Məhkəmə qərarları › İş №e-2(007)-117/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-117/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-117/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh "xxxx" MMC-nin vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququna, mənzildə təmir işlərinin aparılmasına yaradılmş maneələrin yaradılmasının qadağan olunması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və "xxxx" MMCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.2019-cu il tarixli 166001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №-li mənzilinin Cavabdeh tərəfindən İddiaçıya təhvil verilməsi, qeyd olunan mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və "xxxx" MMCyə qarşı “İddiaçı ilə cavabdeh “İnşaat Konstruksiyaları" MMC arasında 14 oktyabr 2019-cu il tarixdə ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli mənzilin izolə olunmuş bir otaqdan ibarət olub bir pay kimi verilməsinə dair bağlanılmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixində 166001 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh MTK Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №-li mənzili hər kv.m. dəyəri 571 manat olmaqla, 33000 manat əvəzində iddiaçıya bir pay kimi vermişdir. Cavabdeh tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı müqavilə əsasında aldığı Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №-li mənzilinin hər kv.m. dəyəri 571 manat olmaqla, 33000 manat dəyərini tam ödəmişdir. Cavabdeh tərəfindən 02 iyun 2022-ci il tarixində verilmiş arayışa əsasən İddiaçı cavabdeh MTK-nın Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqlı 166 №-li mənzili təmirə buraxmışdır. Halbuki, müqavilədə nəzərdə tutulan öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq mənzil iddiaçıya təhvil verilməmiş və o, yaşayış sahəsinə buraxılmamışdır. Qeyd olunan müqavilə ilə iddiaçının istifadəsinə verilən mənzilə cavabdeh MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir, mənzillərin təmiri üçün alınan xammal isə yararsız vəziyyətə düşür və iddiaçı ailəsi ilə birlikdə həmin mənzilləri yaşayış üçün istifadə edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzillərin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş olunsa da bununla bağlı heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı xx.xx.2019-cu il tarixli 166001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №li mənzilinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, qeyd olunan mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 166001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 1 otaqdan ibarət 166 nömrəli mənzilin boşaldılması, iddiaçıya təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına maneə yaradılmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, 166001 nömrəli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə (yaşayış), ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 nömrəli mənzilin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi, qeyd olunan mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış manelərin aradan qaldırılması tələbi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi hal-hazırda məhkəmənin icraatındadır. Hazırkı iddia tələbinin mövcudluğu barədə yeni xəbəri olmuşdur. Ona məxsus mənzillə bağlı müqavilənin mövcudluğundan indi məlumatlıdır. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı və "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində 166001 nömrəli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, cavabdeh MTK Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №-li mənzili hər kv.m. dəyəri 574—manat olmaqla, 33000 manat əvəzində iddiaçıya bir pay kimi vermişdir. Cavabdeh tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı müqavilə əsasında aldığı Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №-li mənzilinin hər kv.m. dəyəri 571 manat olmaqla, 33000 manat dəyərini tam ödəmişdir. Cavabdeh tərəfindən 02 iyun 2022-ci il tarixində verilmiş arayışa əsasən iddiaçı cavabdeh MTK-nın Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqlı 166 №-li mənzili təmirə buraxmışdır. Halbuki, müqavilədə nəzərdə tutulan öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsə təhvil verilməmiş və o, yaşayış sahəsinə buraxılmamışdır. ünvan 2 ünvanında inşaat olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 166 nömrəli mənzil faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Belə ki, qeyd olunan mənzil ilə bağlı onunla "xxxx" MMC arasında 10 yanvar 2018-ci il tarixli 166001 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 1011 AZN təyin edilmişdir. Cəmi 57.8 kv.m sahəsi üçün 58436 (əlli səkkiz min dörd yüz otuz altı ) AZN təşkil edilmişdir. Göründüyü kimi mübahisəli mənzili o, hazırki, mülki iş üzrə İddiaçı 1 il 9 ay öncə almışdır. Qeyd etdiyi kimi həmin mənzil hazırda onun istifadəsindədir və mənzili təmir etdirir. Göstərilən əsaslara görə İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “müqavilənin etibarsızlığı ” tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, həmin mənzildə olmuşdur, orada iş görməyə, elektrikdən istifadə etməyə imkan verilməmişdir. Hazırda həmin mənzilin qapısı bağlıdır və orada heç kim yaşamır. İddiaçı mənzili MTK-nın özündən almışdır, lakin həmin mənzilə kimsə girmiş və yaşayaraq təmir etmişdir. Həmçinin o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul etmir və onun təqdim etdiyi sənədləri mötəbər hesab etmir. Odur ki, xx.xx.2019-cu il tarixli 166001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 166 №-li mənzilinin boşaldılması, iddiaçıya təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına maneə yaradılmasının qadağan olunması, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı qıznın iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 14 oktyabr 2019-cu il tarixdə müqavilə bağlanıb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ilə 10 yanvar 2018-ci il tarixdə müqavilə bağlanıb. İddiaçı ilə faktiki müqavilə mövcud olsa da, maliyyə arayışı verilsə də, mənzil üzrə ödəniş olunmamışdır və həmin sənədlər formal xarakter daşımışdır. Həmçinin şirkət tərəfindən ona bildirilmişdir ki, Sevin xanımın atası Zülfü müəllimlə MTK arasında materialların verilməsi barədə razılaşma olmuş, həmin materialların verilməsi müqabilində ona həmin binadan bir neçə mənzilin ona verilməsi razılaşdırılmışdır. Lakin bu barədə razılaşma icra edilməmiş, materiallar verilməmişdir. Bu müqavilə isə formal olaraq yazılmışdır. Həmin ərəfələrdə şirkət rəhbərliyi işin başında olmayıb. Direktorun adından, imzasından, möhüründən istifadə olunaraq saxtakarlıq edilmişdir. Bununla bağlı məhkəmə prosesləri var, ekspertizalar keçirilmiş və bu məsələ təsdiqini tapmışdır. X1 ilə bağlanan müqaviləni qəbul edirlər. Həmçinin bildirir ki, müavilələrdə qeyd edilən 17-ci və 18-ci mərtəbə faktiki olaraq eyni mərtəbəni ifadə edir. Çünki sonradan birinci mərtəbə qeyri-yaşayış sahələrinə ayrılmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı qıznın iddia tələbinin rədd edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçün şəxs X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkil-nümayəndəsi Vəkil3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, sözügedən mənzili müqavilə əsasında Qızxanım Səlimova almışdır. Səlimov Qızxanım müqavilə üzrə mənzilin dəyərini tam ödəmişdir. Sonradan İddiaçı ilə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Çünki həmin ev artıq Qızxanıma məxsus olmuşdur. Göstərdiklərinə əsasən, İddiaçı iddiasının rədd edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkilnümayəndəsi Vəkil3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddiaların təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməli, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı "xxxx" MMC ilə payçı X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 166001 saylı müqaviləsindən görünür ki, "xxxx" MMC sayılan ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzili X3 verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 58436 manat təşkil edir, 100% miqdarında tam ödənilir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli 166001 saylı müqaviləsinin predmeti sayılan ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzil üçün müştərinin heç bir borcu yoxdur, mənzilin dəyəri tam ödənilmişdir. - İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC sayılan ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzili İddiaçı verir. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 33000 manat təşkil edir, 100% miqdarında tam ödənilir. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, İddiaçı ilə MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli 166001 saylı müqaviləsinin predmeti sayılan ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzil üçün müştərinin heç bir borcu yoxdur, mənzilin dəyəri tam ödənilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş təmir arayışının surətindən görünür ki, ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı mənzilin İddiaçı məxsus olması və təmirə buraxılması barədə arayış verilmişdir. -"xxxx" MMC üzvlərinin ümumi iclasının 112 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı mənzilin payçısı olması, sənədlərin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, icraçı "xxxx" MMC ilə payçı X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 166001 saylı müqaviləyə əsasən, "xxxx" MMC ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzili X3 vermiş, tərəflər bununla bağlı razılaşma əldə etmişlər. Müqaviləyə əsasən müqavilə qiyməti cəmi 58436 manat təşkil etmiş, həmin məbləğ həmin tarixdə tam şəkildə ödənilmişdir. Eyni zamanda iş materiallarında olan İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 166001 saylı müqaviləyə əsasən ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzili İddiaçı verməsi qeyd olunmuş, habelə mənzili dəyəri olaraq 33000 manat pulun MMC-yə ödənilməsinə dair arayış verilmişdir. İddiaçı iddia tələbinin təmin edilərək xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilə üzrə mənzilin təhvil verilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 isə xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-cü maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflərin iradə ifadələrini müəyyən edən müqavilələr üzrə öhdəliklər mövcud halın olması faktını özündə ehtiva etməkdədir. Hazırda iddiaçın xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilə üzrə MMC tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirməsini tələb etməkdədir. Lakin eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qeyd olunan müqavilənin etibarsız hesab edilməsini tələb etdiyindən məhkəmə ilk öncə qeyd olunan müqavilənin etibarlılığına dair araşdırmanın zəruri olduğunun hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərindəndə göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bundan başqa qanunverici tərəflər arasında bağlanmış etibarsız əqd üzrə tərəflərin həmin əqdi bağladıqları zamana olduqları vəziyyətə gətirilməsini, yəni əqdin şərtləri üzrə yerinə yetirilmiş öhdəliklərin qaytarılmasını nəzərdə tutmuşdur. Əgər həmin əqdin etibarsızlığı məhkəmədə təsdiq edilmişdirsə qeyd olunan əqd üzrə tərəflərin əqdin bağlandığı andan olduqları vəziyyətə gətirilmələri üçün məhkəmə tərəfindən müvafiq hərəkətlər icra edilməlidir. xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilə üzrə göstərilən ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzili ilə xx.xx.2018-ci il tarixli 166001 saylı müqaviləsi üzrə göstərilən ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzil eyni mənzildir. Belə olan halda hər iki müqavilə predmeti olan əmlakın eyni olması İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə bağlanmış xx.xx.2018-ci il tarixli 166001 saylı müqavilədən daha sonra bağlanması müəyyən olunur. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin qanunsuz olması və iddiaçı tərəfindən həmin müqavilə üzrə şirkətə pul ödəməməsini, habelə hazırda mübahisə predmeti olan mənzilin X4 ilə bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncuya satılmasını bildirmişdir. İşin fatiki hallarından müəyyən olunduğu kimi iddiaçının məhkəməyə təqdim etdiyi müqavilədə göstərilən mənzilə dair öhdəliklərini yerinə yetirmədiyini öz təsdiqini tapmışdır. Bu həmçinin X2 hazırda qeyd olunan mənzildən müqavilə bağlandığı xx.xx.2018-ci il tarixdən maneəsiz istifadə etməsi, müvafiq təmir işləri aparması ilə təsdiq edilir. Hansı ki, bu hallar İddiaçı tələbini əsaslandıran zaman qeyd etdiyi məlumatlarla ziddiyyət təşkil edir. Belə olan halda X2 ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 166 nömrəli 1 otaqlı izolə olunmuş mənzilə xx.xx.2018-ci il tarixdən maneəsiz sahiblik etməsi və bu halın cavabdeh tərəfindən təsdiq edilməsi, habelə İddiaçı qeyd edilən mənzildən müqavilə bağlandığı tarixdən indiyənək sahiblik etməməsi xx.xx.2019-cu il tarixli 166001 saylı əqdin legitimsizliyini təsdiq etməkdədir. Yuxarıda göstərilən işin faktiki halları və sadalann maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı tələbinin hüquqi əsasını təşkil edən xx.xx.2019-cu il tarixli 166001 saylı müqavilənin etibarsızlığı məhkəmə araşdırması zamanı müəyyən edildiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbini qanuni əsaslı olmasını təsdiq etdiyindən təmin edilməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququna, mənzildə təmir işlərinin aparılmasına yaradılmş maneələrin yaradılmasının qadağan olunması” tələbi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 166001 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququna, mənzildə təmir işlərinin aparılmasına yaradılmş maneələrin yaradılmasının qadağan olunması” tələbi təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 166001 nömrəli müqavilə etibarsız hesab edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar