Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-933/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən öhdəliyin lazımınca icra edilməməsi nəticəsində ona vurulmuş zərərə görə 11.700 (on bir min yeddi yüz) manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə tərəfimdən ödənilmiş 125.10 (yüz iyirmi beş 10 qəp.,) manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə çəkdiyi 200 (iki yüz) manat xərcin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsinin baxılmadan qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında qeyd etmişdir ki, hazırda bunu tələb etmək hüququ olsaydı, işə mahiyyəti üzrə baxılmasını tələb edərdi. Hesab edir ki, iddiaçı tərəfin qeyd edilən ərizənin verilməsinin səbəbi onların özlərinə də bəlli olmasıdır ki, onlar mülkiyyətlərindən əlavə sahələrə giriş etmişlər. Digər analoji işlərində ekspertiza təyin edilmişdir. İddiaçı tərəf də qorxmuşdur ki, bu mülki işdə də ekspertiza təyin olunarsa, müəyyən ediləcəkdir ki, əslində onlara deyil, onların borcu vardır. Nə qədər ki, qüvvədə olan qanunvericilik hazırlıq iclasından ərizənin geri qaytarılmasını cavabdeh tərəfin istək və iradəsindən asılı etməmişdir, ona görə də onlar ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan əlavə, həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-933/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-933/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver