Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1189/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh X6 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X6 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasənda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin iştirakı olmadan işə baxılması barədə ərizəsini nəzərə alıb, “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 347 (üç yüz qırx yeddi) manat məbləğində ödəniş və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqu İddiaçı ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh X8 xx.xx.2018-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi “X14 2040“ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşulmuş “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə hərəkətdə olarkən Bakı şəhəri, Nizami rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək, “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurmuş və hadisə yerindən yayınmışdır. Hadisəni törədən cavabdeh X8 barəsində İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı ASC tərəfindən “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 347 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh X8 06 aprel 2023-cü ildə etiraz ilə məhkəməyə müraciət edərək, 2018-ci ildə baş vermiş hadisəyə görə ona qarşı kəsilən 347 manat məbləğindən ödənişi və 30 manat məbləğində pulu ödəməkdən imtina etdiyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1189/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "Azsığorta” ASC-nin cavabdeh X7 qarşı “ödənilmiş sığorta ödənişinin tələb edilməsi” tələbinə dair e-2(007)-1189/2023 saylı sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi verərkən məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 bildirmişdir ki, iddia tələbini qəbul edir. Hadisə 2018-ci ildə olmuşdur.Hal-hazırda müəssisə bağlanıb o. da işdən çıxmışdır, 5 il kecib pulu niyə o, ödəməlidir? Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 695 manat məbləğində zərər dəymişdir. - xx.xx.2018-ci il tarixli, TP1731731 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında X9 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2018-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə saat 15:00-da “X14 2040“ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşulmuş “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edən X9 tərəfindən Azərbaycan Respublikası İXMnin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X2 maddi zərər yetirmişdir. - “Avtonəqliyyat vasitələrinin icbari sığortası” barədə portaldan çıxarılmış şəhadətnamədən görünür ki, “X14 2040“ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşulmuş “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqu 55000 manat dəyərində sığortalanmışdır. - 17.06.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2018-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 15:00-da “X14 2040“ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşulmuş “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. - 05 oktyabr 2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 695 manat məbləğində zərər dəymişdir. - 08.10.2018-ci il tarixli icra haqqında bank qeydindən görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X10 347.50 manat ödəniş edilmişdir. - AC seriyalı 337943 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, “X14 2040“ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşulmuş “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X10 347.50 manat ödəniş edilmişdir. Hazırda iddiaçı “Opel Astra” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 347 (üç yüz qırx yeddi) manat məbləğində ödənişini tələb edir. Məhkəmə qeyd edir ki, “X14 2040“ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına qoşulmuş “Landerdof” markalı **-ZF-***8 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə “Opel Astra” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman “Opel Astra” markalı, **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yetirilmiş zərər nəticəsində X10 maddi zərər dəydiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X8 hadisə yerindən yayındığından, bu barədə inzibati xəta haqqında protokol olduğundan və vurulmuş zərərin əvəzi 347 manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, cavabdeh X8 "xxxx" ASC-nin xeyrinə 347 manat xeyrinə ödənilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan maddi ziyanın məbləği 347 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu X4 tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 dəymiş zərərin əvəzi olaraq 347 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 dəymiş zərərin əvəzi olaraq 347 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1189/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1189/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver