Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-118/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X2 cəlb edilməklə cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzillərin boşaldılması, iddiaçıya təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzillərin boşaldılması, iddiaçıya təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı X3 və X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə mənzillə bağlı razılaşma əldə olunması məqsədi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işin baxılmamış saxlanılması barədə ərizəsinə etiraz etmədi. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X1 iştirakı olmadan işə baxılaraq qeyd edilən ərizənin müzakirəsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qərardad iddiaçının ödədiyi 100 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X2 cəlb edilməklə cavabdeh “İnşaat Konstruksiyaları“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzillərin boşaldılması, iddiaçıya təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzillərdə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Hazırkı qərardad İddiaçı tərəfindən ödənilmiş 100 manat (FİN: xxxxxxx, qəbz nömrəsi 471538033, Tarix: xx.xx.2024, saat 16:27) dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-118/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-118/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver