Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1128/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilə üzrə qeyri-yaşayış sahəsinin, sxemin təhvil verilməsi və pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə qeyri-yaşayış sahəsinin, sxemin təhvil verilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə qeyri-yaşayış sahəsinin, sxemin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə imzalanmış, Q/Y-009 nömrəli müqaviləyə əsasən cavabdeh (icraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində, sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin və sxemin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə imzalanmış, Q/Y-009 nömrəli müqaviləyə əsasən cavabdeh (icraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində, sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin və sxemin İddiaçı təhvil verilməsi və Cavabdeh MMC-dən öhdəliyi vaxtında icra etmədiyinə görə 12000 manat məbləğində əldən çıxmış fayda, 5000 manat məbləğində vurulmuş mənəvi ziyan və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə imzalanmış Q/Y-009 nömrəli müqaviləyə əsasən, cavabdeh (icraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində, qeyri-yaşayış nömrəsi A-1, ümumi sahəsi 30 kv.m olan, hər kv.metrinin qiyməti 2800 (iki min səkkiz yüz) manat olmaqla, cəmi 84000 (səksən dörd min) manat müqabilində iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Tərəflər razılaşırlar ki, müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin dəyəri nağd şəkildə ödəniləcəkdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə uyğun olaraq İcraçının bu müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini öhdəliklərini vaxtında tam şəkildə icra etmək vəzifəsidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən “Sifarişçi” İcraçıdan bu müqavilənin 5.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb etmək onun hüququdur. Həmin müqavilənin 2.4.6-cı bəndinə əsasən “Sifarişçi” qeyri-yaşayış sahəsinin tikintisi başa çatdıqdan sonra bu müqavilə üzrə qeyri-yaşayışsahəsinə dair əldə etdiyi hüquqlarını ancaq tam ödənişi başa çatdırdıqdan sonra əldə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Sifarişçi”yə veriləcək, ümumi kompleksin prespektivində nəzərdə tutulmuş “A” blokun qeyri-yaşayış sahəsi 30 kv.m olan hazırki qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 2800 manat hesablanmaqla cəmi 84000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən “Bu müqavilənin qiymətinin 84000 manat hissəsi “Sifarişçi”nin şəxsi vəsaiti hesabına nağd şəkildə ödəniləcək; bu müqavilənin qüvvəyə minmə müddəti bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirinə qədər qüvvədədir”. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Tikinti və təmir işləri başa çatdıqdan sonra müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi İcraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında “Sifarişçi”yə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verəcək”; Həmin müqavilənin 5.3-cü bəndinə əsasən yaşayış kompleksinin qüvvədə olan qanunvericilik tələblərinə əsasən istismara qəbulundan sonra, qeyri-yaşayış sahəsinə dair sifarişçinin hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərinin “Sifarişçi”yə təhvil verilməsi təmin olunacaq, beləliklə müqavilənin 1.1 və 3.2-ci bəndinə müvafiq olaraq müqavilə imzalanan gün, yəni xx.xx.2020-cı il tarixdə qeyri-yaşayış sahəsinin dəyərini tam 84000 manat ödəmişdir. Sifarişçi olaraq müqaviləyə əsasən üzərinə düşən ödəmə öhdəliyini tam olaraq razılaşdırılmış müddətdə vaxtında yerinə yetirmişdir. Lakin, Cavabdeh MMC isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək hazırki vaxtadək binanın inşasını başa çatdırsa da dəyərini ödədiyi qeyri-yaşayış sahəsini vaxtında ona təhvil verməmişdir. Hal-hazırda “A” blokunda yaşayış olmaqla bərabər qeyri-yaşayış sahələrində də sahibkarlıq və kommersiya sahəsi ilə məşğul olurlar. Lakin bütün bunlara baxmayaraq İcraçı qeyriyaşayış sahəsini ona təhvil verməkdən yayınır. Halbuki, aralarında bağlanmış xx.xx.2020cı il tarixli, Q/Y-009 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən Tikinti və təmir işləri başa çatdıqdan sonra müqavilənin predmeti olan 1-ci bəndində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “İcraçı” tərəfindən müvafiq hüquqi sənəd əsasında Sifarişçiyə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verməli idi. Cavabdehlə onun arasında imzalanmış xx.xx.2020-cı il tarixli, Q/Y-009 nömrəli müqavilənin 11.4-cü bəndinə əsasən tərəflər bir-birinə olan bildirişləri və digər sənədləri müqavilədə göstərilən ünvanlara sifarişli bildirişli məktubla göndərməlidirlər. Həmin müqavilənin qeyd olunan bəndinə əsasən tərəfindən cavabdehə müqavilə üzrə dəyəri tam ödənilmiş 30 kv.m qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə Pretenziya məktubu ekspress poçt vasitəsi ilə cavabdehin aşağıdakı ünvanına göndərmişdir: Ünvan: Hüquqi ünvana (Vergilər Nazirliyinin saytında qeyd edilən) - ünvan 1 ünvana – ünvan 2tdırılması barədə müvafiq poçt qəbzləri iddia ərizəsinə əlavə edilir. Bundan başqa, Cavabdeh MMC ilə qeyri-yaşayış sahəsinin verilməsinə dair imzaladığı müqavilənin dəyərinin 84000 manat olmasına və həmin məbləğin tərəfindən tam olaraq vaxtında ödənilməsinə baxmayaraq dəfələrlə müraciət etsə də, qeyri-yaşayış sahəsinin sxemini ona təhvil verməmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə bilmişdir ki, iddia tələbini qəbul etmir. Mahir adlı şəxs binanın tikintisi üçün beton verib. Şirkətin də ona borcu yaranıb. Mahirin isə Səbuhiyə borcu yaranıb. Borc qarşılığında Səbuhiyə ev verilib və formal olaraq müqavilə bağlanıb. Borc qaytarıldıqdan sonra müqavilə ləğv olunacaqdı. Beləliklə, iddiaçı ilə şirkət arasında bağlanan əqd etibarsızdır. İddia tələbinin rədd olunmasını xahiş etmişdi.
6. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Q/Y-009 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçəsi, 2535-ci məhəllə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi, hər kvadrat metri 2800 manat olmaqla cəmi 84000 manata ona satılmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən tikinti və təmir işləri başa çatdıqdan sonra müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi “İcraçı” tərəfindən müvafiq hüquqi sənəd əsasında “Sifarişçi”yə tam ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “İcraçı” qeyri-yaşayış sahəsini “Sifarişçi”yə üçüncü şəxslərin hüquqlarından, habelə girovdan azad şəkildə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən tikintinin icraçısının vəzifələrindən biri də qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan sənədləri təqdim etməkdir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “Sifarişçi” “İcraçıdan” bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin vaxtında icrasını tələb etmək (müqavilədə nəzərdə tutulan öhdəliklərin vaxtında tam şəkildə icra edilməsini tələb etmək, zəruri sənədləri tələb etmək və s) hüququna malikdir. Müqavilənin 2.4.6-cı bəndinə əsasən sifarişçi qeyri-yaşayış sahəsinin tikintisi başa çatdıqdan sonra bu müqavilə üzrə qeyri-yaşayış sahəsinə dair əldə etdiyi hüquqları ancaq tam ödənişi başa çatdırdıqdan sonra əldə edir.
10. 02 iyun 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Şirin Mirzəyev küçəsi, “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyriyaşayış sahəsi üçün 84000 manat borc xx.xx.2020-ci il tarixdə tam ödənilmişdir. xx.xx.2020-ci il tarixində müştərinin heç bir borcu yoxdur.
11. 11.01.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Q/Y-009 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçəsi, 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Qeyri-yaşayış sahəsinə görə İddiaçı cavabdehə borcu yoxdur. Hazırda İddiaçı Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə aralarında imzalanmış, Q/Y-009 nömrəli müqaviləyə əsasən cavabdeh (icraçı) Bakı şəhəri, Şirin Mirzəyev və Mehdi Abbasov 2535ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində, sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin və sxemin İddiaçı təhvil verilməsini və Cavabdeh MMCdən öhdəliyi vaxtında icra etmədiyinə görə 12000 manat məbləğində əldən çıxmış fayda və 5000 manat məbləğində vurulmuş mənəvi ziyan və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
15. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Məhkəmə iddia tələbinin “Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə imzalanmış, Q/Y-009 nömrəli müqaviləyə əsasən cavabdeh (icraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin və sxemin İddiaçı təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, göründüyü kimi iddiaçı cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli, Q/Y-009 saylı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək qeyri-yaşayış sahəsinin pulunu 02 iyun 2020-ci il tarixdə tam şəkildə ödəmişdir. Bu barədə Cavabdeh MMC 02 iyun 2020-ci il tarixdə maliyyə arayışı vermiş və İddiaçı Şirin Mirzəyev küçəsi, “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyriyaşayış sahəsi üçün 84000 manat borcun xx.xx.2020-ci il tarixdə tam ödəməsi və İddiaçı Cavabdeh MMC-yə heç bir borcu olmadığı qeyd olunub. Lakin qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin plan cizgisi iddiaçıya təhvil verilməmişdir.
19. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2020-ci il tarixli, Q/Y-009 saylı müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Odur ki, qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçəsi, 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin plan cizgisi Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməlidir.
20. Məhkəmə iddia tələbinin “ Cavabdeh MMC-dən öhdəliyi vaxtında icra etməməyə görə 12000 manat məbləğində əldən çıxmış fayda və 5000 manat məbləğində vurulmuş mənəvi ziyanın cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı 12000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
22. İddia tələbi qismən təmin edilsə də iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçəsi, 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin plan cizgisi Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
24. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçəsi, 2535-ci məhəllədə “MY HOME” yaşayış kompleksinin “A” blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin plan cizgisi Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilsin. Cavabdeh MMC-dən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova