Məhkəmə qərarları › İş №e-2(006)-853/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-853/2025

20.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-853/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X44 oğlunun katibliyi, İddiaçı, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-in nümayəndəsi X2 iştirakları ilə İddiaçı X15 və X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-yə və Cavabdeh3nə qarşı “borcların iddiaçıya aid olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X16, "xxxx" ASC-yə, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-yə və Cavabdeh3nə qarşı “borcun silinməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli (sol tərəf) mənzilə görə elektrik, su və qaz təchizatı üzrə uzun müddət ödənilməmiş kommunal borcların cavabdeh X8 tələb edilməsi üçün hüquqi prosedurlara başlanması və kommunal xidmətlərə görə xx.xx.1976-cı il tarixdə dünyasını dəyişmiş mərhum X9 adına qeydiyyatda olan, abonent kodu **********00010 №-li qaz sayğacı üzrə yığılıb qalmış 15 (on beş) manat məbləğdə borcun; xx.xx.2008-ci il tarixdə dünyasını dəyişmiş mərhum X9 adına qeydiyyatda olan, abonent kodu **********000 №-li su sayğacı üzrə yığılıb qalmış 594,03 (beş yüz doxsan dörd manat üç qəpik) manat məbləğdə borcun; mərhum X10 adına qeydiyyatda olan, abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacı üzrə yığılıb qalmış 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat məbləğdə borcun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli (sol tərəf) mənzildən silinməsi öhdəliyinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat №-li çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, dalan 15, 12 saylı, ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi rəsmi qeydlərdə bir ünvan kimi göstərilsə də, faktiki olaraq bir-birinə heç bir aidiyyatı olmayan, texniki cəhətdən bölünmüş, giriş qapıları ayrı, əlaqəsi olmayan, öz mülkiyyətçilərinə məxsus 2 (iki) fərqli “A” və “B” literli mənzillərdən ibarətdir: “A” (sol tərəf) literli yaşayış sahəsi: - ¼ hissə - İddiaçı və ¼ hissə - X11; “B” (sağ tərəf) literli yaşayış sahəsi: ¼ hissə X20 və ¼ hissə - X21 məxsusdur. xx.xx.2021-ci il tarixdə 4Ə/11 reyestr №-li notariat işi üzrə Daşınmaz əmlakın alqı-satqısına dair 1 AN-1№ ******* №-li müqaviləyə əsasən, satıcı X12 həmin ünvanda yerləşən ümumi sahəsi 92.3 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/8 hissəsini iddiaçıya satmış, lakin 2021-ci ildən etibarən dəfələrlə müxtəlif vaxtlarda həmin ünvana gələrək sahibi olduğu mənzilə daxil olmaq istəsə də, cavabdeh X14 qanunsuz əməlləri, giriş qapısının daima bağlı olması səbəbindən iddiaçının evə girməsi mümkünsüz olmuşdur. Eyni zamanda, həmin mənzildə daima pasport qeydiyyatında olan və evin ¼ pay sahibi X17 da mənzildə uzun müddət pasport qeydiyyatında olmuş X27, X32, X41, X31, X18 və X3 ona qarşı törətdiyi qanunsuz əməllər səbəbindən bu gün də evinə girə bilmir, giriş qapısının açarları gizlədilir və onlar mənzildə özlərinə aid olan hissəyə daxil olub sahiblik edib və istədiyi kimi istifadə edə bilmirlər. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023-044 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Yasamal ray., Z.Adıgözəlov küç., 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin ƏN Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən “A” literli yaşayış evinin 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı otaqlar, 2-ci mərtəbədə yerləşən 2 saylı otaq tələbkar İddiaçı istifadəsinə verilməklə o, həmin otaqlara köçürülməli, həmin fərdi yaşayış evinin giriş-çıxış qapılarının açarları tələbkar İddiaçı təqdim edilməli və fərdi yaşayış evinin tələbkar İddiaçı məxsus 1/4 hissədə mülkiyyət hüququnu pozan hərəkətlər edilməsi (mənzildə uzun müddət pasport qeydiyyatında olmuş) borclular: N.Şirinovaya, R.Əliyevaya, X11, X16, Aynur Əliyevaya, Anar Əliyevə, E.Şirinova, A.Əzizova və A.Mustafazadəyə qadağan olunmuşdur. Həmin icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmurunun qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraata başlanılmış, könüllü icra üçün borclulara bildiriş göndərilmişdir. Lakin əsas səbəbkar və mənzili faktiki olaraq tək idarə edən cavabdeh Aytəkin Əliyevanın yerini müəyyən etmək mümkün olmadığı, daima gizləndiyi üçün İcra sənədində göstərilən tələbin icrası bu gün də hələ də təmin edilməmiş və bu gün də icra olunmadan qalır. Məcburi icra tədbiri olaraq icra məmuru tərəfindən xx.xx.2024-cü ildə mənzilin “A” (sol tərəf) yaşayış hissəsinin giriş qapısının açarı təşkil edilmiş komissiyada dəvət edilmiş usta vasitəsi ilə yeni qıfılla əvəzləşdirilmiş, iddiaçı və digər mülkiyyətçi A.Sadiqova nəhayət ki, evə daxil ola bilmişlər. Həmin vaxt evin 2-ci mərtəbəsində hər iki otaqda hansısa şəxsin (kirayəçinin) yaşadığı müəyyən edildiyi, onun şəxsiyyəti bilinmədiyi və özünə məxsus şəxsi əşyalarının olması səbəbindən icra məmuru icra sənədində göstərilən tələbi qismən təmin etmiş, məsələ aktlaşdırılaraq imzaları ilə təsdiq edilmiş, iddiaçı ilə digər mülkiyyətçinin mənzilə girişləri məhdudlaşdırılmış, giriş qapısında çağırış vərəqəsi və icra məmurunun telefon nömrəsi qoyularaq ünvandan uzaqlaşmışlar. 2 (iki) gün sonra xx.xx.2024-cü ildə, saat 12:00-da iddiaçı mənzilə yaxınlaşaraq qıfılın və evin vəziyyətini yoxlamaq istəsə də, qıfılın sındırılaraq yararsız vəziyyətə gətirildiyi, tanımadığı şəxsin yenidən evə daxil olduğu məlum olmuş və bununla bağlı iddiaçı tərəfindən dərhal Yasamal İcra şöbəsinin icra məmuruna məlumat verilmişdir. Halhazırda da borclu Aytəkin Əliyevanın yerini müəyyən etmək mümkün olmadığı, icradan yayındığı, gizləndiyi üçün icra məmuru tərəfindən icra tədbirləri davam etdirilir. Eyni zamanda, Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatında olaraq baxılmış 2(004)-4841/2021 saylı mülki iş üzrə iddiaçılar: Aytəkin Əliyevanın və s. cavabdehlər: Aybəniz Sadiqovaya, İddiaçı və s. qarşı iddia ərizəsi əsasında məhkəmə prosesi getdiyi müddətdə hakim yerli baxış təyin etmiş və mənzilə baxış keçirilmişdir. Yerli baxış zamanı mənzili hakim Gülnar xanıma şəxsən cavabdeh Aytəkin Əliyeva təqdim etmiş və həmin vaxt evin 2-ci mərtəbəsində kirayəçi qadınların yaşadığı onlara məlum olmuş və hamı bunun şahidi olmuşdur. Mənzilə baxış zamanı hakim Gülnar xanım evin 2-ci mərtəbəsində yaşayan şəxslərdən soruşanda ki, “bəs siz kimsiniz, burada nə edirsiniz?” Onlar da cavabında təxminən 2015-ci ildən etibarən bu evdə kirayəçi kimi yaşadıqlarını bildirmişlər. Aytəkin Əliyeva da həmin şəxslərin dediklərini təsdiq etmiş, özü evdə yaşamasa da, mütəmadi gəlib-getdiyi, evi tək özünün idarə etdiyini və müvafiq məbləğdə pul vəsaiti qazanmaq üçün mənzili kirayə verdiyini hakimə etiraf etmişdir. Evə baxış kecirilən vaxt cavabdeh A.Əliyevanın və evdə faktiki olaraq yaşayan şəxslərin məsuliyyətsizliyi, mənzili baxımsız saxlaması səbəbindən bərbad vəziyyətdə olduğu, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğu, hər an yanğın, partlayış, qısaqapanma, daxili tikililərin uçması, dəm qazı təhlükəsi, qəzalar baş verə biləcəyi, bitişik digər qonşu mənzillərə, ətraf mühitə və insanlara ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola biləcək və hər an fövqəladə hal baş verə biləcək böyük fəlakət mənbəyi olması məlum olmuşdur. Belə ki, evdə 2015-ci ildən yaşayan şəxslərin dediyinə görə mənzildə elektrik cihaz və qurğular-naqillər, sukanalizasiya sistemi-borular, qaz-istismar avadanlıqları, soba və s. müvafiq dövlət qurumları, mütəxəssisləri tərəfindən ümumiyyətlə heç vaxt yoxlanılmayıb, nəzarət olmayıb, qurğular, xətlər və tüstü bacaları, sızma, havalandırma və havadəyişmə xətlərin sazlığı heç vaxt müayinə olunmayıb. Bütün bunları şəxsən gördükdən və şahidi olduqdan sonra iddiaçı və digər mülkiyyətçi A.Sadiqova fərdi yaşayış evinin sahibi olduqları “A” (sol tərəf) hissəsində cüzi qayda-qanun yaradana, elektrik, qaz, su təsərrüfatı işlərini nizamlayana, yaşayış sahəsində yüngül kosmetik təmir işləri görüb nöqsanları aradan qaldırana qədər elektrik, su və qaz təchizatının müvəqqəti dayandırılması qərarına gəlmişlər. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinin təmin edilməsi evi faktiki olaraq tək idarə edən cavabdeh A.Əliyeva tərəfindən maneələr yaradıldığı, icra məmuru giriş qapısının açarını dəyişsə də, Aytəkin onu yenidən sındıraraq qapıya yeni qıfıl qoyduğu və o, bu gün də qanunsuz əməllər törətməkdə davam etdiyi və bütün bu proseslər uzun müddət baş verdiyi üçün iddiaçı tərəfindən AR Baş nazirə, AR fövqəladə hallar nazirinə, "xxxx" ASC-yə, Cavabdeh3 İB-nə və "xxxx" ASC-yə ərizə ilə müraciət edilərək, həmin ünvanda yerləşən fərdi yaşayış evinin sahibi olduqları “A” (sol tərəf) hissəsinin elektrik, su və qaz təchizatının müvəqqəti dayandırılmasına göstəriş verilməsini xahiş etmişdir. Müraciəti ilə bağlı Cavabdeh3 İBnin Yasamal rayonu üzrə qaz satışı üzrə departamentin işçiləri onunla əlaqə saxlayıb sözügedən ünvana gəlməsini istəmişlər. Ərazidə görüşüb ünvana yaxınlaşmış, işçilər qapını döydükdə özü də gözləmədən kirayəçi xanım qapını açmış, xanıma özünü məzilin sahibi olaraq təqdim etmiş, hətta mülkiyyət sənədlərini də ona göstərmiş və ondan kimliyini soruşmuş, o da özünü Fidan xanım kimi təqdim etmiş (mobil tel.: 070 9061211), iddiaçı mənzilə hansı səbəbdən gəldiyini ona anlatmışdır. Həmin vaxt kirayəçi xanım, bir daha bu evdə təxminən 2015-ci ildən ailəsi ilə birgə yaşadığı, evi ona Aytəkin Əliyevanın kirayə verdiyi, başqa heç kəsi tanımadığı, Aytəkin evdə yaşamasa da, özünə məxsus digər mənzildə yaşasa da, mütəmadi gəlib-getdiyi, hər ay Aytəkinə 200 (iki yüz) manat kirayə pulu verdiyini bildirmiş, eləcə də, aralarında elə ilk əvvəldən baş tutmuş razılaşmaya əsasən bütün kommunal xarclərin Aytəkin tərəfindən ödənilməli olduğu, icra məmuru tərəfindən dəyişdirilmiş giriş qapısının qıfılını da məhz Aytəkinin sındırdıraraq onu yenidən evə buraxdığını etiraf etmiş və bütün bunları qaz mütəxəssisinin yanında demişdir. Həmin vaxt qaz mütəxəssisi ilə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, abonent kodu **********00010 №-li sayğac, hələ xx.xx.2008-ci ildə dünyasını dəyişmiş mərhum X9 adına qeydiyyatdadır və həmin sayğaca görə təxminən 2015-ci ildən, yəni evi kirayə verildiyi müddətdən etibarən fərqli vaxtlara görə həmin günə kimi 15 (on beş) manat borc yığılıb qalmışdır. Mütəxəssis borcun dərhal ödənilməsini tələb etsə də, Fidan xanım Aytəkinlə əldə edilmiş razılaşmaya əsasən, kommunal xərclərin Aytəkin tərəfindən ödənilməli olduğunu bildirmişdir. Fidan xanıma iddiaçının ərizəsi əsasında mənzilin qaz təchizatının dayandırılacağını bildirəndə, etirazının olmadığı, sadəcə digər mənzil tapıb köçmək üçün ona qısa vaxt verilməsini istəmişdir. Elə həmin gün qaz mütəxəssisi mənzilin təchizatını dayandırmışdır. Daha sonra "xxxx" ASC-nin və "xxxx" ASC-nin işçiləri iddiaçı ilə əlaqə saxlayaraq, mənzildə görüşmək barədə razılaşmışlar. İddiaçı da bununla bağlı kirayəçi Fidan xanıma məlumat vermişdir ki, həmin vaxt evdə olsun. Mütəxəssislərlə birgə ərazidə görüşüb ünvana yaxınlaşmış, işçilər giriş qapısını döydükdən sonra kirayəçi Fidan xanım qapını açmış, iddiaçı özünü təkrar təqdim etmiş və mənzilə hansı səbəbdən gəldiklərini ona anlatmışdır. "xxxx" ASC-nin işçisinin araşdırması nəticəsində məlum olmuşdur ki, abonent kodu **********000 №-li sayğac xx.xx.2008-ci ildə dünyasını dəyişmiş mərhum X9 adına qeydiyyatdadır və həmin sayğaca görə təxminən 2015-ci ildən etibarən həmin günə kimi 594,03 (beş yüz doxsan dörd) manat borc yığılıb qalmışdır. Mütəxəssis həmin borcun ödənilməsini tələb etsə də, Fidan xanım, yenə də Aytəkinlə əldə edilmiş razılaşmaya əsasən, kommunal xərclərin onun tərəfindən ödənilməli olduğunu bildirdi. Hazırda evin su təchizatı dayandırılmışdır. "xxxx" ASC-nin işçisinin apardığı araşdırma nəticəsində isə məlum olmuşdur ki, abonent kodu 04000060T150012 №-li sayğac xx.xx.1976-cı ildə dünyasını dəyişmiş mərhum X10 adına qeydiyyatdadır və təxminən 2015-ci ildən etibarən həmin günə kimi 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat borc yığılıb qalmışdır. Mütəxəssis eyni qaydada borcun dərhal ödənilməsini tələb etsə də, Fidan xanım, sözlərini təkrar etmiş və kommunal xərclərin Aytəkin tərəfindən ödənilməli olduğunu bildirmişdir. Elə həmin gün mənzilin işıq təchizatı dayandırılmışdır. Eyni zamanda, bununla bağlı iddiaçı tərəfindən cavabdeh X16 qarşı “kommunal borcların ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli (sol tərəf) mənzil üzrə kommunal xidmətlərə görə: 1. mərhum Aydın Əliyevin adına qeydiyyatda olan, abonent kodu **********00010 №-li qaz sayğacı üzrə yığılıb qalmış 15 (on beş) manat məbləğdə borcun Cavabdeh3 İB-nin xeyrinə; 2. mərhum Aydın Əliyevin adına qeydiyyatda olan, abonent kodu **********000 №-li su sayğacı üzrə yığılıb qalmış 594,03 (beş yüz doxsan dörd manat üç qəpik) manat məbləğdə borcun "xxxx" ASC-nin xeyrinə; 3. mərhum Məmmədəli Əliyevin adına qeydiyyatda olan, abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacına üzrə yığılıb qalmış 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat məbləğdə borcun ”Azərişıq” ASC-nin xeyrinə cavabdeh Aytəkin Əliyevadan tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, məhkəmə iddia tələbi ilə çıxış etməyin subyektiv hüquq olaraq aidiyyəti qrumlara: "xxxx" ASC, Cavabdeh3 İB və "xxxx" ASC-yə məxsus olduğunu əsas gətirərək, e-2(004)-2490/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnamə ilə iddia tələbini təmin etməmişdir. Eləcə də, iddiaçı tərəfindən cavabdeh DİN-in Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, X14, X32, X41, X31, X18 və X3 Bakı şəhəri, Yasamal ray., Zülfi Adıgözəlov küçəsi, dalan 15, 12 saylı fərdi yaşayış evi üzrə pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4919/2024 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə ərizə təmin edilmiş və qərar qanuni qüvvəsini aldığından artıq icra edilmişdir. Yəni ki hal-hazırda cavabdeh Aytəkin Əliyevanın həmin mənzilə ümumiyyətlə hər hansı hüququ və aidiyyatı olmasa da, yenə də məhkəmənin 2(004)-24/2023-044 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından yayınır və uzun müddətdir ki, qəsdən təmin etmir. Yuxarıda qeyd olunan faktları nəzərə alaraq, cavabdeh X1 mənzili faktiki olaraq tək idarə etdiyi, təxminən 2015-ci ildən etibarən evi kirayə verib pul qazanaraq əlavə qazanc əldə etdiyi, kommunal xidmətlər üzrə ödənişlərə vaxtlı-vaxtında nəzarət etməli olduğu, elektrik, su və qaz təchizatı üzrə yığılıb qalmış, uzun müddət ödənilməmiş borca görə bütün məsuliyyət məhz onun üzərinə düşdüyü üçün, eləcə də cavabdeh A.Əliyeva və digərləri məhkəmə qərarı ilə həmin ünvandan pasport qeydiyyatından çıxarıldığından məhkəmə, ünvan 4 ünvanda yerləşən yaşayış evinin “A” literli (sol tərəf) mənzilin elektrik, su və qaz təchizatı üzrə yığılıb qalmış, ödənilməmiş borcun cavabdeh Aytəkin Əliyevadan tələb edərək ödənilməsi üçün hüquqi prosedurlara başlanması və kommunal xidmətlərə görə: a) xx.xx.1976-cı il tarixdə dünyasını dəyişmiş mərhum X9 adına qeydiyyatda olan, abonent kodu **********00010 №-li qaz sayğacı üzrə 15 (on beş) manat borcun; b) xx.xx.2008-ci il tarixdə dünyasını dəyişmiş mərhum X9 adına qeydiyyatda olan, abonent kodu **********000 №-li su sayğacı üzrə 594,03 (beş yüz doxsan dörd manat üç qəpik) manat borcun; v) mərhum X10 adına qeydiyyatda olan, abonent kodu 04000060T150012 №-li işıq enerjisi sayğacına üzrə 538,63 (beş yüz otuz səkkiz manat altmış üç qəpik) manat borcun ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli (sol tərəf) mənzildən silinməsi öhdəliyinin cavabdehlər: ”Azərişıq” ASC, Cavabdeh3 İB və "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd olunan faktiki hallar və qanunverciliyin tələbini nəzərə alaraq, iddia ərizəsi tam qanuni və əsaslı olduğundan təmin edilməlidir.

3. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin “A” literli hissəsinin İddiaçı aid 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı, ikinci mərtəbədə yerləşən 2 saylı otaqları üzrə sudan istifadəyə görə yaranmış, **********000 nömrəli abonent kodunda mövcud olan 594,03 manat borcun, qazdan istifadəyə görə yaranmış, **********00010 nömrəli abonent kodunda mövcud olan 15 manat borcun və işıqdan istifadəyə görə yaranmış, 04000060T150012 nömrəli abonent kodunda mövcud olan 538,63 manat borcun İddiaçı aid olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-in nümayəndəsi X5 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər "xxxx" ASC-nin, Cavabdeh3 nümayəndələri, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və X27 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Ölüm haqqında 388860 nömrəli şəhadətnamədən görünür ki, X19 xx.xx.1976-cı il tarixdə ölmüşdür.

9. Ölüm haqqında AZ-İ seriyalı 287418 nömrəli şəhadətnamədən görünür ki, X22 xx.xx.2008-ci il tarixdə ölmüşdür.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə – 23,075 kv.m. payda xx.xx.2021-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqlar, ikinci mərtəbədə yerləşən 2 saylı otaq İddiaçı istifadəsinə verilməklə, onun həmin otaqlara köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin giriş-çıxış qapılarının açarlarının İddiaçı təqdim edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/4 hissədə mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsinin cavabdehlər X21, X13, X11, X28, X16, X33, X23, X24 və X4 qadağan olunması və s. qət edilmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, icra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir.

12. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır (qərarın aşağı hissəsində Əliyeva Aynur və Əliyeva Aytəkinin qəbul etmələri qeyd edilərək imza edilmişdir).

13. Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar müvafiq ünvanda olan zaman qapını heç kim açmamış, qonşulardan alınmış məlumata görə ünvanda heç kimin yaşamadığı müəyyən edilmiş, buna görə də icra sənədinin icrası baş tutmadığından təxirə salınmışdır.

14. Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar müvafiq ünvanda olan zaman borcluların həmin ünvanda yaşamadığı müəyyən edilmişdir.

15. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1971-ci il təvəllüdlü ünvan 6 ünvanında qeydiyyatda olan borclu X27 barəsində axtarış elan edilmişdir.

16. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1973-cü il təvəllüdlü ünvan 6 ünvanında qeydiyyatda olan borclu X32 barəsində axtarış elan edilmişdir.

17. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən rayon üzrə polis idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X32 Bakı şəhəri Yasamal rayonu 26-cı Polis Bölməsi tərəfindən şöbəyə təhvil verildiyindən axtarış tədbirlərinə xitam verilməsi xahiş olunmuşdur.

18. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar müvafiq ünvanda olan zaman iddiaçıya məxsus hissədə uzun müddətdir heç kəsin yaşamadığı müəyyən olunmuş, bu səbəbdən tələbkara həmin mənzili təhvil vermək üçün vaxt təyin edilmişdir.

19. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən hal şahidlərinin, iddiaçının və mütəxəssisin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar müvafiq ünvanda olan zaman borclular icra prosesinə gəlməmiş, mənzilin qapısı bağlı olduğundan, mütəxəssis dəvət olunmuş, videoyazı aparılaraq mənzilə daxil olmuş, İ mərtəbədə 1 və 4 saylı otaqlar iddiaçıya təhvil verilmiş, lakin İİ mərtəbədə 2 saylı yaşayış olduğu məlum olduğundan (zəruri ev əşyaları ilə birgə), həmin otağın tələbkara təhvil verilməsi hissəsində müvəqqəti olaraq dayandırılmışdır.

20. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixə olan sayğac göstəricisinə əsasən verilmiş bildirişdən görünür ki, ünvan 9 ünvanı ilə bağlı X51 adına olan işıq sayğacı üzrə 04000060T150012 abonent kodunun 538,63 manat məbləğində borcu vardır.

21. Abonentin saldosundan görünür ki, ünvan 10 ünvanı ilə bağlı Əliyev Aydının adına olan qaz sayğacı üzrə **********00010 abonent kodunun 2024-cü ilin mart ayının sonuna 15 manat məbləğində borcu vardır.

22. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixə olan sayğac göstəricisinə əsasən verilmiş bildirişdən görünür ki, ünvan 11 ünvanı ilə bağlı Əliyev Aydın adına olan su sayğacı üzrə **********000 abonent kodunun 594,03 manat məbləğində borcu vardır.

23. Yasamal rayon İcra Hakimiyyəti MKTB 60 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 36-37 nömrəli arayışlardan görünür ki, X15 Z.Adıgözəlov, dalan 15, ev 12 ünvanında qeydiyyatdadır. X27 həmin ünvanda qeydiyyatdadır, lakin yaşamır.

24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X6, "xxxx" ASC-nin, Cavabdeh3 və "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh X16 qarşı kommunal borcların ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4919/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan X27, X32, X41, X31, X18 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

26. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmənin e-2(004)-2490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.

27. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı ünvan 14 ünvanı üzrə (abonent kodu: **********00010) sayğac göstəricisinə əsasən xx.xx.2024-cü il tarixə istifadə edilmiş təbii qaza görə 25,2 manat məbləğində borc olması müəyyən edilmişdir. Odur ki, həmin ünvanda yaşayan X16 rəsmi bildiriş göndərilərək istifadə edilmiş təbii qaza görə yaranmış 25,2 manat məbləğində borcun qısa müddətdə ödənilməsi tələb edilmişdir.

28. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-nin iddiaçıya ünvanladığı xx.xx.2024cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2003-cü il tarixində 10072725 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış və mənzilin su xətti üzərində quraşdırılmış SSS-15 markalı, 752750 nömrəli mexaniki su sayğacının göstəricisi hazırda 1235 m3 olmaqla, su təchizatı xidmətindən istifadəyə görə abonent hesabında 594.03 manat borc var. Qeyd edilen borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. xx.xx.2024-cü il tarixdə müvafiq iş əmrinə uyğun olaraq borca görə ünvanın su təchizatı dayandırılmışdır. Borcun ödənişi ilə bağlı məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək PHŞ-nin subyektiv hüququdur. Yaranmış borcun ödənilməsi xahiş olunmuşdur.

29. Abonent kartından görünür ki, ünvan 15 ünvanı ilə bağlı Aydın Əliyevin adına olan su sayğacı üzrə **********000 abonent kodunun 2024-cü ilin sonuna 594,03 manat məbləğində borcu vardır.

30. İş materiallarında, həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra işinin digər materialları, "xxxx" ASC tərəfindən təqdim edilmiş abonentin hərəkət cədvəli və saldo da vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

31. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olmaqla, ¼ hissədə – 23,075 kv.m. payda xx.xx.2021-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır.

32. İddiaçıya evin özünə məxsus olan hissəsindən istifadə etməyə bir sıra şəxslər tərəfindən maneçilik törədilməsi müəyyən edildiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının “evə köçürülmə və s.” tələbi təmin edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış həmin qətnamə ilə fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/6247 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərildiyi kimi, texniki pasportun göstəricilərinə əsasən A literli yaşayış evinin birinci mərtəbəsində yerləşən 1 və 4 saylı otaqların, ikinci mərtəbədə yerləşən 2 saylı otağın iddiaçının istifadəsinə verilməklə, onun həmin otaqlara köçürülməsi, evin giriş-çıxış qapılarının açarlarının iddiaçıya təqdim edilməsi, evin iddiaçıya məxsus ¼ hissədə mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsinin cavabdehlər X11, X16 və digər şəxslərə qadağan olunması qət edilmişdir.

33. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata başlanılsa da, hər dəfə müxtəlif səbəblərdən (borclu tapılmadığından, ikinci mərtəbədəki otaqda başqa şəxsin əşyaları olduğundan və s.) icra sənədinin tam icrasını təmin etmək mümkün olmamışdır.

34. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçı hələ də evin özünə məxsus olan hissəsindən istifadə edə bilmir.

35. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilərək, X14 və digərlərinin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmiş, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayış ilə müəyyən edilmişdir ki, həmin qərar icra olunmuşdur.

36. İddiaçı müvafiq qurumlardan evin kommunal xidmətlərinə görə yaranmış borcları ilə maraqlandıqda ona məlum olmuşdur ki, ünvan üzrə işıqla bağlı abonent kodu (04000060T150012) xx.xx.1976-cı il tarixdə vəfat etmiş X7 adına olmaqla, xx.xx.2024-cü il tarixə 538,63 manat; qazla bağlı abonent kodu (**********00010) xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 adına olmaqla, 2024-cü ilin mart ayının sonuna 15 manat; su ilə bağlı abonent kodu (**********000) isə xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 adına olmaqla, xx.xx.2024-cü il tarixə 594,03 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ tərəfindən iddiaçıya ünvanlanmış müvafiq məktublardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə borca görə ünvanın su təchizatı dayandırılmışdır.

37. İddiaçı kommunal xidmətlərə görə yaranmış borcların X27 tərəfindən ödənilməsi məqsədilə iddia ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun bu iddiası təmin edilməmişdir.

38. Hazırda iddiaçı evin özünə məxsus olan hissəsində sudan istifadəyə görə yaranmış, **********000 nömrəli abonent kodunda mövcud olan 594,03 manat borcun, qazdan istifadəyə görə yaranmış, **********00010 nömrəli abonent kodunda mövcud olan 15 manat borcun və işıqdan istifadəyə görə yaranmış, 04000060T150012 nömrəli abonent kodunda mövcud olan 538,63 manat borcun özünə aid olmamasının müəyyən edilməsini; cavabdehlər "xxxx" ASC və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

39. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə tam haqlı olmuşdur.

40. Belə ki, iş materiallarında olan çoxsaylı məhkəmə qərarlarının, müvafiq icra işinin materiallarının və mübahisə ilə bağlı digər sənədlərin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin “A” literli hissəsinin 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı, ikinci mərtəbədə yerləşən 2 saylı otaqları paylı mülkiyyəti hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olsa da, habelə iddiaçının evin özünə məxsus hissəsinə köçürülməsinə, giriş-çıxış qapılarının açarlarının ona təqdim edilməsinə, onun mülkiyyət hüququnu pozan hərəkətlərin edilməsinin cavabdehlərə qadağan olunmasına dair qanuni qüvvəsini alaraq icraya yönəldilmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, o, hələ də evin özünə məxsus olan hissəsinə köçüb yaşamamış, evdən istifadə etməmişdir.

41. İddiaçının mülkiyyətində olan həmin əmlaka köçmək, ondan istifadə etməklə bağlı bütün cəhdləri və icra məmuru tərəfindən bu barədə keçirilmiş bütün icra tədbirləri nəticəsiz qalmışdır.

42. Məhkəmə müəyyən edir ki, iddiaçı mülkiyyət hüquqlarını pozan şəxslərin qanunsuz hərəkətlərindən yalnız qanuni hədlər çərçivəsində qurtulmağa və öz mülkiyyət hüququnun məhz qanun və ədalət yolu ilə bərpa edilməsinə nail olmağa çalışır.

43. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbində göstərdiyi borc məbləğlərinin onun mülkiyyətində olan evdən özünün deyil, başqa şəxslərin istifadə etdiyi vaxtda yaranması iş materialları ilə tam və mübahisəsiz olaraq öz təsdiqini tapdığından, iddiaçı müvafiq borc məbləğlərinin özünə aid olmamasının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Çünki məhkəmənin qənaətinə görə, həmin borc məbləğlərinin iddiaçıya ünvanlanmış məktublarda ondan tələb edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olur.

44. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin “A” literli hissəsinin İddiaçı aid 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı, ikinci mərtəbədə yerləşən 2 saylı otaqları üzrə sudan istifadəyə görə yaranmış, **********000 nömrəli abonent kodunda mövcud olan 594,03 manat borcun, qazdan istifadəyə görə yaranmış, **********00010 nömrəli abonent kodunda mövcud olan 15 manat borcun və işıqdan istifadəyə görə yaranmış, 04000060T150012 nömrəli abonent kodunda mövcud olan 538,63 manat borcun İddiaçı aid olmaması müəyyən edilməlidir.

45. Məhkəmə cavabdehlər "xxxx" ASC və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞnin etirazlarına münasibətdə qeyd edir ki, hazırkı qətnamə ilə borcun iddiaçıya aid olmamasının müəyyən edilməsi cavabdehlərin həmin borcları heç kəsdən tələb etmək hüquqlarının olmaması və ya bu hüquqlarının məhdudlaşdırılması kimi şərh edilməməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı qətnamənin qəbul edilməsi cavabdehlərin həmin borcları qanunvericiliyə əsasən, müvafiq şəxs(lər)dən tələb etmək hüquqlarının olmasını istisna etmir.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

46. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24, İİ-İİİ hissə. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 33, l hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71, Vİİ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

47. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: - öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

48. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Məhkəmə yuxarıda istinad edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin “A” literli hissəsinin İddiaçı aid 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı, ikinci mərtəbədə yerləşən 2 saylı otaqları üzrə sudan istifadəyə görə yaranmış, **********000 nömrəli abonent kodunda mövcud olan 594,03 manat borcun, qazdan istifadəyə görə yaranmış, **********00010 nömrəli abonent kodunda mövcud olan 15 manat borcun və işıqdan istifadəyə görə yaranmış, 04000060T150012 nömrəli abonent kodunda mövcud olan 538,63 manat borcun İddiaçı aid olmaması müəyyən edilməlidir.

Nəticə:

52. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 15-ci dalan, 12 saylı fərdi yaşayış evinin “A” literli hissəsinin İddiaçı aid 1-ci mərtəbədə yerləşən 1 və 4 saylı, ikinci mərtəbədə yerləşən 2 saylı otaqları üzrə sudan istifadəyə görə yaranmış, **********000 nömrəli abonent kodunda mövcud olan 594,03 manat borcun, qazdan istifadəyə görə yaranmış, **********00010 nömrəli abonent kodunda mövcud olan 15 manat borcun və işıqdan istifadəyə görə yaranmış, 04000060T150012 nömrəli abonent kodunda mövcud olan 538,63 manat borcun İddiaçı aid olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar