Məhkəmə qərarları › İş №e-2(006)-957/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-957/2023

26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-957/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 30 dekabr 2022-ci il tarixdə - İddiaçı MTK Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 32,25 m sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsinə və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsinə; İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 32,25 m sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 48.00 m ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan evin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə; 2. Birinci tələbdə qeyd olunanlar mümkün olmadıqda isə, Cavabdeh İddiaçı MTK tərəfindən 65 000 manat kompensasiya ödənilməklə, ünvan 3 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan – xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sisteminə ünvanlanmış ərizə ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki işə baxılır və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 11:10-a təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh ilə razılıq əldə edilmiş, cavabdehlə mənzilin əvəzləşdirilməsinə dair müqavilə imzalanmış, Cavabdeh məxsus mənzil MTK tərəfindən sökülmüşdür. Qeyd edilən səbəblərdən, məhkəmədən, hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı MTK tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı MTK tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi, bu mümkün olmadıqda isə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı MTK-ya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar