Məhkəmə qərarları › İş №e-2(006)-97/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-97/2025

05.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-97/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qanpanı qızı qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qanpanı qızı və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2021-ci il tarixdə bağlanmış və 4Ə-2193 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 11 mart 2022-ci il tarixdə bağlanmış və 4Ə-363 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 12 may 2022-ci il tarixdə bağlanmış və 4Ə-54 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 27 yanvar 2023-cü il tarixdə bağlanmış və 4Ə-114 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin mənzilin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 21 oktyabr 2004-cü il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində qeyd edilən mənzil Cavabdeh3 faizə götürülmüş borc pulun qarşılığında yalan əqd əsasında mülkiyyətçi tərəfindən Cavabdeh3 satılmışdır. Onların razılaşmasına əsasən İddiaçı Cavabdeh3 olan borcu faizi ilə birlikdə ödədikdən sonra sonuncu mənzili İddiaçı qaytarmalı idi. Cavabdeh3 tərəfindən borc pul heç bir sənədə imza edilmədən İddiaçı verilmişdir. Borc pulun qarşılığında isə qeyd edilən mənzil yalan əqd əsasında Cavabdeh3 satılmışdır. Daha sonra İddiaçı borcu ödəyə bilmədiyi üçün borca görə həmin mənzil 11 mart 2023-ci il də Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh3 tərəfindən yenə yalan əqd əsasında Cavabdeh4 satılmışdır. İddiaçı Cavabdeh3 olan borcunu isə Cavabdeh4 sonuncuya ödəmişdir. İddiaçı ilə Cavabdeh4 razılaşmasına əsasən İddiaçı Cavabdeh4 olan borcu faizi ilə birlikdə ödədikdən sonra sonuncu mənzili İddiaçı qaytarmalı idi. Bundan sonra həmin mənzil əhəmiyyətsiz əqdlər ilə 12 may 2022-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat ofisində Cavabdeh4 tərəfindən X6, sonra isə 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində sonuncu tərəfindən Cavabdeh2 satılmışdır. Qeyd etmək istəyir ki, İddiaçı ilə Cavabdeh3, Cavabdeh3 ilə Cavabdeh4, Cavabdeh4 ilə X10 və X10 ilə Cavabdeh2 arasında bağlanan alqı-satqı müqavilələri yalan əqdlərdir. Həmin əqdlər başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Buna görə də həmin əqdlər əhəmiyyətsizdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki 2021-2023-cü illər ərzində Cavabdeh3 iştirakı ilə 21, Cavabdeh4 iştirakı ilə 4, X4 iştirakı ilə 5, Cavabdeh2 iştirakı ilə 3 alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi məlum olmuşdur. 3 il ərzində cavabdehlərin iştirakı ilə bu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi sübut edir ki, həmin şəxslər əlaqəli şəxslərdir və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirirlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə bağlanmış və 4Ə-114 reyestrlə təsdiq edilmiş alqısatqı müqaviləsi vəkil sorğusu əsasında Bakı şəhəri 32 saylı Notariat ofisindən əldə edilmişdir. Müqavilədən görünür ki müqaviləni Cavabdeh2 adından X5 (AA0340364, FİN:0UH15JV) imzalamışdır. Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 ilə X5 arasında 2021-2023-cü illər ərzində hər hansısa alqı-satqı müqaviləsi bağlanmışdırmı, bağlanmışdırsa hansı notariat ofislərində bağlanması barədə məlumatların təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə sorğu verilmişdir. Əlavə olaraq bildirir ki iddiaçı hələ də qeyd edilən mənzildə qeydiyyatdadır. Mənzil Cavabdeh2 mülkiyyətinə keçənə qədər həmin mənzildə yaşamışdır. Sonradan həmin mənzilin kilidi onun xəbəri olmadan mülkiyyətçi tərəfindən dəyişdirilmiş və onu mənzilə buraxmamışdırlar. Bu günə qədərdə iddiaçının sənədləri və əşyaları həmin mənzildədir. Hal hazırda həmin mənzildə heç kim yaşamır. İddiaçının sənədlərinin və əşyalarının qaytarılması üçün cavabdehlərə müraciətlər olunsada onlar bundan imtina etmişdirlər. 3.X13 məhkəməyə “iddia ərizəsinə müddətin tədbiq edilməsi” barədə ərizə, həmçinin etiraz ərizəsi ünvanlayaraq, İddiaçı ona və digərlərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair” tələblərə dair iddia ərizəsinə iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Cavabdeh ərizələrini onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin dəlilləri tamamilə həqiqi halları əks etdirmir. Belə ki, aparılmış alqı-satqı əməliyyatları tam qanuna uyğun aparılıb və müqavilə tərəflərinin iradə və istəklərinə uyğun aparılıb və əməliyyatların aparılmasna dair mədaxil məxaric qəbzləri, ödənişlərin kim tərəfindən alındığını təsdiq edən sənədlər bunu təsdiq edir və bu faktlar iddianın əsassız olduğunun göstəricisidir. İddiaç özünün də bildirdiyi kimi müqavilə bağladığı andan hüquqlarının pozulduğunu, yanlış müqavilə bağladığı iddia etdiyi halda ildən artıq, iki ilə yaxın müddət keçdikdən sonra hazırki iddiası ilə məhkəməyə müraciət edib. Məhz yuxarıda sadaladıqlarına əsaslanaraq hesab edir ki, İddiaçı mənə və digərlərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair” tələblərə dair iddia ərizəsinə iddia müddəti tədbiq edilməlidir. Hazırki iddia tələbinə etirazında da diqqətə o məqamı çatdırmaq istəyir ki, məzili iddiaçıdan satın alan o və mənzili ondan satın alan digər şəxs tam vicdanlı alıcılardır. 5.İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Cavabdeh3 iddia ərizəsinə müddətin tətbiq edilməsi tələbi barədə ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən iddia ərizəsinə müddət tətbiq edilməməlidir. Bundan başqa mübahisəli mənzil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirildiyi vaxtdan 2022-ci ilin sonuna qədər iddiaçı həmin mənzildə yaşamışdır. Əlavə olaraq bildirir ki, həmin mənzil iddiaçının atası X22 tərəfindən iddiaçıya alınmışdır. İddiaçının atası Yevlax rayonunda yaşayır. 2022-ci ilin dekabr ayında iddiaçının atası da Bakı şəhərində olmuş və həmin mənzildə yaşamışdır. İddiaçının atası qızı gilə getmiş qayıdanda görmüşdür ki mənzilin kilidi dəyişdirilmişdir. Bundan sonra iddiaçı və iddiaçının atası həmin mənzilə daxil ola bilməmişdir. İddiaçı və onun atası həmin mənzili cavabdehlərdən istədikdən sonra cavabdehlər həmin mənzili verməmək üçün yalan əqd əsasında Cavabdeh2 özgəninkiləşdirmişdirlər. Həmin vaxtdan iddiaçı və cavabdehlər arasında qeyd edilən mübahisə davam edir. Bunun sübutu olaraq səs yazıları məhkəməyə təqdim ediləcək. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazır ki mübahisəyə iddia müddəti şamil edilsə də iddia müddəti ötürülməmişdir. 6.Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. 7.Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən mənzili Cavabdeh2 27 yanvar 2023-cü il tarixində notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın almışdır. Bu zaman satıcı Ülviyyə Sultanova ilə aralarındakı razılaşmaya əsasən evin dəyəri olan 85.000 manat məbləğin 50.000 manat hissəsi notariat kontorunun depozit hesabı vasitəsi ilə, geri qalan 35.000 manat hissəsi isə əldən verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə Cavabdeh2 (həmçinin onun nümayəndəsi Murad Əbdürəhmanov) mənzilin əvəllki mülkiyyətçilərinin heç birini, o cümlədən Ülviyyə Sultanovanı tanımır, onlarla hər hansı formada münasibəti, əlaqəsi olmamışdır. İddiaçının ona məxsus mənzili borcuna qarşılıq müvəqqəti olaraq digər cavabdehin adına keçirdiyinin doğru olduğunu fərz etsək belə Cavabdeh2 bundan məlumatı olmamış, olma imkanı da olmamışdır. Belə ki, Cavabdeh2 mənzili el arasında makler kimi bilinən daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxs vasitəsi ilə almışdır (yazışmalar və səs yazıları təqdim edilir). Bunun üçün həmin vasitəçiyə də xidmət haqqı ödəmişdir. Ülviyyə Sultanova ilə Cavabdeh2 arasında bağlanmış həmin alqı-satqı müqaviləsinin yalan əqd olmasına münasibətdə bildiririk ki, əvvəla iddiaçı məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etmir. İddiaçı tərəfindən verilən məlumatlar isə ümumiyyətlə həqiqəti əks etdirmir. AR Mülki Məcəlləsinin 340.2-ci maddəsində qeyd olunur ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yəni tərəflər həmin əqdi bağlayarkən əslində aralarında bağladıqları başqa əqdi pərdələmək niyyəti güdürlər. Halbuki satıcı Cavabdeh1 ilə Cavabdeh2 arasında başqa hərhansı əqd və ya razılaşma olmamışdır. Bu halı sübuta yetirmək üçün də iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmir. Bunun əksinə satıcı ilə cavbdeh Cavabdeh2 arasında mənzilin alqı-satqısına yönəlmiş qarşılıqlı iradə olmuşdur və cavabdeh mənzili satıcıdan 2023-cü ilin yanvar ayında almışdır. Bu zaman satıcı mənzildəki əşyaların boşaldılması və mənzilin təhvil verilməsi üçün müddət istəmiş Cavabdeh2 da razılıq bildirmişdir (nümayəndəsi vasitəsilə). Lakin bu müddət uzun çəkmiş və Cavabdeh2 nümayəndəsi Əbdürəhmanov Murad satıcı ilə whatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq əşyaların boşaldılmasını və açarların təhvil verilməsini xahiş etmişdir. Müxtəlif səbəblərdən bu prosesi uzadan satıcı nəhayət 2023-cü ilin mart ayında güya əvvəllər kiraçı kimi evdə qalan hazırki iş üzrə iddiaçının telefon nömrəsini verərək əşyaların ona aid olmasını, götürülməsi ilə bağlı onunla əlaqə saxlanılmasını xahiş etmişdir (yazışmalar və səs yazıları təqdim edilir). Bundan sonra (yenə iddia ərizəsində qeyd edilənlərin əksinə) M.Əbdürəhmanov onunla əlaqə saxlamış əşyaların götürülməsini xahiş edirmişdir. İddiaçı da onu aldatdıqlarını, evi satmadığını bildirmişdir. Yalnız bundan sonra yəni mənzili aldıqdan 2 ay sonra cavabdeh mənzilin mübahisəli olduğunu bilmişdir (yazışmalar və səs yazıları təqdim edilir). Hazırda sözügedən mənzil cavabdehin Cavabdeh2 sahibliyində və istifadəsindədir. Mənzilin bütün komunal xəttləri 2023-cü ilin mart ayından etibarən Cavabdeh2 adınadır (müqavilələr əlavə edilir). İddia ərzisəndə qeyd edilənlərin əksinə iddiaçı mənzildə qeydiyyatda deyildir (arayış əlavə edilir). Onu da qeyd etmək lazımdır ki, Cavabdeh2 mülkiyyətində olan mənzildən əşyaların çıxarılması ilə bağlı Nəsimi rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin e-2(006)-1268/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edimişdir (qətnamə əlavə edilir). Bütün yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdeh2 ilə digər cavabdehlər arasında əlaqənin olmasından və onunla satıcı Cavabdeh1 arasında bağlanılmış 27 yanvar 2023- cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasından söhbət gedə bilməz. Bundan əlavə o da qeyd olunmalıdır ki, Cavabdeh2 sözügedən mənzili əldə edərkən vicdanlı olmuşdur. Belə ki, satıcının mənzilə dair hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış) mövcud olmuş daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair onun mülkiyyətçisinin sərəncamvermə hüququnu məhdudlaşdıran, eyni zamanda həmin mənzil barədə əməliyyat aparılması ilə bağlı hər hansı qadağa qeydi də olmamışdır. Göründüyü kimi, Cavabdeh2 mənzilin mülkiyyətçisi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə, çıxarışa güvənərək həmin mənzili satın almışdır. Alqı-satqı prosesi qanunvericiliyə uyğun olaraq notariat kontorunda rəsmiləşdirilmiş, bu zaman notarius tərəfindən torpaq sahəsinə dair sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olubolmaması daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (forma 1) real vaxt rejimində əldə edilməklə yoxlanılmışdır. Cavabdeh2 qanunvericiliyə uyğun olaraq notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla satın aldığı sözügedən mənzil üzərində, bütün bu hərəkətlərin məntiqi nəticəsi olaraq, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilmişdir. Bütün bu prosesdə cavabdeh vicdanlı olmuşdur. Belə ki, mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Beləliklə işin faktiki hallarından və yuxarıda sadalananlardan aydın olur ki, mənzilə dair iddiaçının qeyd etdiyi formada əvvəlki mülkiyyətçilərlə razılaşmanın olmasını Cavabdeh2 bilməmişdir və bilmə imkanı da olmamışdır. Bu baxımdan da Cavabdeh2 sözügedən mənzilin alqı-satqısı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması vasitəsi ilə həmin mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə vicdanlı olmuşdur. Mülki Məcəllənin 149.2- ci maddəsinə əsasən isə vicdanlı üçüncü şəxslərin hüquqları qorunur. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sözügedən mənzilə dair Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatdan öncəki qeydiyyatlar ləğv edilsə belə, sonuncu vicdanlı üçüncü şəxs olduğundan onun hüquqları qorunmalı, adına aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlamalıdır. Digər tərəfdən, bir anlığına mənzilə dair alqı-satqı müqavilələrinin etibarsızlığı tələbinin əsaslı olduğunu fərz etsək belə hazırda iddiaçının həmin tələblə çıxış etmək hüququ yoxdur. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı tələblərə dair 1 illik “kəsici müddət” tətbiq edilir. AR Mülki Məcəlləsinin 354.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İşin faktiki hallarından məlumdur ki, iddiaçı mənzilə dair ilk alqı-satqı müqaviləsini xx.xx.2021-ci ildə bağlamaqla mənzili Cavabdeh3 satmışdır. Həmin tarixdən etibarən də iddiaçının bu əqdin mövcudluğundan məlumatı olmuşdur. Daha sonra mənzil müxtəlif tarixlərdə digər cavabdehlərə satılmışdır. Bütün bunlar nəzərə alındığında aydın olur ki, 1 illik müddəti keçirdiyinə görə iddiaçı həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnu itirmişdir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, hazırki iş üzrə iddia tələbi təmin oluna bilən deyil. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 8.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsində yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 10.Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahat verərək bildirmişdir ki, Cavabdeh2 Memar Əcəmi tərəfdə yerləşən ev almaq istəyirdi və bu məqsədlə makler ofisinə yaxınlaşaraq istədiyi evi təsvir etmişdi. Alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs Vüsal belə bir evin olduğunu bildirdikdən sonra digər vasitəçi ilə birlikdə həmin evə baxmağa getmişdilər. Evi bəyəndikdən sonra Cavabdeh2 da gətirəcəyini, əgər o da evi bəyənərdisə, həmin evi alacaqlarını bildirmişdi. Ertəsi gün Fatimə xanımla birlikdə evi görməyə getmişlər, Fatimə evi bəyənmişdi. Evdə əşyalar olsa da, yaşayış olmadığı məlum olmuşdu. Evdə yaşayan şəxslərin kim olduğunu soruşduqda, onların rayonda olduqları bildirilmiş və evi aldıqları təqdirdə əşyaları çıxarmaq üçün vaxt verilməsi xahiş olunmuşdu. Tərəflər evin 85.000 manat qiyməti ilə razılaşmışdılar. Makler onlara 4-cü dairədə notariusun olduğunu demiş və alqı-satqı həmin notariusun iştirakı ilə həyata keçirilmişdi. Bu zaman ev sahibinə əşyaları çıxarmaq üçün 1 ay möhlət verilmişdi. Müddət bitdikdən sonra onlara zəng vurulmuş, lakin zənglər cavabsız qalmışdı. Vasitəçi ilə əlaqə saxlanıldıqda evdə kirayə qalan şəxsin Namiq olduğu bildirilmiş və onun nömrəsi təqdim olunmuşdu. Namiqlə əlaqə saxlandıqda o, Türkiyə Respublikasında olduğunu demiş, buna görə də vasitəçidən evin açarını verməsi xahiş olunmuşdu. Təqdim olunan nömrədəki şəxs açarı verəcəyini bildirmişdi, lakin daha sonra onunla da əlaqə kəsilmişdi. Nəticədə, məcbur qalaraq çilingər çağırmış və evin qapısını açdırmışdı. Daha sonra Namiqə zəng edərək evin qapısını açdığını və əşyaları götürməsini bildirmişdi, lakin Namiq rayonda olduğunu və bir neçə günə gələcəyini demiş, daha sonra onun nömrəsinə də zəng çatmamışdı. Bir neçə gündən sonra başqa bir nömrədən bir xanım zəng vuraraq oğlunun aldadıldığını və evin bu şəkildə onlara satıldığını bildirmişdi, lakin sonradan həmin şəxslər də zənglərə cavab verməmişdilər. Nəticədə, evdəki əşyaların çıxarılması üçün onları məhkəməyə vermişdi. 11.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, hazırki iş üzrə həm iddiaçını, həm də bu vasitəçiliklə məşğul olan şəxsi tanıyırdı və bu məsələ ilə bağlı onlarla əlaqə saxlamışdı. Əvvəlcə alqı-satqı məsələsinə qarışmasa da, sonradan maraqlanaraq, evin Dinarə adlı xanımın adına rəsmiləşdirildiyini və həmin şəxsin bir müddət orada yaşamağa davam etdiyini, daha sonra isə evi tərk etdiyini öyrənmişdi. Dinarənin ona müraciət edərək borcu ödəyə bilmədiyini və evi satmalı olduğunu deməsindən sonra tanıdığı Müşfiqlə əlaqə saxlamış və həmin ev Müşfiqin adına keçirilmişdi. Müşfiqlə Dinarə arasında olan borcun bir hissəsi ilə bağlı iddiaçı ilə də əlaqə saxlanılmış, nəticədə notarial qaydada tərtib olunmuş sənəd əsasında iddiaçı tərəfindən Dinarəyə 30.000 manat məbləğində pul verilmişdi. Daha sonra iddiaçı bu mübahisə ilə əlaqədar əlavə olaraq 6.700 manat da ödəmişdi. Müşfiq evin satıldığını bilirdi və Dinarənin borcuna görə bu məbləğin ödənilməsini təmin etmişdi. Hadisələrin sonrakı gedişatı barədə isə hər hansı məlumata malik deyildi. 12.Nəsimi Rayon Məhkəməsinin 2(006)-97/2025 saylı, xx.xx.2025-ci il tarixli qərdadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qanpanı qızı və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki işin icraatına Cavabdeh4 münasibətdə xitam verilməsi qərara alınmışdır. 13.Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 14.Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X17 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı X17 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzili alıcı İddiaçı satmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 208974 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən evinin 57 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1331 nömrəli reyestr kitabında xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş İddiaçı ilə Cavabdeh3 Qanpanı qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh3 Qanpanı qızına 40.000 manata satmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh3 xx.xx.2021-ci il tarixli, **********447 nömrəli ərizəsinin surətindən görünür ki, xx.xx.2021-ci ildə Bakı şəhəri 14 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 10 gün müddətinə adına elektron çıxarışın qeydə alınması ilə bağlı tədbir görülməsini xahiş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh3 tərəfindən 40.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzil Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh4 55.000 manata satmışdır. - "xxxx" ASC-nin «5 saylı» filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderinə əsasən X18 tərəfindən VN Milli Gəlir Departamentinin depozit hesabına 160 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh4 tərəfindən X11 depozit hesabına 55.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderinə əsasən X18 tərəfindən X11 depozit hesabına 160 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli, **********109 nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 57 nömrəli mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. -Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********110 nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 57 nömrəli mənzilə dair “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışda adları çıxanlar ailə üzvləri deyil. Ona görə də notariat hərəkətinin aparılması qaydaları haqqında təlimatın 449-cu bəndini nəzərə alaraq alqısatqı müqaviləsini onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmişdir. Gələcəkdə bu hallarla bağlı iddia qalxarsa, büün məsuliyyəti öz üzərinə götüdüyünü bildirmişdir. -Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********111 nömrəli ərizəsinin surətindən görünür ki, Cavabdeh4 ilə ünvan 3 ünvanında yerləşən, ü/s 35.89 kv.m olan 57 nömrəli mənzilini 55000 manata satılması barədə qərara gəlmişlər. Müqavilə tərəflərindən təsdiq edildikdən sonra yaranmış 160 manat vergi öhdəliklərinin (borcunun) əmlakın satış dəyərindən əlavə çıxaraq hesabı vasitəsilə dövlət xəzinədarlığına köçürülməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. -Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X9 xx.xx.2022-ci il tarixli, **********112 nömrəli ərizəsinin surətindən görünür ki, X12 ünvan 3 ünvanında yerləşən 57 nömrəli mənzilin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. -Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli, **********114 nömrəli ərizəsinin surətindən görünür ki, 4Ə-363 reyestr nömrəsi ilə qeydə alınaraq, xx.xx.2022-ci ildə, Bakı şəhəri 14 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 10 (on) gün müddətinə adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. - ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 739 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh4 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 55000 (əlli beş min) manat məbləğində pulu müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra yaranmış 160 (bir yüz altmış) manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi və qalıq məbləğdən 54840 (əlli dörd min səkkiz yüz qırx) manatı Cavabdeh3 verilməsi üçün bankda olan AZ38MUG**********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzil Cavabdeh4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh1 39.000 manata satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. - X5 tərəfindən verilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, ünvan 5 ünvanda yerləşən mənzilin özgəninkiləşdirmə nəticəsində yaranan hüququn qeydiyyatı ilə əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun 15 gün ərzində verilməsini xahiş etmişdir. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh2 50.000 manata satmışdır. - Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh2 (əvəzinə X5) xx.xx.2023-cü il tarixli, **********660 nömrəli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzildə X14 və İddiaçı qeydiyyatda olması ona məlumdur. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə etiraz etmir. - Satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onlar, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin (1/1 hissə, 35.89 kv.m) 50000 manat 00 qəpik qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürmüşdür. “Alıcı” bu barədə müqavilənin notariat qaydada təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. - "xxxx" ASC-nin «Mərkəz» filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən X5 tərəfindən İmanlı Elgünün depozit hesabına 50.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC-nin «Mərkəz» filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətinə əsasən X25 tərəfindən Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin hesabına 159.03 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -X3 xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 5 ünvanda yerləşən mənzilin özgəninkiləşdirmə nəticəsində yaranan hüququn qeydiyyatı ilə əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun 15 gün ərzində verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. -Paylayıcı “Azəriqaz” İB ilə istehlakçı Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli AKX-05260xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyiyyətli qala təmin edir, İistehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkinin balans mənsubiyyəti sərhədi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Azəriqaz” İstehsalat Birliyi və abonent kodu **********00570 olan istehlakçı Cavabdeh2 arasında qazpalayıcı şəbəkinin balans mənsubiyyəti sərhədini qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Cənab Vəkil ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-16-5/2-U-23-6/2023 nömrəli məktubun surətindən görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən sözügedən şəxslər arasında Bakı şəhər 14, 30 və 32 saylı notariat ofislərində alqı-satqı müqavilələrinin təsdiqləndiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Elektron notariat" informasiya sistemində saxlanılan məlumatlara əsasən sözügedən şəxslər arasında Bakı şəhər 14, 30 və 32 saylı notariat ofislərində alqı-satqı müqavilələrinin təsdiqləndiyi müəyyən edilmişdir. Eyni zamanda 2021-2023-cü illər ərzində Cavabdeh3 iştirakı ilə 21, Cavabdeh4nın iştirakı ilə 4, X4 iştirakı ilə 5, Cavabdeh2 iştirakı ilə 3 alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi məlum olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh4 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4406 nömrəli rəyindən görünür ki, ümumi sahəsi 35.89 kv.m olan ünvan 8 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 76.984,00 manat müəyyən edilir. 2022-ci və 2023-cü illər üzrə mərkəzdə və eləcə də, internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. -Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-1268/2024 saylı qətnaməsindən görünür ki, idda təmin edilmiş, iddiaçı Cavabdeh2 məxsus ünvan 2, 25 saylı evin, 57 saylı mənzilindən cavabdeh X6 məxsus əşyaların cavabdeh X10 tərəfindən çıxarılması qət edilmişdir. 15.Mülki iş materiallarına səs yazıları olan Flaş-disklər və “Whatsapp” sosial şəbəkə vasitəsi ilə edilmiş yazışmaların olduğu fotoşəkillər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir . Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-377.2-ci maddələrinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” 20.Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. 21.Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. 22.İddiaçı iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini mübahisələndirərkən hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil guya borc müqabilində formal olaraq ard-arda müxtəlif şəxslərin adına keçirilmişdir. Lakin bu iddialar fərziyyələrə və əsaslandırılmamış subyektiv izahatlara söykənir. İddiaçı tərəfindən məhkəməyə alqı-satqı münasibətlərinin borc münasibətləri ilə əvəz olunduğunu sübut edə biləcək hər hansı bir rəsmi sənəd, borc müqaviləsi, qəbz və ya öhdəlik sənədi təqdim edilməmişdir. Əksinə, cavabdehlər tərəfindən təqdim olunmuş alqı-satqı müqavilələri notariat qaydasında rəsmiləşdirilmiş, hər bir əqd üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 23.Yuxarıda göstərilənlərlə yanaşı, mənzilin bazar dəyərinin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4406 nömrəli rəyi ilə ümumi sahəsi 35.89 kv.m olan ünvan 8 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 76.984,00 manat məbləğində müəyyən edilmişdir. 24.Beləliklə, ekspert rəyinə əsasən, mənzil üzrə bağlanmış alqı-satqı müqavilələrində göstərilən qiymətlər əmlakın faktiki bazar dəyərinə uyğun olması müəyyən edilmişdir. Bu hal isə onu göstərir ki, tərəflər əqdləri real iradə və qarşılıqlı razılaşma əsasında bağlamış, hər hansısa “formallıq” və ya “yalan əqd” niyyəti ilə deyil, əmlakın real kommersiya dəyəri nəzərə alınmaqla rəsmiləşdirmişlər. 25.Məhkəmə hesab edir ki, ekspert rəyinin nəticəsi bir daha iddiaçının alqı-satqı müqavilələrinin formal xarakter daşıdığı barədə iddialarını təkzib edir və əksinə, onların reallığını, iqtisadi əsaslılığını və bazar şərtlərinə uyğunluğunu sübut edir. 26.Bundan əlavə iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olduqları ilə bağlı iki məqamı daha vurğulamışdır. 27.Birincisi, iddiaçı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək qeyd etmişdir ki, 3 il ərzində cavabdehlərin iştirakı ilə çoxlu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi həmin şəxslərin əlaqəli şəxslər olduğunu və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirdiklərini sübut edir. İkincisi iddiaçı hələ də qeyd edilən mənzildə qeydiyyatda olduğunu bildirmişdir. 28.Məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, şəxsin bir neçə daşınmaz əmlak müqaviləsində iştirak etməsi qanunvericiliklə qadağan olunmur və bu, onun sahibkarlıq fəaliyyəti və ya şəxsi mülki hüquq subyekti kimi iqtisadi azadlığı çərçivəsində olan bir hüquqdur. Alqı-satqı müqavilələrinin sayının çoxluğu əqdlərin formal və ya saxta olması qənaətini formalaşdırmır və belə yanaşma hüquqi dövlət prinsiplərinə və mülki dövriyyənin azadlığına zidd hesab edilir. Mülkiyyət hüququna malik olan hər bir şəxs qanuni məhdudiyyətlər çərçivəsində sərbəst şəkildə əmlak əldə etmək, satmaq və ya digər şəxslərə ötürmək hüququna malikdir. Bu baxımdan, cavabdehlərin alqı-satqı müqavilələrində çoxsaylı iştirak etməsi iddianın əsaslandırılması üçün yetərli hüquqi dəlil sayıla bilməz. 29.Həmçinin, iddiaçı hələ də mübahisə predmetini təşkil edən mənzildə qeydiyyatda olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavabxan küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzildə qeydiyyatda deyil. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının mənzildə qeydiyyatda olması, və ya orada əvvəllər yaşaması mülkiyyət hüququnun sübutu sayıla bilməz. Belə ki, qeydiyyat faktı yalnız yaşayış yerini təsdiqləyir və heç bir halda əmlak üzərində mülkiyyət hüququ yaratmır. Əgər şəxs mənzilə dair alqısatqı müqaviləsinə imza ataraq onu digər şəxsə veribsə, bu halda o, həmin əmlakdan könüllü imtina etmiş sayılır. 30.Bundan əlavə, məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş səs yazıları da qiymətləndirilmiş, lakin müəyyən edilmişdir ki, təqdim olunan səs yazılarının heç biri alqısatqı müqavilələrinin etibarsızlığını təsdiq edən birbaşa və inandırıcı sübut təşkil etmir. Həmin yazıların əksəriyyəti ümumiyyətlə müqavilə tərəfləri arasında aparılmamış, bir qismi isə kontekstdən çıxarılmış, qeyri-müəyyən xarakter daşıyan danışıq parçalarından ibarətdir. Belə olduğu halda, səs yazılarının da iş üzrə həlledici sübut kimi qəbul edilməsi üçün hüquqi əsas mövcud deyildir. 31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 32.Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 33.N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. 34.Məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş X2 da izahatına hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, şəxsin şahid ifadəsi yalnız digər obyektiv və etibarlı sübutlarla təsdiqləndiyi halda işin hallarının sübut edilməsi vasitəsi kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin iş üzrə təqdim edilmiş sübutlar və materiallar şahidin ifadəsində göstərilən halları, xüsusilə də alqı-satqı müqavilələrinin formal xarakter daşımasını və ya qeyri-real niyyət əsasında bağlanmasını təsdiq etmir. Əksinə, iş materialları bu əqdlərin hər birinin qanunvericiliyə uyğun olaraq bağlandığını və notariat qaydasında rəsmiləşdirildiyini göstərir. Belə olan halda, şahid ifadəsi təkbaşına alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. 35.Beləliklə, işin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da İddiaçı bağlanmış əqdlə (əqdlərlə) bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir. 36.Məhkəmə həmçinin onu da qeyd edir ki, son mülkiyyətçi – Cavabdeh2 vəkili tərəfindən təqdim olunmuş sənədlər, üçüncü şəxsin izahatları və sosial şəbəkə (whatsapp) yazışmaları göstərir ki, mənzil real bazar qiymətinə, vasitəçi vasitəsi ilə, vicdanlı niyyətlə əldə olunmuşdur. Satıcı ilə alıcı arasında əşyaların boşaldılması ilə bağlı müvəqqəti razılaşma olmuş, lakin sonradan əlaqə yaradıla bilmədiyindən alıcı evə müstəqil şəkildə daxil olmuşdur. Beləliklə mənzilin hazırki mülkiyyətçisi Cavabdeh2 daşınmaz əmlakı dövlət reyestrində göstərilən qeydiyyata güvənərək, notariat qaydasında hüquqi qüvvəyə malik müqavilə əsasında həmin mənzili əldə etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 mənzili alarkən vicdanlı üçüncü şəxs olmuş, əqdin əvvəlki tarixçəsindən və iddiaçının bildirdiyi razılaşmalardan xəbərdar olmamışdır. 37.Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, mübahisəyə cəlb olunan digər şəxslər – X10, vəfat etmiş Cavabdeh4 və Cavabdeh3 tərəfindən əldə edilmiş mülkiyyət hüququ da reyestrdə qeydiyyatdan keçmiş və hüquqi nəticələr doğurmuşdur. Hər bir cavabdeh mənzili qanuni əsasla əldə etmiş, daşınmaz əmlakın reyestrində heç bir məhdudlaşdırıcı qeyd olmadığına görə, həmin şəxslərin də hər biri “vicdanlı alıcı” hesab olunmalıdır. 38.Bundan əlavə isə məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddiasının əsasında duran əsas arqumentin biridə onunla Cavabdeh3 arasında borc pulun alınıb verilməməsi qeyd edilsədə bununla bağlı özünündə etirafı nəticəsində bununla bağlı rəsmi sənədi təqdim edə bilməmiş və bunu onunla öz aralarında rəsmişləşdirməmişdir. Bu bir daha onu deməyə əsas verir ki, iddiaçı məhkəmədə iddiasını tam olaraq sübuta yetirə bilməmişdir. 39.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 40.Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 41.Son olaraq məhkəmə onu qeyd edir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. 42.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qanpanı qızı və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. 43.Bundan əlavə isə məhkəmə həmçinin iddianın digər hissələri olan verilmiş çıxarışların ləğv edilərək mənzilin ona geri qaytarılması hissəsi isə iddia tələbinin əsasını təşkil edən müqavilələrin etibarsız hesab edilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 46.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 47.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. 51.Bundan başqa, hazırki iş üzrə iddia tələbi bütövlükdə rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X8, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 52.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qanpanı qızına qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X8, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar