Məhkəmə qərarları › İş №e-2(007)-113/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-113/2023

15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-113/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontoruna müraciət edərək, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakı qəbul etməyini bəyan etmişdir. Mirasın ona məlum olan hissəsi ünvan 2dən ibarətdir. Buna əsasən də 3 saylı Asan Xidmət mərkəzində yerləşən Notariat Ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Qeyd olunan müraciətə isə Notariat ofisi tərəfindən Notariat hərəkətini imtina edilməsi barədə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bunun əsasında da hazırda bu iddia ərizəsi ilə məhkəməyə tərəfindən müraciət edilir. Belə ki, əlavə etdiyi **********432 saylı notariat ofisinə tərərfindən ünvanlanmış ərizədən də göründüyü kimi 08 may 2021-ci ildə miras əmlakı qəbul etməyi ilə bağlı müraciət edilmişdir. Lakin buna baxmayaraq yuxarıda qeyd olunan formada vərəsəliklə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X19 məxsus ünvan 2ə dair vərəsəlik hüququnun tanınaraq, vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızı cavabdeh kimi işə cəlb edilmişlər. Cavabdeh, həmçinin X4 qanuni nümayəndəsi Cavabdeh4 ərizələr ilə məhkəməyə müraicət edərək qeyd etmişdir ki, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş yaxın qohumu X8 miras qalmış ünvan 1 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina edir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş edir. Cavabdeh5 ərizə ilə məhkəməyə müraicət edərək qeyd etmişdir ki, 08 noyabr 2020ci il tarixdə vəfat etmiş yaxın qohumu X8 miras qalmış ünvan 1 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina edir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş edir. Cavabdeh3 ərizə ilə məhkəməyə müraicət edərək qeyd etmişdir ki, 08 noyabr 2020ci il tarixdə vəfat etmiş yaxın qohumu X8 miras qalmış ünvan 1 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina edir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş edir. Cavabdeh2 Hacıağa qızı ərizə ilə məhkəməyə müraicət edərək qeyd etmişdir ki, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş yaxın qohumu X8 miras qalmış ünvan 1 nömrəli mənzilindən ibarət əmlakını qəbul edib açıq qalan hissədə digər Cavabdeh1 xeyrinə imtina edir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı miras əmlakının qəbulu üçün 6-cı ayın sonuncu günündə notariusa müraciət etmişdir, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Bu səbəbdən də onlar mirasın qəbulu müddətinin bərpa edilməsi üçün müraciət etməmişlər. İddiaçı mübahisəli mənzildə yaşamasa da, miras əmlakını rəsmi qaydada qəbul etmişdir. Həmçinin, qeyd edir ki, miras əmlakı kimi ünvan 1 ünvanını göstərsələr də, mərhuma məxsus əmlak 211 saylı mənzil olmuş, mənzilin köhnə nömrəsi 208 olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1997-ci il mənzil satılarkən, həmçinin 2007-ci ildə mənzil satılarkən iddiaçı əmlaklardan pay götürmüşdür. İndi isə ananından qalan evdən də pay istəyir. O, mübahisəli mənzildə yaşayır və əmlakı qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı miras əmlakını qəbul etmək üçün qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddəti ötürmüş və müddətin bərpa edilməsi üçün də müraciət etməmişdir. Həmçinin, iddiaçı mübahisəli mənzildə yaşamamış, bir gün belə anasının səhhəti ilə maraqlanıb, ona baxmamışdır. Cavabdeh isə miras əmlakını faktiki olaraq qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 oğlu izahat verərək bildirmişdir ki, əmisi məhkəmədə iddia qaldıraraq nənələrindən miras qalmış əmlakdan pay istəyir. Lakin əmisinə 1997 və 2007-ci il tarixdə satılmış mənzillərdən pay verilmişdir. Digər əmisi Cavabdeh1 isə hazırda mübahiləndirilən əmlakda yaşayır və nənəsi vəfat edən günə kimi onunla yaşamışdır. Nənəsi deyirdi ki, mənzili oğlu Cavabdeh1ə vəsiyyət edir. Lakin səhhəti yaxşı olmadığı və ayağı kəsildiyi üçün notariat ofisinə gedə bilməmişdir. O, özünə düşəsi paydan əmisi Cavabdeh1in xeyrinə imtina edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 oğlu izahat verərək bildirmişdir ki, o, qayını Cavabdeh1in tərəfindədir. Hələ də, anlamır ki, iddiaçı niyə belə bir iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, qayını İddiaçı iki dəfə pay verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ Seriyalı 187744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 08 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 noyabr 2020-ci il tarixdə 930 nömrə ilə qeyd edilmişdir; - AZ-İİ Seriyalı 187745 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 mart 1986-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 mart 1986-cı il tarixdə 288 nömrə ilə qeyd edilmişdir; - AZ-İ Seriyalı 846965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 02 dekabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 dekabr 2016-cı il tarixdə 1668 nömrə ilə qeyd edilmişdir; - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05- Q-516/69 saylı məlumatından görünür ki, X9 ilə X21 nikahı haqqında 05 fevral 1960-cı il tarixdə 32 nömərli akt qeydi tərtib olunmuşdur. Nikah Xaçmaz rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mehtiyev, aravada Mehtiyeva soyadı verilmişdir. - 1 saylı Bakı Ərazi İdarəsinin **********93 saylı xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X14 adına Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 49, giriş 2, 221 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda adınadır. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 118 saylı “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı Məzahir oğlu 08 may 2021-ci il tarixində notariat ofisinə müraciət edərək 08 noyabr 2020-ci ildə vəfat etmiş anası mərhum X7 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ə.Mehtiyev 25 yanvar 2022-ci ildə notariat ofisinə ərizə təqdim edərək digər vərəsə qardaşı-X22 arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alıb, “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq, X15 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizənin surətindən görünür ki, o, ünvan 2ünvanında yaşamış 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X7 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 3ünvanında yerləşən mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu İddiaçı (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208), nəvəsi X23 (Bakı şəhəri, Nizami rayonu, E Süleymanov küçəsi, ev 49, mənzil 208), nəvəsi Cavabdeh5 qızı (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208). - Cavabdeh1 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizədən görünür ki, o, ünvan 2ünvanında yaşamış 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anası X7 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 3ünvanında yerləşən mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu İddiaçı (Bakı şəhəri, 3-cü Xrebtovı küçəsi, ev 54/60), nəvəsi X24 (Bakı şəhəri, Nizami rayonu, E Süleymanov küçəsi, ev 49, mənzil 208), nəvəsi Cavabdeh5 qızı (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208). - Cavabdeh5 və X23 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizənin surətindən görünür ki, onlar ünvan 2ünvanında yaşamış 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş nənələri X7 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 3ünvanında yerləşən mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələri vardır: oğlu İddiaçı (Bakı şəhəri, 3cü Xrebtovı küçəsi, ev 54/60), oğlu Cavabdeh1 (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49). - "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 30 avqust 2022-ci il tarixdə verilmiş 403 saylı arayışdan görünür ki, Cavabdeh1 həyat yoldaşı X10 və oğlu X28 ilə ünvan 6-də (mənzilin əvvəlki nömrəsi 208-dir). - ASAN 6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünü rki, Cavabdeh1, X10, Cavabdeh5, xx.xx.2013-cü il təvəllüdlü X28 və xx.xx.2008-ci il təvəllüdlü X23 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-7088/13 saylı məlumatından görünür ki, N.Mehdiyevanın (Cavadovanın) xx.xx.1960-cı ildə Xaçmaz rayon qeydiyyat şöbəsində 1935-ci il təvəllüdlü X11 ilə bağlanmış nikahına xx.xx.1986-cı sonuncunun ölümü ilə xitam verilmişdir. Onların birgə nikahından xx.xx.1961-ci ildə Mehdi Mehdiyev (ölüm tarixi xx.xx.2010-cu il), xx.xx.1964-cü ildə İddiaçı, xx.xx.1972-ci ildə Cavabdeh1, xx.xx.1974-cü ildə isə Fərman Mehdiyev (ölüm tarixi xx.xx.2016-cı il) doğulmuşdur. N.Mehdiyevanın (Cavadovanın) ölümü isə xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirirlər ki, “Vətəndaşlıq vəziyyəti aktları’’ avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən N.Mehdiyevanın (Cavadovanın) doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-9513/13 saylı məlumatından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X12 xx.xx.1971-ci il təvəllüdlü Rzayeva (Mehdiyevə) Sevda Hacağa qızı ilə nikahının xx.xx.1989-cu ildə, həmin nikahdan doğulmuş övladı xx.xx.1990-cı il təvəllüdlü X16 doğumunun xx.xx.1990-cı ildə, habelə X5 xx.xx.1982-ci il təvəllüdlü Abasova (Mehdiyevə) Rəvanə Vahid qızı ilə nikahının xx.xx.2003-cü ildə, bu nikahdan doğulmuş övladları xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh5 doğumunun xx.xx.2004-cü ildə, xx.xx.2008-ci il təvəllüdlü X6 doğumunun isə xx.xx.2008-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzil X14 mülkiyyətindədir. O, 08 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Qanunveciliyin tələblərindən də görünür ki, X14 uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) onun birinci növbədən vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ vardır. Hazırda mərhumun oğlu, yəni İddiaçı məhkəmədə iddia qaldıraraq, anasına məxsus əmlaka dair vərəsəlik hüququnun tanınması və vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. Belə ki, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən mənzil mərhum X19 məxsusdur. X27 ilə X3 birgə nikahlarından dörd övladları olmuşdur. Onlar xx.xx.1961-ci il təvəllüdlü Mehdiyev Mehdi, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1974-cü il təvəllüdlü Mehdiyev Fərmandır. Həmçinin, Mehdiyev Məzahir xx.xx.1986-cı ildə, Mehdiyev Mehdi xx.xx.2010-cu ildə və Mehdiyev Fərman xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Digər vərəsələrdən İddiaçı xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə müraciət edərək, anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin qardaşı Cavabdeh1 ilə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmiş və notarius ona vərəsəlik hüququnu haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdeh1 isə xx.xx.2021-ci ildə anasından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı notariat ofisinə ərizə ilə müaciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftar ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda; vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar idarəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. Məhkəmə belə qərara gəlir ki, İddiaçı anadan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş, digər vərəsə Cavabdeh1 isə mirası rəsmi qaydada qanunla müəyyən edilmiş vaxtda qəbul etməsə də, o və onun ailə üzvləri mübahisəli ünvanda yaşayırlar. Yəni cavabdeh anadan qalan miras mülkünü qəbul etməklə həmin əmlaka sahiblik etmiş və əmlakı idarə etmişdir. Beləlikdə, mirası faktiki olaraq qəbul etmişdir. Nəticədə, məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh İddiaçı analarından qalmış miras əmlakını qəbul etmişlər və onlarının vərəsəlik huquqları tanınaraq, əmlak üzərində payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən miras əmlakının qəbul edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş üç aylıq müddətin ötürüldüyünü bildimişdir. Göstərilənlərə münasibdə məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Mirasın formal və qeyri-formal qəbulu üsulları mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Hazırkı iş üzrə isə iddiaçı mərhumun vəfat etməsinin altıncı ayının sonuncu günündə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, həmin müddəti ötürməmişdir. Qeyd edilməlidir ki, mirasın qəbul edilməsi ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş ərizədən müəyyən edilmişdir ki, iddiaçı miras əmlakının qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən, həmçinin digər vərələsər kimi, mərhumun nəvələri haqqında da məlumat vermişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X2 (Mehdiyeva) Sevda Hacağa qızı ilə nikahında Cavabdeh3 doğulmuşdur. Həmçinin, X5 Abasova (Mehdiyeva) Rəvanə Vahid qızı ilə nikahından Cavabdeh5 qızı və X23 (yetkinlik yaşına çatmamışdır) doğulmuşdur. Məhkəmə tərəfindən X12 və X5 arvadı və uşaqları cavabdeh kimi işə cəlb edilmiş və onlar məhkəməyə miras əmlakını qəbul edib digər cavabdeh İddiaçı Məzahir oğlunun xeyrinə imtina etmələrinə dair ərizə vermişlər. Qeyd edilməlidir ki, X25 xx.xx.2010-cu il tarixdə və X20 isə xx.xx.2016-cı il tarixdə, yəni X8 əvvəl vəfat etmişlər. MM-in: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Göründüyü kimi, X25 və X1 Nazlı İzzət qızından əvvəl vəfat etdiklərindən onlar X17 vərəsələri hesab edilə bilməz və onların vərəsələrinin, yəni məhkəmə araşdırması zamanı işə cəlb edilmiş cavabdehlərin mirasdan pay almaq hüquqları yoxdur. Belə ki, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş X8 miras qalmış ünvan 5 ünvanında yerləşən mənzillə bağlı onun vərəsələrinin, yəni İddiaçı və Cavabdeh1 vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 miras qalmış ünvan 6 ünvanında yerləşən mənzil üzərində İddiaçı və Cavabdeh1 bərabər pay hüquqlu vərəsə olduğunundan, həmin miras əmlakının ½ hissəsi üzərində İddiaçı və ½ hissəsinə üzərində Cavabdeh1 qızının miras payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X7 miras qalmış ünvan 6 ünvanında yerləşən mənzil üzərində İddiaçı və Cavabdeh1 vərəsəlik hüquqları tanınmalı, həmin miras əmlakının ½ hissəsi üzərində İddiaçı və ½ hissəsinə üzərində Cavabdeh1 qızının miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu X18 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X7 miras qalmış ünvan 6 ünvanında yerləşən mənzil üzərində İddiaçı və Cavabdeh1 vərəsəlik hüquqları tanınsın. Həmin miras əmlakının ½ hissəsi üzərində İddiaçı və ½ hissəsinə üzərində Cavabdeh1 qızının miras payları müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar