Məhkəmə qərarları › İş №e-2(006)-904/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-904/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-904/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi – X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 oktyabr 2022-ci il tarixə 637.45 manat gecikdirilmiş əsas, 369.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 310.44 manat dəbbə pulu, 2204 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3521.83 manat borcun və ödənilmiş 55.62 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X10 arasında bağlanmış 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440123 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X8”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.96 manat, ümumilikdə isə 22406 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22406 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 29 iyun 2022-ci il tarixdə X10, Cavabdeh və İddiaçı MMC arasında MAS-4858 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, 77- PL-693 dövlət qeydiyyat nişanlı avtomobil 04 oktyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 2204 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 oktyabr 2022-ci il tarixə ümumilikdə 1317.83 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə X10 arasında bağlanmış 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X2 görünür ki, iddiaçı, 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440123 ban nömrəli, ağ rəngli avtomobili illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə X6 lizinqə verməyi, X10 isə bu müqavilə ilə müəyyənləşdirilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. X10, cavabdeh və iddiaçı arasında bağlanmış 29 iyun 2022-ci il tarixli MAS-4858 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, iddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-4858 saylı X7 üzrə X10 iddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri cavabdehə ötürməyi, cavabdeh isə bu öhdəlikləri X6 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada iddiaçının qarşısında tam həcmdə və lazımınca yerinə yetirməyi öhdələrinə götürmüşlər. 29 iyun 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, X10 tərəfindən “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. Qüsur aktından görünür ki, iddiaçının mülkiyyətində olan “Khazar SD” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2204 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 4461 saylı Arayışdan görünür ki, 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X5 əsasən xx.xx.2022-ci il tarixə 637,45 manat əsas borc, 369,94 manat mükafat borcu, 310,44 manat cərimə, cəmi 1317,83 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə X10 arasında 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X8 bağlanmış və müqaviləyə əsasən iddiaçı, 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440123 ban nömrəli, ağ rəngli avtomobili illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə X6 lizinqə verməyi, X10 isə bu müqavilə ilə müəyyənləşdirilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. X1, cavabdeh və iddiaçı arasında 29 iyun 2022-ci il tarixli MAS-4858 saylı Öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-4858 saylı X7 üzrə X10 iddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri cavabdehə ötürməyi, cavabdeh isə bu öhdəlikləri X6 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada iddiaçının qarşısında tam həcmdə və lazımınca yerinə yetirməyi öhdələrinə götürmüşlər. X10 tərəfindən avtomobil 29 iyun 2022-ci il il tarixli Təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Cavabdehin 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X5 əsasən borcu xx.xx.2022-ci il tarixə 637,45 manat əsas borc, 369,94 manat mükafat borcu, 310,44 manat cərimə, cəmi 1317,83 manat borcu təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili maliyyə lizinqi müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə cavabdehin 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X5 əsasən yaranmış 637,45 manat əsas borc, 369,94 manat mükafat borcu müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 310.44 manat dəbbə pulu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəymiş zərərlə bağlı qeyd edir ki, 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X3 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Göründüyü kimi cavabdeh X5 əsasən lizinq obyektini saz vəziyyətdə saxlamağı və lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi öhdəliyinə götürmüşdür. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən lizinq obyekti saz vəziyyətdə saxlamamış və nəticədə mülkiyyətçiyə ziyan dəymişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı avtomiblə dəymiş ziyanı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12 fevral 2022-ci il tarixli MAS-4858 saylı X5 əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 oktyabr 2022-ci il tarixə 637.45 manat gecikdirilmiş əsas, 369.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 310.44 manat dəbbə pulu, 2204 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3521.83 manat borc və ödənilmiş 55.62 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar