Məhkəmə qərarları › İş №e-2(007)-1003/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1003/2024

12.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1003/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Bakı şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə pay hüququnun tanınması və avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Bakı şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə qarşı “mənzilə pay hüququnun tanınması və avtomobilin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzilə pay hüququnun tanınması və avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsi qismən etibarsız hesab edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə dair Qarayev (Garayev) Elşad Vagif oğlunun ¼ hissədə vərəsəlik üzrə miras pay hüququnun tanınması və bu hüququn qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı üzrə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, bu mümkün olmadığı təqdirdə həmin mənzilin real dəyərinin ¼ hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Qarayev (Garayev) Elşad Vagif oğluna ödənilməsi; ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının alqı-satqısına dair Azərbaycan Respublikası DİN Baş X29 İdarəsində bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda həmin avtomaşının real satış qiymətinin ¼ hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq Qarayev (Garayev) Elşad Vagif oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil üzərində mərhum X11 ½ hissədə pay hüququnun tanınması; xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə dair atasının mirası üzrə ½ hissə olmaqla ümumi əmlakda Qarayev (Garayev) Elşad Vagif oğlunun ¼ hissədə vərəsəlik üzrə miras pay hüququnun tanınması və bu hüququn qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı üzrə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, bu mümkün olmadığı təqdirdə həmin mənzilin real dəyərinin ¼ hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Qarayev (Garayev) Elşad Vagif oğluna ödənilməsi; ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının barəsində Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə saat 14:05-də təsdiq edilmiş 7E- 21619 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi; ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının alqı-satqısına dair Azərbaycan Respublikası DİN Baş X29 İdarəsində bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda həmin avtomaşının real satış qiymətinin ¼ hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq Qarayev (Garayev) Elşad Vagif oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə baxışı zamanı 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Bakı şəhəri 18 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarayev (Garayev) Elşad Vagif oğlunun X7 24 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlaklar 2 müxtəlif bank hesabında olan əmanət depoziti, “Hyunday Elantra” markalı ** UT *** dövlət nömrə nişanlı avtomaşın və birgə nikah dövründə arvadı Cavabdeh1 adına alınmış ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzildən ibarət olmuşdur. Bank hesabları üzrə vərəsəlik bölgüsü Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən həll edilmiş, hesablardakı vəsaitin ¼ hissəsi Qarayev (Garayev) Elşad Vagif oğluna, ¾ hissəsi isə mərhumun arvadı Cavabdeh1 verilmişdir. Vərəsəlik işinin aparılması zamanı həmçinin müəyyən olunmuşdur ki, mərhum X11 vəsaiti hesabına alınmış, lakin arvadı Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında olan mənzil Vaqif Qarayevin ölümündən dərhal sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 qardaşı Cavabdeh2 əvəzsiz bağışlanmışdır. Həmin bağışlamada məqsəd göstərilən mənzilə ½ pay hüququ olan miras qoyanın irsindən Qarayev (Garayev) Elşad Vagif oğlu tərəfindən vərəsə kimi pay almasının əngəllənməsi olmuşdur. Müvafiq sənədləri məhkəmə araşdırmasına təqdim etməklə, Qarayev (Garayev) Elşad Vagif oğlu həmin mənzil üzərində olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.2 və 1200-cü maddəsi ilə təminatı verilən hüquqlarının bərpa olunmasını tələb edirik. Qeyd olunan bağışlama həyata keçirilərkən hədiyyə verən Cavabdeh1 tam hüquqlu mülkiyyətçi olmamış, hədiyyə əmlakın yarısı mərhum X11 miras irsi olmuş va həmin mirasın qanunsuz bağışlanması ilə müvəkkilinin vərəsəlik hüquqları pozulmuşdur. Müvəkkilinin bağışlanmış əşya hesabına vərəsəlik payını artırmaq hüquqları bərpa olunmalıdır. X11 miras əmlakı üzərində qanunsuz sərəncam verilməsi ilə əlaqədar həmin əmlakın notarial qaydada miras kütləsinə daxil edilməsinin qarşısı alınmışdır. Bu düşünülmüş niyyətin iştirakçısı olduğu üçün caabdeh Cavabdeh2 vicdanlı əldə edən sayıla bilməz. Həmin şəxs ən yaxşı halda bağışlanan əmlakın ¾ hissəsinin mülkiyyətçisi kimi saxlanıla bilər. Bağışlama həyata keçirilən zaman müvəkkili vərəsəlik qaydasında ona düşəcək ¼ hissədə miras payından imtina etməmişdir. Cavabdehlər tərəfindən həyata keçirilən digər saxta əqd hesabına müvəkkilinin başqa miras payına – mərhum atasına məxsus olmuş ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşından miras payı almasına əngəl yaradılmışdır. Belə ki, tərəflərindən Azərbaycan Respublikasının DİN Baş X29 İdarəsinə verilmiş sorğuya cavab olaraq həmin idarədən alınmış 3-13-16/2- 4677/2023 saylı xx.xx.2023-cü il tarixli məktuba əsasən X13 məxsus olmuş ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşını mərhum ölüm ayağında olduğu və anlaqsız vəziyyətə düşdüyü vaxt ölümündən 9 gün əvvəl xx.xx.2023cü il tarixdə yataqda alınmış avtomaşına sərəncam hüququ əks olunan etibarnamə əsasında həmin gün başqa şəxsin Cavabdeh1 qardaşı oğlu Cavabdeh3 adına alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Bu əməliyyatı aparmaqla qanunsuz alqı-satqı rəsmiləşdirilməsində də məqsəd həmin mirasdan müvəkkilinə pay düşməməsi olmuşdur. Halbuki, atasının xəstə halda ölüm yatağında yatdığı bütün müddət ərzində onun bütün müalicə xərclərini müvəkkili çəkmiş, hətta ona qulluq etməsi üçün əlavə iki nəfər baxıcı da tutmuşdur. Aşağıdakı əsaslara görə həmin avtomaşının alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır: Əvvəla ona görə ki, ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilə qarşılıqlı asılı şəxslər – yaxın qohumlar arasında görüntü üçün bağlanmışdır. Əsl niyyət müvəkkilinə düşən miras payının azalmasına nail olmaq olmuşdur. Həmin səbəbdən Cavabdeh3 vicdanlı əldə edən sayıla bilməz. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh2 sözlərindən məlum olmuşdur ki, üzərində Qarayev (Garayev) Elşad Vagif oğlunun ¼ hissədə pay hüququ olan ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının barəsində mərhum X16 guya notariat ofisindən kənar koma vəziyyətində olduğu evdə etibarnamə verərkən mərhumun birtərəfli əqd üzrə iradəsi xüsusi notarius X10 tərəfindən deyil, Bakı şəhəri 18 saylı Notariat Ofisinin kargüzarı tərəfindən təsdiq edilmişdir. Həmin notariat ofisində sorğu ilə alınmış etibarnamə işinin sənədlərinə əsasən xx.xx.2022-ci il tarixdə saat 14:05-də təsdiq edilmiş 7E-21619 reyestr nömrəli etibarnamənin üzərində olan qeydlərə əsasən notarius X10 göstərilən saatda ünvan 2 ünvanında olmaqla koma vəziyyətində olmuş X5 sual edərək iradəsinin nədən ibarət olmasını dəqiqləşdirmiş, “xəstə və qoca” olması səbəbindən etibarnamənin onun iştirakı ilə əvəzinə Cavabdeh3 imzalamasına razılıq vermişdir. İşin faktiki hallarına əsasən sözügedən etibarnamə X11 adından əvəzinə başqa adamın imzalaması ilə saxta tərtib olunmuşdur və nəticə olaraq həm etibarnamə, həm də bunun da sonrakı hüquqi nəticələri olan avtomaşının alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Tərəflərin izahatları:

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, avtomobil etibarnaməyə əsasən xx.xx.2022ci ildə verilib Vaqifə o, da alqı-satqı edərək Cavabdeh3 satıb. Etibarnamə etibarsızdır. Şəxs 3 aya yaxın ağır vəziyyətdə xəstəxanada olub. Rəhmətə getməmişdən 5 gün öncə alqı-satqı olunub. Şəxs bu etibarnaməni verə biləcək halda olmayıb. Ona iki nəfər tibb bacısı baxıb. Maşının qiyməti 15000 manatdır. Bu maşın etibarnamə ilə iddiaçının adından Nüşabə xanıma verilmişdir. Nüşabə xanım isə Cavabdeh2 oğluna vermişdir. Maşının hazırki sahibi Nicat Seyfullayevdir. Ev Nüşabə xanımın adına olub. Bu hissəni notariusdan gizlədiblər. Vərəsəlik banklarda olan pullara görə açılıb. Notarius bütün vərəsələri müəyyən edib. Əmlak birgə nikah dövründə əldə olunub. Etibarnamə verilərkən iddiaçı özündə olmayıb, öz hərəkətlərini dərk etməyib. Ərizə alınmadan ofisdə sənədləşdirmə aparılıb. Həmin sənədlər başqa şəxsin imzası ilə təsdiqlənib. İddiaçı sənədləri özü imzalamayıb. İddiaçı həmin zaman sistem altında olub və hansısa bir hərəkət edə biləsi vəziyyətdə olmayıb. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. 18 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı ilə şəxsin imzası alınıb və sənədləşdirmə aparılıb. İddiaçı sağ olarkən özü demişdir ki, “Cavid mən rəhmətə getsəm, mənim maşınım sənə qismət olsun, çünki sənin çox əziyyətin olub.” İddiaçının oğlu Amerikada yaşayır və 31 il ərzində atasından xəbəri olmayıb. İddiaçı yataq xəstəsi olduğu üçün, notariat ofisinin nümayəndəsi evə gəlmişdir. İddiaçının şifahi razılığı alındı və sənədləşdirmə aparıldı. Etibarnamənin evdə çap olunmasını görməmişdir. O, həmin vaxt evdə olmamış, dərman almağa getmişdir. Nümayəndəni evə oğlu gətirmişdi. Sonra nümayəndə həmin sənədləri aparıb notariusda təsdiq etdirdi və onlara təqdim etdi. Nümayəndə notariusun razılığı ilə gəlmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 bildirdi ki, iddia tələbini qəbul etmir. İddia əsassızdır. Nüşabə xanım vərəsəlik açdırıb və pay hüququ tanınmalı idi. Həmin zaman iddiaçı sağ olub. Onu miras əmlakı ələ keçirilmə niyyəti varmış kimi göstəriblər, lakin bütün hərəkətlər qanuni şəkildə həyata keçirilib. Mənzil 2012-ci ldə Nüşabə xanımın vəsaiti hrsabına əldə olunub. İddianın rədd olunmasını xahiş etdi.

8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin və Bakı şəhəri 18 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

10. İddiaçı Qarayev (Garayev) Elşad Vaqif oğlunun vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayıb Gəncə Ağır Cinayətlər məhkəməsində məhkəmə iclası olduğundan iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tam təmin olunmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

12. Məhkəmə işə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

13. Baş Dövlət Yol Polis İdarəsinin 14 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, “Hyunday Elantra” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil 27 may 2014-cü il tarixdə X11 adına qeydiyyata alınmış, 19 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 və X8 nəqliyyat vasitəsinə dair sərəncam hüququ üçün etibarnamə verilmiş, həmin tarixdə avtomobil Cavabdeh3 adına rəsmiləşdirilmişdir. 28 yanvar 2023-cü il tarixdə X8 nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə verilmişdir.

14. AZ-İİ seriyalı, 252787 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

15. AZ-T seriyalı 208014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev (Garayev) Elşad Vaqif oğlu 09 oktyabr 1970-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X7, anası X17r.

16. 4Ə-1780 nömrəli notariat işinin surətindən görünür ki, 20 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh2 bağışlamışdır.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

18. 27 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X11 vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan 1/4 hissədə irs almalıdır.

19. 27 mart 2023-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X6 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə mülkiyyət hüququ vardır.

20. AR-İİ 235565 nömrəli, 7E-651 reyestr nömrəli, 27 yanvar 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 ona məxsus bütün əmlaklar və hüquqlar üzrə Cavabdeh2 etibarnamə vermişdir.

21. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 əvəzinə X12 (etibar etmişi etibaretmə qaydasında Cavabdeh1 tərəfindən verilən etibarnamə əsasında) 19 sentyabr 2022-ci ildə “Hyunday Elantra” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 15000 manata satılmışdır.

22. 19 oktyabr 2012-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X18 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır.

23. Vİİ-ЖГ seriyalı, 325702 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X20 04 yanvar 1997-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon VVAQ Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Qarayeva” soyadını qəbul etmişdir.

24. 17 sentyabr 2022-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, X4 Nüşabə Baxış qızına nəqliyyat vasitəsinə dair sərəncam hüququ üçün etibarnamə vermişdir. Etibarnamə cismani qüsuru olan X16 xəstə olduğu üçün əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır.

25. Notariat jurnalından çıxarılmış vərəqənin surətindən görünür ki, 17 sentyabr 2022-ci il tarixdə X16 əvəzinə Cavabdeh3 tərəfindən imza edilmişdir. Etibarnamə ofisdən kənar verilmişdir.

26. 19 sentyabr 2022-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, X4 Nüşabə Baxış qızına, Cavabdeh1 da X9 nəqliyyat vasitəsinə dair sərəncam hüququ üçün etibarnamə vermişdir.

İşin faktiki halları:

27. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 və X16 04 yanvar 1997-ci il tarixdə nikaha daxil olmuşlar. X16 24 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. 17 sentyabr 2022-ci il tarixdə X4 Nüşabə Baxış qızına notariat ofisindən kənarda (evdə) nəqliyyat vasitəsinə dair sərəncam hüququ üçün etibarnamə vermişdir. Etibarnamə cismani qüsuru olan X11 əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır. “Hyunday Elantra” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil 27 may 2014-cü il tarixdə X11 adına, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hər iki əmlak birgə nikah dövründə əldə olunmuşdur. X11 əvəzinə X12 (etibar etmişi etibaretmə qaydasında Cavabdeh1 tərəfindən verilən etibarnamə əsasında) 19 sentyabr 2022-ci ildə “Hyunday Elantra” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 15000 manata satılmışdır. ünvan 1 ünvanında yerləşən mənzili isə Cavabdeh1 20 oktyabr 2022-ci il tarixdə qardaşı Cavabdeh2 bağışlamışdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

30. “Notariat haqqında” Qanunun:

35-ci maddəsinə əsasən notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

31. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir.

33. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

34. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil üzərində mərhum X11 ½ hissədə pay hüququnun tanınması, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə dair atasının mirası üzrə ½ hissə olmaqla ümumi əmlakda Qarayev (Garayev) Elşad Vagif oğlunun ¼ hissədə vərəsəlik üzrə miras pay hüququnun tanınması və bu hüququn qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın dövlət reyestri və kadastrı üzrə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, X16 ilə Cavabdeh1 04 yanvar 1997-ci il tarixdə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında yerləşən mənzil 19 oktyabr 2012-ci il tarixdə əldə edilmiş, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Göründüyü kimi mənzil birgə nikah dövründə əldə edilmiş əmlakdır. Bu işin mübahisəsiz halıdır.

35. Həmçinin Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən verilmiş 2V-213 reyestr nömrəli 27 mart 2023-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X6 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissədə mülkiyyət hüququ vardır.

36. Odur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Çünki həmin mənzil birgə nigah dövründə əldə olunmuşdur və mənzil üzərində X11 ½ hissədə pay hüququ vardır. Qarayev (Garayev) Elşad Vaqif oğlu isə onun vərəsəsi olduğundan sözügedən mənzil üzərində iddiaçının ¼ hissədə payı müəyyən edilməlidir. Göründüyü kimi X11 2 vərəsəsi Qarayev (Garayev) Elşad Vaqif oğlu və Cavabdeh1 olduğu üçün mənzil üzərində Qarayev (Garayev) Elşad Vaqif oğlunun ¼ hissədə, Cavabdeh1 ¾ hissədə payı müəyyən olunmalıdır.

37. Məhkəmə iddia tələbinin “payların müəyyən olunması mümkün olmadığı təqdirdə həmin mənzilin real dəyərinin ¼ hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Qarayev (Garayev) Elşad Vagif oğluna ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzil üçüncü şəxsə satılaraq özgəninkiləşdirilməmişdir və hazırda Cavabdeh2 mülkiyyətindədir. Bağışlama müqaviləsi etibarsız hesab edilmiş və iddia tələbinin ilk hissəsi təmin edilmişdir. İddiaçının mənzil üzərində ¼ hissədə payı müəyyən edilmişdir. Bu səbəbdən mənzilin dəyərinin bölünməsinə zərurət yoxdur.

38. Məhkəmə iddia tələbinin “** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının barəsində Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə saat 14:05-də təsdiq edilmiş 7E-21619 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməsi; ** UT *** dövlət nömrə nişanlı “Hyunday Elantra” markalı avtomaşının alqı-satqısına dair Azərbaycan Respublikasının DİN Baş X29 İdarəsində bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, bu mümkün olmadığı halda həmin avtomaşının real satış qiymətinin ¼ hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq Qarayev (Garayev) Elşad Vagif oğluna ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən şəxs xəstəliyinə, fiziki qüsurlarına görə sənədi imza edə bilmədikdə onun əvəzinə sənədi başqa şəxs imza edə bilər. Göründüyü kimi X16 fiziki qüsurlarına görə etibarnaməni imza edə bilmədiyindən Cavabdeh1 nəqliyyat vasitəsinə dair sərəncam hüququ üçün verdiyi etibarnamə onun əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır. X3 hansı səbəbdən imza edə bilmədiyi etibarnamədə qeyd edilmişdir.

39. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında X11 ölüm ayağında olduğu və anlaqsız vəziyyətə düşdüyü vaxt etibarnamə verdiyini iddia etsə də buna dair heç bir mötəbər sübut təqdim etməmişdir. X11 cismani qüsurunun olması onun anlaqsız olması anlamına gəlmir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Beləliklə, X11 Cavabdeh1 nəqliyyat vasitəsinə dair sərəncam hüququ üçün verdiyi etibarnamə qanunvericiliyin tələbinə əsasən tərtib edilmişdir. Bundan əlavə “Hyunday Elantra” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil 19 sentyabr 2022-ci il tarixdə Cavabdeh3 adına rəsmiləşdirilmişdir. X16 24 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. İşin hallarından müəyyən olundu ki, avtomobil birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə X2 özgəninkiləşdirilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi bu hissədə təmin edilə bilməz.

Məhkəmə baxışının hədləri:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi və iddiaçı tələb etmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

44. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil üzərində mərhum X11 ½ hissədə pay hüququnun tanınaraq həmin mənzildə Qarayev (Garayev) Elşad Vagif oğlunun ¼ hissədə pay hüququ tanınmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 4 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində 4Ə-1480 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil üzərində mərhum X11 ½ hissədə pay hüququnun tanınaraq həmin mənzildə Qarayev (Garayev) Elşad Vagif oğlunun ¼ hissədə pay hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar