Məhkəmə qərarları › İş №e-2(006)-93/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-93/2025

06.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-93/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin X18 və digərləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və digərlərinə qarşı “kompensasiya ödəməklə tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə bazar qiymətlərinə uyğun kompensasiya verilməklə, sonuncuların sahiblik etdikləri ünvan 1 ünvanlarında yerləşən tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinin nəticə hissəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlərə bazar qiymətlərinə uyğun 1 kv.metr üçün 2000 (iki min) manat kompensasiya verilməklə, sonuncuların sahiblik etdikləri ünvan 1 ünvanlarında yerləşən tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Krupskaya (Topçubaşov) küçəsində yerləşən 140 nömrəli yaşayış evinin digər mülkiyyətçiləri X1 və X4 məhkəmə prosesinə cəlb olunmalarını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “cavabdeh X5 qarşı kompensasiya ödəməklə tikilinin sökülməsi tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmişdir.

5. İddiaçı "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdehlər X28 və X8 münasibətdə iddia ərizəsinin geri qaytarılmasını və onların cavabdehlər sırasından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə qarşı iddia tələbini müdafiə etdiyini bildirmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X6, X14, X12, X15 və X9 qarşı “kompensasiya ödənilməklə tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsinin: - iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X14 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X12 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; - iddiaçı "xxxx" MMC-nin cavabdeh X9 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələblərinə dair hissələri ayrılaraq, hər biri ayrıca icraatda baxılması, həmçinin iddiaçı "xxxx" MMCnin cavabdeh X6 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X14 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X12 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi”; iddiaçı "xxxx" MMC-nin cavabdeh X9 qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələblərinə dair iddia ərizələri üzrə işlərin hər birinə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilsi qərara alınmışdır. a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı (vəkili-nümayəndəsi), Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X13, X20, X11, X2 və X10 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia ərizəsinin baxılmamış saxlanılması məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi.

Əsaslandırıcı hissə:

8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.

Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar