Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1019/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “özəlləşdirilmə üçün verilmiş sənədlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “özəlləşdirilmə üçün verilmiş sənədlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 5, 6, 14.2-ci, 77, 78, 79, 80, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.2, 20.2, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 68, 76.1, 76.2, maddələrini və eləcə də Azərbaycan Respublikası qanunvericiliyinin ədalətli qərar üçün əsas olan digər maddələrini rəhbər tutmaqla həyati təhlükəni, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan vətəndaş “hüquqlarını və qanuni mənafelərini, habelə mənzil hüququnu, eyni zamanda yaradıcı şəxs olaraq yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri qeyd-şərtsiz (hər gecə eyş-işrət, hətta təcavüzə oxşar səslər, gecə 2, 3 radələrində oradan çıxanların əxlaqsız danışıqları...) pozmaqla işgüzar fəaliyyətinə mane olan (qarşısında bir səhər 15 yaşlı oğlanın anasını bıçaqlamasından sonra məcbur olub 25 il yaşadığı mənzilini tərk etmişdir), habelə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin bu restoranın 7 iş günü müddətində sökülməsi ilə bağlı Nizami Rayon İH başçısının vəzifələrini icra edən Qərib Məmmədova, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova və surəti ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunu nəzərə alaraq Tac adlanan bu qanunsuz restoranın sökülməsi ilə bağlı, onun yaşadığı binada R.Rüstəmov küçəsi 48 ünvanında birinci blokda (onun mənzili ikinci blokdadır) yaşayan X4 əsasən Nizami Rayon İH-nin Özəlləşdirmə üçün verilmiş qanunsuz icazə sənədlərini, həmçinin qanunsuz restoranın özəlləşdirilməsi üçün sənədlərin araşdırılması və bunlara əsasən Nizami Rayon İH haqqında qərar qəbul edilməsini, X4 Nizami Rayon İH-nin Özəlləşdirmə üçün vermiş qanunsuz icazə sənədləri, həmçinin qanunsuz restoranın özəlləşdirilməsi üçün sənədlər ləğv edilməzsə, ona da eynilə bu sənədlərin verilməsini təsbit edən qərarın qəbul edilməsini, İlahi ədalət hissi, hökm sahibi Allah buyuruqları tələb edir ki, Nizami Rayon İH-nin X1 ona da Özəlləşdirmə sənədləri verməlidir. Məhkəmənin bu ayrı-seçkiliyə aydınlıq gətirməsini və vətəndaşı alimi hakimiyyətdən narazı salan, intihar həddinə gətirən, ölkəni tərk etməsinə səbəb olan Nizami Rayon İH-nin əməkdaşları haqqında qərar qəbul edilməsini, onun 2-ci qrup əlil, şəkər xəstəsi və az maaşlı alim olduğunu nəzərə alaraq dövlət rüsumunun xüsusi gəliri olan cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Hesab edirəm ki, iddia ərizənin qəbul olunmasından aşağıdakılara əsasən imtina edilməlidir. Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;
Hakimin mövqeyi:
5. Göründüyü kimi tərəflər arasında inzibati hüquq münasibəti mövcuddur və mübahisə inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən irəli gəlir. Belə ki, qanunvericiliyin tələbinə əsasən Cavabdeh inzibati orqandır və sözügedən mübahisəyə ümumi məhkəmədə baxıla bilməz, iddiaçı bununla bağlı ixtisaslaşmış məhkəməyə (inzibati məhkəmə) müraciət edə bilər.
6. Bundan əlavə iddiaçı cavabdeh X2 ünvanının ünvan 2bdehin rəsmi qeydə alındığı ünvanı təsdiq edən sənəd əlavə etməmişdir.
7. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X2 rəsmi qeydə alındığı yer sorğulanmış, lakin heç bir nəticə əldə edilməmişdir.
8. Beləliklə, cavabdeh X2 rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün deyil. Həmçinin iddiaçının tələbi kifayət qədər aydın deyil.
9. İddiaçı tələbində Cavabdeh qərarının ləğv edilməsini və özəlləşdirmə sənədlərinin ona da verməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan olduğundan və iddiaçının tələbi inzibati orqanın qərarının ləğv edilməsi və inzibati orqanın üzərinə vəzifə qoyulmasından ibarət olduğundan hesab edirəm ki, iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməlidir.
Nəticə:
10. Belə olan halda, hesab edirəm ki, iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 153 və 284-cü maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “özəlləşdirilmə üçün verilmiş sənədlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Ülkər Yusifova