Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1096/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” barədə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1910 (min doqquz yüz on) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 39,10 (otuz doqquz manat on qəpik) manat dövlət rüsumunun (cəmi 1949,10 manat) "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23.08.2019-cu il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Babək prospektində "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avlonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, Cavabdeh idarə etdiyi “Daewo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sportage" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onlara maddi zərər vurmuşdur. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cı maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 29.08.2019-cu il tarixli Qüsur aktında göstərilmişdir ki, “Kia Sportage" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi zərər 1400 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC-nin 01.06.2017-ci il tarixdən 01.03.2020-ci il dövr üzrə hesabından çıxarışdan görünür ki, zərərçəkən Qaradaqi Zəhra Eldar qızına avtomobilə dəymiş zərərə görə 1400 manat məbləğində sığorta ödənişi 29.10.2019-cu il tarixində həyata keçirilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cı maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 02.09.2019-cu il tarixli Qüsur aktında göstərilmişdir ki, “VAZ-21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi zərər 510 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC-nin 01.06.2017-ci il tarixdən 07.09.2020-ci il dövr üzrə hesabından çıxarışdan görünür ki, zərərçəkən X2 avtomobilə dəymiş zərərə görə 510 manat məbləğində sığorta ödənişi 03.10.2019-cu il tarixində həyata keçirilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, təqsirli olan “Daewo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücüsü Cavabdeh oğludur. İş materialında olan "xxxx" ASC-nin 10.05.2019-cu il tarixli, PXA49342 saylı sığorta aktından görünür ki, “Kia Sportage" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1400 manat məbləğində ziyan dəymişdir. Bundan əlavə İş materialında olan "xxxx" ASC-nin 10.05.2019-cu il tarixli, PXA49342 saylı sığorta aktından görünür ki, “VAZ-21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 510 manat məbləğində ziyan dəymişdir. İş materialında olan "xxxx" ASC-nin 01.03.2019-cu il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Daewo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materialında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli Qüsur aktından görünür ki, “Kia Sportage" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1400 manat xərc çəkilmişdir. İş materialında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 02.09.2019-cu il tarixli Qüsur aktından görünür ki, “VAZ-21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 510 manat xərc çəkilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ-dən daxil olmuş İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan 21.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 39,10 manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. 25.1.8-ci maddəsinə əsasən icbari sığorta bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. 63.1-ci maddsəsinə əsasən Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan “Daewo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.08.2019-cu il tarixdə idarə edərkən Bakı şəhəri, Babək prospektində “Kia Sportage" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona 1910 manat məbləğində maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobillərin mülkiyyətçilərinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh inzibati xəta törətdiyinə və hadisə yerindən qaçdığına görə, sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-də sığortalanmış “Kia Sportage" markalı, **-LJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə, təqsirli bilinən şəxs Cavabdeh tərəfindən inzibatə xəta törətdiyi və hadisə yerindən qaçdığı, vətəndaş Qaradaqi Zəhra Eldar qızına məxsus “Kia Sportage" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx" ASC tərəfindən ödənilmiş 1400 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, "xxxx" ASC-də sığortalanmış “VAZ-21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqsirli bilinən şəxs Cavabdeh tərəfindən inzibatə xəta törətdiyi və hadisə yerindən qaçdığı, vətəndaş X2 məxsus “VAZ- 21074” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx" ASC tərəfindən ödənilmiş 1400 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1910 (min doqquz yüz on) manat sığorta ödənişi məbləğinin və 39,10 (otuz doqquz manat on qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1096/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1096/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver