (iki min dörd yüz on) manat olmaqla ondan, 1859.8 (min səkkiz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 550.2 (beş yüz əlli manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 663 (altı yüz altmış üç) manat (12 ay x 55.25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********35469 "X5 9T" markalı telefon üçün ümumilikdə, 861 (səkkiz yüz altmış bir) manat olmaqla ondan 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 1006.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il , xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsiinə yönəldilə bilər. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq (elektron kabinet və sms vasitəsi ilə), Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 034561 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********35469 olan "X5 9T" markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ kodu **********35469 olan "X5 9T" markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23251442 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC "HP Pavilion" markalı kompüteri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən "HP Pavilion" markalı kompüter Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23253088 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC "X6" markalı kompüteri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən "X6" markalı kompüter Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "X6" kompüter üçün 2524 (iki min beş yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 756 (yeddi yüz əlli altı) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "HP Pavilion" kompüter üçün 1859.8 (min səkkiz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 550.2 (beş yüz əlli manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********35469 "X5 9T" markalı telefon üçün 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə; ümumilikdə 5046,8 manat əsas, 1504.2 manat dəbbə, cəmi 6551 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 85,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 3 ədəd müqavilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "X6" kompüteri, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "HP Pavilion" kompüteri, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********35469 "X5 9T" markalı telefonu cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2524 (iki min beş yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 756 (yeddi yüz əlli altı) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1859.8 (min səkkiz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 550.2 (beş yüz əlli manat iyirmi qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********35469 "X5 9T" markalı telefon üçün 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə; ümumilikdə 5046,8 manat əsas, 1504.2 manat dəbbə, cəmi 6551 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021ci il tarixli müqaviləsi üzrə 756 (yeddi yüz əlli altı) manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ müvafiq olaraq 130 (bir yüz otuz) manat məbləğinədək azaldılmalıdır. Bundan əlavə xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 550.2 (beş yüz əlli manat iyirmi qəpik) manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ müvafiq olaraq 95 (doxsan beş) manat məbləğinədək azaldılmalıdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 198 (yüz doxsan səkkiz) cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ müvafiq olaraq 35 (otuz beş) manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2524 (iki min beş yüz iyirmi dörd) manat ödənilməmiş məbləğ, 130 (bir yüz otuz) manat dəbbə borcu olmaqla, cəmi 2654 (iki min altı yüz əlli dörd) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1859.8 (bir min səkkiz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 95 (doxsan beş) manat dəbbə borcu olmaqla, cəmi 1954.8 (bir min doqquz yüz əlli dörd manat səksən qəpik) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 663 (altı yüz altmış üç) manat ödənilməmiş məbləğ, 35 (otuz beş) manat dəbbə borcu, cəmi 698 (altı yüz doxsan səkkiz) manat olmaqla, ümumilikdə 5306.8 (beş min üç yüz altı manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 85.51 manat dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan 15,51 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2524 (iki min beş yüz iyirmi dörd) manat ödənilməmiş məbləğ, 130 (bir yüz otuz) manat dəbbə borcu olmaqla, cəmi 2654 (iki min altı yüz əlli dörd) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1859.8 (bir min səkkiz yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 95 (doxsan beş) manat dəbbə borcu olmaqla, cəmi 1954.8 (bir min doqquz yüz əlli dörd manat səksən qəpik) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 663 (altı yüz altmış üç) manat ödənilməmiş məbləğ, 35 (otuz beş) manat dəbbə borcu, cəmi 698 (altı yüz doxsan səkkiz) manat olmaqla, ümumilikdə 5306.8 (beş min üç yüz altı manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-778/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-778/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver