Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1158/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/15 №-li daxili maliyyə lizinqi müqaviləsinə görə cavabdeh (lizinq verən) 2014-cü il buraxılışlı, boz rəngli, ban № KPTA0A18SEP182915 olan, SUV tipli X1 markalı nəqliyyat vasitəsini (lizinq obyekti) iddiaçıya (lizinq alana) müəyyən haqq müqabilində onun müvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür (müqavilənin 2.1 bəndi). Lizinq müqaviləsinin 2.1-ci bəndində lizinq obyektinin ümumi dəyəri 19277 şərti vahid kimi müəyyən edilmişdir. Müqavilənin 1-ci bəndinin 2-ci abzasına görə bu müqavilə üzrə öhdəliklər şərti vahidlə ifadə olunur. Bir şərti vahid öhdəliyin yaranma tarixinə Mərkəzi Bankın ABŞ dollarının manata bərabər olan məbləği təşkil edir. Bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının manata bərabər olan məbləğlə manatla ödəniləcək. Müqaviləyə 1 №-li Əlavədə (Lizinq ödənişləri cədvəlində) də bütün ödənişlər ABŞ dolları ilə ifadə edilmişdir. Tərəflər arasında müqavilənin bağlandığı tarixdə Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə əsasən 1 ABŞ dollarının 1,0479 manat olduğu nəzərə alınarsa, lizinq obyektinin dəyəri 20200,37 manat (19277 USD x 1,0479), lizinq mükafatı isə 6976 manat (6657 USD x 1,0479), cəmi 27 176,37 manat təşkil edir. O, müqavilənin qüvvədə olduğu müddətdə cavabdehə 27365,65 manat ödəmiş və lizinq müqaviləsi üzrə borcu qalmamışdır. Buna baxmayaraq cavabdeh lizinq obyektini iddiaçının mülkiyyətinə verməkdən imtina etdiyi üçün o, məhkəmədə iddia qaldıraraq lizinq obyektinin onun mülkiyyətinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (iş № 2(007)-2976/2019). Bakı Apellyasiya Məhkəməsi MK-nin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmadan və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iş № 2(103)-910/2020). AR Ali Məhkəməsi MK-nin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi MK-nin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (iş № 2(102)-230/2021). İşə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsi MK-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunaraq Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunaraq lizinq obyektinin iddiaçının mülkiyyətinə vermək öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (iş № 2(103)-4541/2021). AR Ali Məhkəməsi MK-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmadan və Bakı Apellyasiya Məhkəməsi MK-nin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iş № 2(102)-38/2022). Bakı Apellyasiya Məhkəməsi MKnin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi üçün xx.xx.2022-ci ildə icra vərəqəsi verilmiş və icra olunması üçün Nizami rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş və daha sonra icra işi cavabdehin hüquqi ünvanı üzrə Balakən rayon İcra şöbəsinə göndərilmişdir. İcra zamanı müəyyən olunmuşdur ki, lizinq obyekti olan avtomaşın hələ məhkəmə icraatı dövründə, xx.xx.2020-ci ildə Cavabdeh MMC-nin adından çıxarılaraq Maya Hüseynovanın adına qeydə alınmış və xx.xx.2021-ci ildə onun da adından qeydiyyatdan çıxarılaraq Emil Məmmədovun adına qeydə alınmışdır. Bu səbəbdən icra məmuru nəqliyyat vasitəsinin tələbkar İddiaçı mülkiyyətinə vermək öhdəliyinin borclu Cavabdeh MMC-nin üzərinə qoyulmasının düzgünlüyü baxımdan qətnaməyə izah verilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icra məmurunun qətnaməyə izah verilməsi barədə ərizəsi təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadda göstərmişdir ki, “tələbkar İddiaçı nəqliyyat vasitəsinin borclu Cavabdeh MMC-nin mülkiyyətindən çıxarılaraq başqa şəxslərin mülkiyyətinə keçməsinə əsas olan əqdləri məhkəməyə ümumi qaydada iddia verməklə mübahisələndirə bilər. Əgər həmin iddia təmin olunarsa və nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılarsa, hazırkı icra sənədi yenidən icraya yönəldilə bilər. Əgər tələbkar İddiaçı həmin əqdləri mübahisələndirmək istəmirsə və ya onun bu barədə iddiası təmin olunmazsa, belə halda o, Cavabdeh MMC-yə qarşı digər iddialar (məs.,nəqliyyat vasitəsinin dəyərinin ona ödənilməsi barədə iddia və s.) irəli sürə bilər”. İcra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra vərəqəsi icra mümkün olmadığı üçün məhkəməyə qaytarılmışdır. Qeyd olunanlara əsasən, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/15 №-li daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq obyekti olan 2014-cü il buraxılışlı, boz rəngli, ban № KPTA0A18SEP182915 olan, universal tipli, 08AC291 qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 27365,65 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 364/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq obyekti 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nöməli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı“X1” markalı nəqliyyat vasitəsinin ümumi dəyəri 19277 şərti vahidi təşkil etmişdir. Lizinq müqaviləsinin 2.3-cü bəndində qeyd olunmuşdur ki, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2019 nömrəli 21 oktyabr 2019-cu il tаrixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin lizinq alanın mülkiyyətinə verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-910/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(007)2976/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmiş, ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-230/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-910/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli qətnaməsinın ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)- 4541/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nömrəli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətinə vermək öhdəliyinin Cavabdeh MMC üzərinə qoyulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-38/2022 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)- 4541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Musayevin “qətnaməyə izah verilməsi barədə” ərizəsi təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, tələbkar İddiaçı nəqliyyat vasitəsinin borclu Cavabdeh MMC-nin mülkiyyətindən çıxarılaraq başqa şəxslərin mülkiyyətinə keçməsinə əsas olan əqdləri məhkəməyə ümumi qaydada iddia verməklə mübahisələndirə bilər. Əgər həmin iddia təmin olunarsa və nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılarsa, hazırkı icra sənədi yenidən icraya yönəldilə bilər. Əgər tələbkar İddiaçı həmin əqdləri mübahisələndirmək istəmirsə və ya onun bu barədə iddiası təmin olunmazsa, belə halda o, Cavabdeh MMC-yə qarşı digər iddialar (məs., nəqliyyat vasitəsinin dəyərinin ona ödənilməsi barədə iddia və s.) irəli sürə bilər. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)- 4541/2021 nömrəli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-4541/2021 nömrəli qətnaməsi 08 aprel 2022-ci il tarixdə icraya yönəldlmişdir. - Baləkən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, lizinq obyekti olan avtomaşın hələ məhkəmə icraatı dövründə, xx.xx.2020-ci ildə Cavabdeh MMC-nin adından çıxarılaraq Maya Hüseynovanın adına qeydə alınmış və xx.xx.2021-ci ildə onun adından qeydiyyatdan çıxarılaraq Emil Məmmədovun adına qeydə alınmışdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 364/15 nömrəli lizinq müqaviləsinə əsasən 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nöməli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı“X1” markalı nəqliyyat vasitəsini ümumi dəyəri 19277 şərti vahid ilə Cavabdeh MMC-yə lizinq vermişdir. Daha sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçı tərəfindən lizinq ödənişləri tam ödənildiyi üçün qeyd olunan avtomobilin iddiaçının mülkiyyətinə vermək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Baləkən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin avtomobil Cavabdeh MMC-nin adından çıxarılaraq başqa şəxslərin mülkiyyətinə keçmişdir. Bununla əlaqədar olaraq Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Musayev “qətnaməyə izah verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, tələbkar İddiaçı nəqliyyat vasitəsinin borclu Cavabdeh MMC-nin mülkiyyətindən çıxarılaraq başqa şəxslərin mülkiyyətinə keçməsinə əsas olan əqdləri məhkəməyə ümumi qaydada iddia verməklə mübahisələndirə bilər. Əgər həmin iddia təmin olunarsa və nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılarsa, hazırkı icra sənədi yenidən icraya yönəldilə bilər. Əgər tələbkar İddiaçı həmin əqdləri mübahisələndirmək istəmirsə və ya onun bu barədə iddiası təmin olunmazsa, belə halda o, Cavabdeh MMC-yə qarşı digər iddialar (məs., nəqliyyat vasitəsinin dəyərinin ona ödənilməsi barədə iddia və s.) irəli sürə bilər. Hazırda İddiaçı məhkəmə qətnaməsi ilə ona qaytarılması nəzərdə tutulan nəqliyyat vasitəsinin dəyərinin ona ödənilməsi barədə iddia qaldıraraq həmin nəqliyyat vasitəsi üçün ödədiyi 27365,65 manat vəsaitin Cavabdeh MMC-dən qaytarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən lizinq obyekti olan avtomobil üçün 27365,65 manat vəsait ödənilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə lizinq obyekti olan avtomobil iddiaçıya qaytarılmalı olsa da, avtomobil cavabdeh tərəfindən başqa şəxsin mülkiyyətinə keçdiyi üçün həmin avtomobilin iddiaçıya qaytarılması mümkün olmamışdır. Beləliklə, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək iddiaçıya zərər vurmuşdur. Buna görə də cavabdeh qeyd olunan hal üçün məsuliyyət daşımalıdır. Belə olduğu təqdirdə məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri və iş materiallarına əlavə edilmiş sübutlar baxımından hesab edir ki, iddiaçı 27365,65 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olduğundan iddia tələbi təmin edilməli və həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/15 №-li daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq obyekti olan 2014-cü il buraxılışlı, boz rəngli, ban № KPTA0A18SEP182915 olan, universal tipli, 08AC291 qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 27365,65 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçının ödəməkdən azad olduğu 172 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/15 №-li daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq obyekti olan 2014-cü il buraxılışlı, boz rəngli, ban № KPTA0A18SEP182915 olan, universal tipli, 08AC291 qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 27365,65 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 172 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1158/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-1158/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver