Məhkəmə qərarları › İş №e-2(007)-1143/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1143/2025

01.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1143/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh2 nümayəndəsi Mirzəhəsənpur Omidin, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın Cavabdeh2 münasibətdə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-215/2022 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın Cavabdeh2 münasibətdə ləğv edilməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X6 və anası X32 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Cavabdeh2, X25, X15, İddiaçı, X19 və X13 adlı 6 övladları dünyaya gəlmişdir. Atası X6 xx.xx.2002-ci il tarixində rəhmətə getmişdir. Anası X32 isə xx.xx.2004-cü il tarixində rəhmətə getmişdir. Bildirir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha ibarət həyətyanı torpaq sahəsi atası X2 xüsusi mülkiyyətində olmuşdur. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası yerli xalq deputatları Sovetinin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən göründüyü kimi sözügedən mübahisəli əmlak X2 mülkiyyətində olmuşdur. Bildirir ki, valideynləri rəhmətə gedəndən sonra, yəni 2002-ci ildən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha ibarət həyətyanı torpaq sahəsini onlar övladları olan İddiaçı, X19, X13, X25, X15 əmlakı faktiki qəbul etmişlər, əmlak onların faktiki sahibliyi və istifadələrindədir. Bildirir ki, bacıları Cavabdeh2 ailəlidir. İran İslam Respublikasında yaşayarkən o, İranda ailə həyatı qurub, 1996-cı ildən daimi olaraq İranda yaşamışdır. Yalnız 2016-cı ildə atası rəhmətə getdikdən 14 il sonra Bakıya köçmüşdür. Lakin bu yaxınlarda onlara məlum olmuşdur ki, atası rəhmətə getdikdən sonra bacıları Cavabdeh2 onların xəbəri və razılığı olmadan 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna ərizə ilə müraciət etmiş, vərəsəlik işi açdırmış və həmin vərəsəlik şəhadətnaməsinə əsasən isə atalarından miras olaraq qalan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha ibarət həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2, X16, İddiaçı, X19 və X5 hər birinin 1/6 hissədə payı müəyyən edilmiş, 1/6 hissədə isə açıq saxlanılmışdır. Hesab edir ki, 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 verilmiş vərəsəlik haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən etibarsız hesab edilməli və qanun pozutusu ilə verilmiş şəhadətnamə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış Cavabdeh2 münasibətdə ləğv edilməlidir. Belə ki, ilkin olaraq qeyd edir ki, Cavabdeh2 heç vaxt onlarla birlikdə yaşamamışdır. Cavabdeh2 daim İran İslam Respublikasında yaşamışdır. Atası X6 xx.xx.2002-ci il tarixində rəhmətə getdikdən sonra onlar ondan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha ibarət həyətyanı torpaq sahəsinə faktiki olaraq miras payını qəbul etmişlər, əmlaka sahiblik etmişlər. Onlar əvvəldən olaraq atası sağ olduğu vaxtdan bu günə qədər mübahisəli evdə yaşamışlar, halhazırda da həmin evdə yaşayırlar. Cavabdeh2 isə 1992 ildən 2016-cı ilədək heç vaxt mübahisəli evdə yaşamamışdır, o, təxminən hər ildə bir dəfə Azərbaycan Respublikasına qonaq gəlib-getmişdir. Bildir ki, Cavabdeh2 müraciəti əsasında 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusunda açılmış vərəsəlik işi və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsi qanunsuz olaraq verildiyindən etibarsız sayılmalıdır. Belə ki, atası X6 xx.xx.2002-ci il tarixində rəhmətə getmişdir. Cavabdeh2 onların xəbəri və məlumatları olmadan 2022-ci ildə 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna müraciət etmiş və onun müraciəti əsasında vərəsəlik işi açılmışdır. Göründüyü kimi Cavabdeh2 atası rəhmətə getdikdən 20 il sonra Notariat Ofisinə müraciət etmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X7 ataları X6 rəhmətə getdikdən 20 il sonra, yəni 2022-ci ildə 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna ərizə ilə müracət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Göründüyü kimi X23 qanunvericilikdə nəzərdə tutulmuş 06 ay müddət ərzidə deyil, 20 il sonra, yəni 2022-ci il tarixində notariat kontoruna müracət etmişdir. 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu da öz növbəsində qanunvericiliyn tələblərinə zidd olaraq ona vərəsəlik şəhadətnaməsi vermişdir. Qanunsuz olaraq verilmiş vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 xx.xx.2022-ci il tarixli ********** saylı dövlət reyestrindən çıxarış almışdır. Hazırki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ona görə də hesab edir ki, 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən X14 verilmiş vərəsəlik şəhadətnaməsi qanunsuz olduğu üçün etibarsız hesab edilməlidir.

Cavabdehin etirazı:

4. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ataları X8 xx.xx.2002-ci il tarixində, anaları X32 isə xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsi ataları Qəhrəmani Qəhrəmanın xüsusi mülkiyyətində olmuşdur. Valideynləri rəhmətə getdikdən sonra, yəni 2002-ci ildən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsini övladları olan İddiaçı, X19, X13, X25 əmlakı faktiki qəbul etmişlər, əmlak onların faktiki sahibliyi və istifadəsindədir. Cavabdeh2 ailəlidir, İran İslam Respublikasında yaşayarkən, İranda ailə həyatı qurub. 1996-cı il tarixindən daimi İranda yaşayır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ataları rəhmətə getdikdən sonra Cavabdeh2 onların xəbəri və razılığı olmadan 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusuna ərizə ilə müraciət etmiş, vərəsəlik işi açdırmış və həmin vərəsəlik şəhadətnaməsinə əsasən atalarından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsinin üzərində Cavabdeh2, İddiaçı, X10, X5, X16, hər birinin 1/6 hissədə payı müəyyən edilmişdir. 1/6 hissə isə açıq saxlanılmışdır. Daha sonra isə iddia ərizəsində qeyd edilmişdir ki, 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 verilmiş şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilməlidir. İddia ərizəsini qeyri-obyektiv və əsassız hesab edir. Bildirir ki, miras əmlak, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi,44/1 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçməmişdir. Həmin torpaq sahəsinin, yəni, zəbt edilmiş torpaq sahəsinin üzərində İddiaçı və digər qohumlar tərəfindən özbaşına evlər tikilmişdir. Bildirmək istəyir ki, vərəsəliyin predmeti olan miras əmlak mütləq DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməlidir, yalnız xüsusi mülkiyyət kimi qeydiyyatdan keçdikdən sonra vərəsəliyin predmetini təşkil edə bilər. Əslində miras DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyata alındığı vaxtdan vərəsəlik açılır. O, həmin torpağı və evi DƏDRX-də xüsusi mülkiyyət kimi ataları X3 adına qeydiyyatdan keçirtdirərək, həm torpağa, həm də evə çıxarış almış və bundan sonra 2 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən miras əmlakdan, yəni həm torpaqdan, həm də evdən 1/6 hissə pay verilməsi barədə vərəsəlik şəhadətnaməsi verilmiş və həmin vərəsəlik şəhadətnaməsi əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almış. İddiaçı və vərəsəliyin dairəsinə daxil olan digər şəxslər isə torpaq və ev xüsusi mülkiyyət kimi tərəfindən mərhum X34ın adına qeydiyyata alındıqdan və çıxarış verildikdən sonra vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişlər. Deməli cavabdeh iddiaçıdan və vərəsəliyin dairəsinə daxil olan digər şəxslərdən tez notariusa müraciət etmiş. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bildirmək istəyir ki, o, X3 adına çıxarışı xx.xx.2022-ci il tarixində almış. Həmin vaxtdan ona vərəsəlik şəhadətnaməsi və həmin şəhadətnamə əsasında çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixinədək nə iddiaçı, nə də vərəsəliyin dairəsinə daxil olan digər şəxslər miras əmlakla bağlı notariusa müraciət etməmişlər. Onlar yalnız 2024-cü il tarixində müraciət etmiş və paylarını istəmişlər. Xahiş edir ki, İddiaçı iddia ərizəsi rədd edilsin.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, bacısı Cavabdeh2 həmin evdə qeydiyyatdadır. Lakin o, 1995-ci ildə X17 ilə ailə qurub İrana köçmüşdür. Uzun müddət İranda yaşamışdı. Arada bir gəlib gedirdi. Atası öləndən sonra da İranda yaşamışdı ərə gedəndən sonra ata evində yaşamamışdır. Amma onlar digər qardaç bacıları ilə mirası faktiki qəbul etmişlər. Onlar notariusa 2024-cü ildə müraciət ediblər. Cavabdehin 2022-ci ildə notariusa müraciət etməsindən xəbərləri olmayıb. O, notariusa müraciət edib qanunsuz olaraq vərəsəlik haqqında şəhadətnamə almışdır. Ona görə iddia tələbinin təmin edilməsini xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 bildirmişdir ki, iddia tələbini müdafiə edir. Mübahisəli əmlak çıxarışla 1990-cı ildən tərəflərin atasına məxsus olmuşdu. X8 xx.xx.2002-ci ildə, anaları rəhmətə getmişdir. Faktiki olaraq cavabdehdən başqa bütün vərəsələr həmin evdə yaşayırlar. Cavabdeh isə miras əmlak açıldıqdan sonra orada yaşamayıb. Cavabdeh miras əmlakı faktiki qəbul etmədiyinə görə köhnə Mənzil Məcəlləsinin tələbin əsasən 6 aydan artıq yaşamırsa, yaşayış hüququ itirilmiş hesab olunur. 1996-2022-ci ilə qədər cavabdeh İranda yaşayıb və faktiki mirası qəbul etməyib. Notariusa isə gec müraciət edib 2022-ci ildə. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, atası öləndə ana sağ idi. 4 qardaş bir bacıdırlar. Miras əmlak 1/7 hissədə bölünməli idi, lakin 1/6 hissədə bölünüb. Əzizənin böyük oğlu Bakıda anadan olub, kiçik oğlu isə Ərdəbildə anadan olub. Sözügedən ev özbaşına tikili idi, çıxarışı olmayıb. Ev cavabdehin atasının adına olub. 2022-ci ildə cavabdeh notariusa müraciət edib. 2024-cü ildə digər vərəsələr müraciət edib vərəsəlik şəhadətnaməsi almışlar. Bölgü olub, cavabdeh 25 m2 olan otaqda yaşayır. Etibarsız ola bilməz çünki Cavabdeh2 da atasının vərəsəsidir və həmin evdə qeydiyyatdadır. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Mirzəhəsənpur Omid bildirdi ki, iddia tələbini qəbul etmir. İddia əsassızdır. Anası ilə atasının nikahı 1991-ci ildə bağlanıb. O, Bakıda 2-3 il İran məktəbində oxuyub. Qardaşı da eyni ilə onun kimi oxuyub. Notarius iddiaçını çağırırdı, lakin o, gəlmirdi. Sözügen evdə onlar da yaşamışlar. Onun o vaxt 10 yaşı olmasına baxmayaraq, hamısını xatırlayır. İddia tələbinin rədd olunmasını xahiş etdi.

İş materialları:

10. Azərbaycan Sovet Sosialist Respublikasının xalq deputatlarının xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evi xx.xx.1990-cı ildə X4 verilmişdir.

11. AZ seriyalı, 129759 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

12. AZ-İ seriyalı, 072338 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

13. Vİİ-ЖГ seriyalı 402785 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 aprel 1965-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X1, anası X24.

14. A3 seriyalı 429516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X1, anası X24.

15. A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 25 oktyabr 1969-cu il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X1, anası X24.

16. Иİ-ФЮ seriyalı 445016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 04 noyabr 1959-cu il tarixdə, Qazaxıstan Respublikasında anadan olmuşdur. X1, anası X24.

17. İ-ФЮ seriyalı 577963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 20 yanvar 1957-ci il tarixdə, Qazaxıstan Respublikasında anadan olmuşdur. X1, anası X24.

18. 27 dekabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi X11r. Miras əmlak ünvan 1 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 107,30 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Miras əmlakın 5/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

19. 17 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsələri X13, İddiaçı, X19, X20r. Miras əmlak ünvan 1 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 107,30 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Miras əmlakın 1/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

20. 05 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vəəsəsi Cavabdeh2dır. Miras əmlak ünvan 1 ünvanında yerləşən 0,1242 ha torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 107,30 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Miras əmlakdan 5/6 hissədə pay almalıdır.

21. 15 iyul 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 atasından miras qalan əmlakın ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir.

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********91-10301 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi, 44/1 nömrəli, 107,30 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi onun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********91-10301 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi, 44/1 nömrəli, 107,30 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/6 hissədə pay haqqı ilə qeydiyyata alınmışdır. X3 5/6 payı açıq saxlanılmışdır.

24. Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 44/1 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********91 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 44/1 nömrəli 107,30 kv.m fərdi yaşayış evi (Yeni qaydalarla: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsi, 136) və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsi X10 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/6 hissədə pay haqqı ilə qeydiyyata alınmışdır. 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə X5, 1/6 hissədə X16, 1/6 hissədə İddiaçı payı müəyyən edilmişdir. X2 1/6 hissədə payı açıq saxlanılmışdır.

26. Vİ-ЖГ seriyalı, 446712 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X21 03 fevral 1995-ci il tarixdə Səadət Sarayında nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Mirzəhəsənpur” soyadını qəbul etmişdir.

27. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 30 may 2025-ci il tarixli məktubundan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2 1996-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2 2002-2022-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 2012-2019-cu illər ərzində ölkəyə gəlib getmişdir.

İşin faktiki halları:

28. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının X1 xx.xx.2002-ci il tarixdə, anası isə X32 xx.xx.2004-cü il tarixdə rəhmətə getmişdir. Atadan qalan miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 44/1 nömrəli 107,30 kv.m fərdi yaşayış evi (Yeni qaydalarla: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsi, 136) və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İddiaçı və digər bacı-qardaşlar miras əmlakı faktiki qəbul etmişlər və onlar 2024-cü il tarixdə notariusa müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Cavabdeh2 isə 03 fevral 1995-ci il tarixdə X17 ilə ailə həyatı quraraq İran İslam Respublikasına köçmüşdür. Dövlət Sərhəd Xidmətindən verilən cavabdan görünür ki, Cavabdeh2 2012-2019-cu illər ərzində ölkəyə gəlib getmişdir. 2019-cu ildə sonuncu dəfə ölkəyə giriş etmiş və Bakı şəhərində yaşamışdır. 05 avqust 2022-ci il tarixdə isə notariusa müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və onun əsasında çıxarış almışdır. Hazırda iddiaçı 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-215/2022 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın Cavabdeh2 münasibətdə ləğv edilməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı:

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

31. “Notariat haqqında” Qanunun:

55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

32. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

34. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir.

35. Belə ki, iddiaçının X1 xx.xx.2002-ci il tarixdə, anası isə X32 xx.xx.2004-cü il tarixdə rəhmətə getmişdir. Atadan qalan miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 44/1 nömrəli 107,30 kv.m fərdi yaşayış evi (Yeni qaydalarla: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsi, 136) və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İddiaçı, X19, X13, X25, X15 miras əmlakı faktiki qəbul etmişlər və əmlak onların faktiki sahibliyi və istifadələrində olmaqla paylı mülkiyyətindədir. Yəni iddiaçı və digər bacı-qardaşlar notariusa müraciət etməsələr belə, miras əmlaka faktiki sahiblik və istifadə etməklə qanunla müəyyən edilmiş qaydada mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər.

36. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

37. Lakin miras əmlakın qəbulu üçün qanunvericilikdə qeyd edilən şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Göründüyü kimi X8 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdeh miras əmlakı qəbul etmək üçün 2022-ci il tarixdə notariusa müraciət etmişdir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 03 fevral 1995-ci il tarixdə X17 ilə ailə quraraq İran İslam Respublikasına köçmüşdür. Dövlət Sərhəd Xidmətindən verilən cavabdan görünür ki, Cavabdeh2 2012-2019-cu illər ərzində ölkəyə gəlib getmişdir. 2019-cu ildə sonuncu dəfə ölkəyə giriş etmiş və Bakı şəhərində yaşamışdır.

38. Cavabdeh2 2012-20198-cu illər ərzində ölkəyə gəlib getsə belə atasından miras qalan əmlakı qəbul etmək üçün notariusa müraciət etməmişdir. Cavabdehin vəkili və nümayəndəsi ərizə verərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 30 may 2025-ci il tarixli məktubunda qeyd edilən tarixlərin düzgün qeyd edilmədiyini bildirmişdir. Məlumatda qeyd etmişdir ki, “Cavabdeh2 Azərbaycan Respublikası ərazisinə xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.2009xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2010- xx.xx.2010-cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il və xx.xx.2011-xx.xx.2011-ci illərdə girişi və çıxışı köhnə pasportla öz əksini tapmışdır. Ondan əvvəlki pasportları isə əldə etmək mümkün olmamışdır”. Göründüyü kimi cavabdeh qeyd edilən tarixlərdə Azərbaycan Respublikası ərazisinə giriş-çıxış etsə də atasından miras qalan əmlakı qəbul etmək üçün notariusa müraciət etməmişdir. Həmçinin miras əmlakı faktiki qəbul etməmişdir, notariusa isə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür.

39. Bundan əlavə cavabdeh mirası qəbul etmək üçün notariusa müraciət edən zaman notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

40. Bütün bu hallar 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli 107,30 kv.m fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-215/2022 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsinə əsas verir.

41. Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli 107,30 kv.m fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-215/2022 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamə etibarsız hesab edildiyindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış Cavabdeh2 münasibətdə ləğv edilməlidir.

Məhkəmə baxışının hədləri:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

43. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi və iddiaçı tələb etdiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

44. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V- 215/2022 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamə etibarsız hesab edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış Cavabdeh2 münasibətdə ləğv edilməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən 44/1 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V- 215/2022 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamə etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X39 şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış Cavabdeh2 münasibətdə ləğv edilsin. Məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar