Məhkəmə qərarları › İş №e-2(007)-1173/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1173/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1173/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş X3” X1 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş X3” X1 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddaçı “İri Şəhərlərin Birləşmiş X3” X4 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Xaliqverdi qızından su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1116,67 manat borcun (abonent kodu: **********003) və 31,17 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “İri Şəhərlərin Birləşmiş X3” X1 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair dair e-2(007)-1173/2025 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh Xaliqverdi qızı (abonent kodu: **********003) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 (dörd) nəfər olmaqla normativ qaydada hesablanıb. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1116,67 (min yüz on altı altmış yeddi) manat borcu yaranıb. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-cü il tarixdə xəbərdarlıq məktubu göndərilib, lakin cavabdeh borcun ödənilməsini təmin etməyib.

İş materialları:

4. Abonent kartından görünür ki, abonent Cavabdeh ilə ünvan 1 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.2020-ci il tarixdə 43152006 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh 2021-2024-cü illər ərzində hər hansı ödəniş aparmamış, 2022-ci ilin aprel ayına onun 1333,57 manat, 2024-cü ilin sonuna isə 1116,67 manat borcu yaranmışdır;

5. Ətraflı abonent kartından görünür ki, abonent Cavabdeh ilə ünvan 1 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.2020-ci il tarixdə 43152006 nömrəli müqavilə bağlanmışdır. Cavabdehə xx.xx.2020-ci il üzrə 120 manat cərimə hesablanmışdır. Ümumi borc 1116,67 manatdır.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, su və kanalizasiya xidmətlərindən istifadəyə görə son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun ödənilməsi, əks halda su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılacağı, borcun və digər xərclərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur;

7. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 061562 nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanında araşdırma zamanı abonentin qeyri-qanuni su və çirkab su xətlərindən istifadə etdiyi aşkar edilmişdir. Həmin əlavə xətdən qeyri-qanuni istifadə etdiyi üçün tərəflərindən dəymiş ziyan aktı tərtib edilmişdir. Aktı hər nümayəndə imzalanmış, abonentin isə aktı imzalamamasının səbəbəi barədə qeyd göstərilməmişdir.

8. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 31,17 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında ailə tərkibi 4 nəfərdən ibarət olmaqla xx.xx.2020-ci il tarixində müqavilə bağlanılıb. Müqavilənin bağlanmasına səbəb həmin dövrdə cavabdehə dəymiş ziyan aktı tərtib edilməsi olub. Çünki cavabdeh sudan qeyri-qanuni istifadə edib. Sudan istifadə qaydalarının 3-cü bəndində qeyd olunur ki, cavabdeh tərəfindən sudan qeyri-qanuni istifadə ehtimalları müəyyənləşdiyi zaman iki nüsxədə dəymiş ziyan aktı tərtib olunur və bir nüsxəsi istehlakçıya təqdim edilməklə həmin ziyan istehlakçıdan tələb olunur. Hal-hazırda müqavilə münasibətləri qüvvədədir və davam edir. Müqaviləyə cavabdeh tərəfindən heç bir dəyişiklik yoxdur. Cavabdehdən tələb olunan ümumi məbləğ 2020-ci ilin iyul ayından 2024-cü ilin sonuna kimi hesablanıb. Borc məbləği 4 nəfər ailə tərkibinə uyğun hesablanıb.

10. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın: 2.1.9.2-ci yarımbəndinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər.

15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

İşin faktiki halı:

16. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 43152006 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh su və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, abonentin iddiaçıya borcu yaranmışdır. xx.xx.2020-ci il tarixində ''Azərsu'' ASC-in əməkdaşları tərəfindən Nizami rayonu, Nizami rayonu, 8-ci köndələn küçəsi, ev 20 ünvanında yerləşən iddiaçı Cavabdeh məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və sayğacdan kənar su xəttinin olması səbəbi ilə 061562 nömrəli akt tərtib edilmiş və 120 manat cərimə məbləği hesablanmışdır. Cavabdeh göstərilən borcunu (debitor və cərimə) ödəməmiş, hər ay borc məbləğinə görə verilən bildirişlərə və yazılı xəbərdarlığa baxmayaraq, müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu yaranmışdır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

18. borclu Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixdə 43152006 nömrəli müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcunu ödəməməklə və iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış borcu və digər xərcləri ödəməlidir. Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (Abonent kodu: **********003) 1116,67 manat borc tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş X3” X2 ödənilməlidir.

21. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh (Abonent kodu: **********003) 1116,67 manat borc və ödənilmiş 31,17 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş X3” X2 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar