Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-999/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********99006 Samsung Galaxy A73 markalı və İmei kodu **********86967 XİAOMİ REDMİ NOTE 11 markalı telefonlar, HUAWEİ FREEDUDS SE qulaqlıq, fen ütü REMİNGTON, trimmer BRAUN almış və nəticədə 2171 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1332.72 manat (12 ay x 111.06 manat) İmei kodu **********99006 Samsung Galaxy A73 markalı telefon üçün ümumilikdə, 1343 manat olmaqla, ondan 1220.72 manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.28 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 652 manat (12 ay x 54.41 manat) İmei kodu **********86967 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HUAWEİ FREEDUDS SE qulaqlıq üçün, ümumilikdə, 478 manat olmaqla ondan, 434.36 manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.64 manat miqdarında cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 358 manat (18 ay x 19.91 manat) Fen ütü REMİNGTON, Trimmer BRAUN üçün, ümumilikdə, 350 manat olmaqla ondan, 318.38 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.62 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 370.56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********99006 Samsung Galaxy A73 markalı telefon üçün, 1220.72 manat ödənilməmiş hissə, 122.28 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********86967 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HUAWEİ FREEDUDS SE qulaqlıq üçün, 434.36 manat ödənilməmiş hissə, 43.64 manat miqdarında cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Fen ütü REMİNGTON, Trimmer BRAUN üçün, 318.38 manat ödənilməmiş hissə, 31.62 manat miqdarında cərimə borcu olmaqla, ümumilikdə 2171 manat borc və 41.71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində texniki səfv olduğunu qeyd edərək, iddiaçı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********99006 Samsung Galaxy A73 markalı telefon üçün, 1220.72 manat ödənilməmiş hissə, 122.28 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********86967 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HUAWEİ FREEDUDS SE qulaqlıq üçün, 434.36 manat ödənilməmiş hissə, 43.64 manat miqdarında cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Fen ütü REMİNGTON və Trimmer BRAUN üçün, 318.38 manat ödənilməmiş hissə, 31.62 manat miqdarında cərimə borcu olmaqla, ümumilikdə 2171 manat borc və 41.71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, işsiz olduğu üçün hazırda borcunu ödəyə bilmir, cərimə borcunun məhkəmə tərəfindən azaldılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-999/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, mülki işin materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10783609 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı 10783609 saylı müqavilə üzrə İmei kodu **********99006 Samsung Galaxy A73 markalı məhsulu Cavabdeh qızına satmış və Cavabdeh qızı alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissəhissə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022--ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 10783609 saylı müqavilə üzrə İmei kodu **********99006 Samsung Galaxy A73 markalı məhsulu tam qüsursuz halda təhvil almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07823247 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı İmei kodu **********86967 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HUAWEİ FREEDUDS SE qulaqlıq olan məhsulları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh məhsulu tam qüsursuz halda təhvil almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10783244 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı Fen ütü REMİNGTON, Trimmer BRAUN olan məhsulları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh məhsulu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 08 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki Cavabdeh xx.xx.2022ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə 1220.72 manat ödənilməmiş məbləğ, 122.28 manat cərimə borcu olmaqla, cəmi 1343 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 434.36 manat ödənilməmiş məbləğ, 43.64 manat cərimə borcu olmaqla, cəmi 478 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 318.38 manat ödənilməmiş məbləğ, 31.62 manat cərimə borcu olmaqla, cəmi 350 manat, ümumilikdə isə 2171 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 41.71 manat rüsum və 0,40 qəpik bank xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqaviləyə, xx.xx.2023-cü il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmış, müqavilələr və onlara əlavələrə əsasən, Samsung Galaxy A73 markalı telefon, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, HUAWEİ FREEDUDS SE qulaqlıq, Fen ütü REMİNGTON, Trimmer BRAUN məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində həmin müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğlərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun iddiaçıya həmin müqavilələr üzrə 2171 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilələr üzrə yaranmış borcun ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq, əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, işin halları əsasında müəyyən edilir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, lakin cavabdeh edilən xəbərdarlığa baxmayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı əsas borc tələbində tam, dəbbə borcu tələbində isə qismən haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2022ci il tarixli 10783609 nömrəli müqavilə üzrə 122.28 manat, xx.xx.2023-cü il tarixli 07823247 nömrəli müqavilə üzrə 43.64 manat və xx.xx.2022-ci il tarixli 10783244 nömrəli müqavilə üzrə 31.62 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 61 (altmış bir) manat, 22 (iyirmi iki) manat və 16 (on altı) manat məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2022-ci il tarixli 10783609 nömrəli müqavilə üzrə 1.220,72 (bir min iki yüz iyirmi manat yetmiş iki qəpik) manat ödənilməmiş məbləğ, 61 (altmış bir) manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli 07823247 nömrəli müqavilə üzrə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat ödənilməmiş məbləğ, 22 (iyirmi iki) manat cərimə borcu; - xx.xx.2022-ci il tarixli 10783244 nömrəli müqavilə üzrə 318,38 (üç yüz on səkkiz manat otuz səkkiz qəpik) manat ödənilməmiş məbləğ, 16 (on altı) manat cərimə borcu olmaqla, cəmi 2.072,46 (iki min yetmiş iki manat qırx altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 41.71 manat dövlət rüsumunun 40 manat hissəsi və bank xidmət haqqı olan 0,40 qəpik cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.220,72 (bir min iki yüz iyirmi manat yetmiş iki qəpik) manat ödənilməmiş məbləğ, 61 (altmış bir) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat ödənilməmiş məbləğ, 22 (iyirmi iki) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 318,38 (üç yüz on səkkiz manat otuz səkkiz qəpik) manat ödənilməmiş məbləğ, 16 (on altı) manat cərimə borcu olmaqla, cəmi 2.072,46 (iki min yetmiş iki manat qırx altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 41,71 (qırx bir manat yetmiş bir qəpik) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-999/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-999/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver