Məhkəmə qərarları › İş №e-2(007)-1106/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1106/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1106/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh oğnludan İddiaçı QSC-nin xeyrinə DVL000190 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 94 manat borcun, 14.1 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış DVL000190 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 114 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X4 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 114 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satmalı və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəməlidir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, cavabdehin bugünə 94 manat əsas borcu, 14.1 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

İş materialları :

3. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DVL000190 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, X3 tərəfindən Cavabdeh 114 manat dəyərində əşyanı satmağı, cavabdeh isə onu qəbul edib müqaviləyə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, DVL000190 nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-dən görünür ki, borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 7-dən gec olmayaraq 6 ay müddətində hər ay 19 manat olmaqla, cəmi 114 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Yusifzadə X2 adlı əşayanı qüsursuz təhvil almışdır.

6. X3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, R-997/21 nömrəli faktorinq müqaviləsindən görünür ki, X3 tərəfindən İddiaçı QSC-nin tərəf olduğu və ya olmadığı alqı-satqı müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.

7. İşə əlavə edilmiş məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, DVL000190 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələbin güzəşti barədə bildiriş Cavabdeh təqdim edilmişdir.

8. xx.xx.2021-ci il tarixli, R-997/21 nömrəli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, X3 tərəfindən Cavabdeh qarşı olan 114 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.

9. İddiaçı QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 20.0 manat ödəniş etmiş və əsas borcdan 20.0 manat silinmişdir. Nəticədə Cavabdeh əsas borcdan qalıq qismində 94 manat və cərimə borcu qismində 14.1 manat olmaqla, ümumilikdə 108.1 manat borcu vardır.

10. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022 tarixli, DVL000190 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 94 manat əsas borc, 14.1 manat cərimə borcu olmaqla, ümumilikdə 108.1 manat borcu vardır.

11. İddiaçı QSC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli, DVL000190 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2024 tarixinə 232 manat borcu yaranmışdır. Cavabdeh borcunu xx.xx.2024-cü il tarixinədək ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı QSC məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İşin faktiki halları :

16. X3 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, DVL000190 nömrəli nisyə alğısatqı müqaviləsinin bağlanması və cavabdehin X3 qarşısında borcunun yaranması və X3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, R-997/21 nömrəli “tələbin güzəşti” barədə faktorinq müqaviləsi üzrə tələbin güzəşt edilməsi işin mübahisəsiz hallarıdır.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, X3 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, DVL000190 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

22. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-dən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 19 manat ödəmək şərti ilə ümumi dəyəri 114 manat olan Naviforce adlı əşayanı satın almışdır.

24. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, X3 alqısatqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun X1 qarşısında icra edilməmiş öhdəlikləri vardır.

25. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 94 manat ödənilməmiş əsas borc, 14.1 manat cərimə olmaqla, ümumilikdə 108.1 manat borcu vardır.

26. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4).

27. X3 ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixli, R-997/21 nömrəli “tələbin güzəşti” barədə faktorinq müqaviləsi bağlanmışdır. X3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, R-997/21 nömrəli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-9xx/xx-0015 nömrəli sazişə əsasən X3 tərəfindən Cavabdeh qarşı olan 114 manat məbləğində borca və 0.5% məbləğində dəbbə puluna dair tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.

28. Mülki qanunvericiliyə əsasən faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

29. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququnun güzəşt edilməsi barədə Cavabdeh bildiriş verilmişdir.

30. Belə olan halda məhkəmə qeyd edir ki, X3 ilə İddiaçı QSC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququ İddiaçı QSC-yə güzəşt ediliyindən və Cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının əsas borca görə 94 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

31. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixli faktorinq müqaviləsinin 2.8-ci bəndinə əsasən əsas müqavilədə ödənişin gecikdirilməsinə görə müəyyən edilmiş dəbbə pulu tələbi müqavilə üzrə faktora keçmişdir.

32. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi, müqavilə üzrə ümumi borcdan xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş etməsi işin tədqiq edilən halları ilə müəyyən edildiyindən və cərimə borcu üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən İddiaçı QSC-nin 14.1 manat cərimənin ödənilməsi tələbi əsaslıdır.

Məhkəmə xərcləri :

33. İddiaçı QSC ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

34. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı QSC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir.

35. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə İddiaçı QSC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, DVL000190 saylı müqavilə üzrə 94 manat borc və cərimə qismində 14.1 manat olmaqla, cəmi 108.1 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, DVL000190 saylı müqavilə üzrə 94 manat əsas borc və cərimə qismində 14.1 manat olmaqla, cəmi 108.1 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı QSCnin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar