Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1195/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə3 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 6390.00 (altı min üç yüz doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 83.90 (səksən üç manat, doxsan qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on ) manat, ümumillikdə isə 6483.90 (altı min dörd yüz səksən üç manat, doxsan qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixində idarə edərkən "xxxx" ASC tərəfindən MV-C(Q) 00020-24 6 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "Qala Sığorta” ASC tərəfindən “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılaraq 6390.00 (altı min üç yüz doxsan) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPİ-nin “inzibati tənbeh vermə haqqında” qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən 6390 (altı min üç yüz doxsan) manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən “Qala Sığorta" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-D-0092- 2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Məktubdan sonra cavabdeh əlaqə saxlamış və məbləği ödəməyəcəklərini və işin məhkəməyə verilməsini bildirmişdir.
İş materialları :
3. xx.xx.2024-cü il tarixli, MV-C(Q)00020-24 saylı sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən 1 nömrəli Qoşmada göstərilən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “avtomobilin tam sığortası qaydaları”na əsasən sığortalanmışdır.
4. xx.xx.2024-cü il tarixli MV-C(Q)00020-24 nömrəli Avtomobillərin tam sığortası müqaviləsinə 1 nömrəli qoşma olan “sığortalanmış nəqliyyat vasitələrinin siyahısı”ndan görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobil siyahıda nəzərdə tutulmuşdur.
5. xx.xx.2024-cü il tarixli MV-C(Q)00020-24 nömrəli Avtomobillərin tam sığortası müqaviləsinə 2 nömrəli qoşma olan “sığorta təminatı üzrə cədvəl”dən görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərərdən sığorta məbləği 40.536 manat, məsuliyyət sığorta məbləği 10000 manat, fərdi qəza sığorta məbləği bir yer üzrə 5000, bir avtomobil üzrə 20000 manat müəyyən edilmişdir.
6. MVC0327/24 saylı işə dair xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, avtomobilin kompleks sığortası ilə sığortalanmış “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsinə xx.xx.2024-cü il tarixdə baş vermiş toqquşma növlü yol-nəqliyyat hadisəsi nəticəsində nəticəsində dəymiş zərərə görə faydalanan şəxs "xxxx" MMC-yə 100 manat azadolma məbləği çıxılmaqla, sonuncuya 6390 manat məbləğində sığorta ödənişi edilmişdir. Braəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdehdır.
7. Azərbaycan Respublikası Bakı şəhəri X6 İdarəsi tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 09:00 dəqiqədə Bakı şəhəri, Qara Qarayev prospektində baş vermiş toqquşma növlü yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli şəxs olaraq müəyyən edilmişdir.
8. TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh “Chevrolet Cruze” markalı, ** CY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
9. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli 1/5279 nömrəli protokoldan görünür ki, Cavabdeh alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır.
10. Bakı şəhəri BPİ-nin DYPİ-nin YNHÜŞ-nin inspektoru polis kapitanı V.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri ərazisində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməyi ilə əlaqədar icraatında araşdırılan həmin hadisə üzrə izahatı alınmalı olan “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə barədə yazılı izahat verməsini təklif etdikdə o, hadisə ilə bağlı izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını qeyd etmişdir.
11. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5320 manat, xidmət haqqı 1170 manat olmaqla, cəmi 6490 manat qiymətləndirilmişdir.
12. 18 iyul 2024-cü il tarixli, 01 nömrəli hesab-fakturadan görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyimiş ziyan 6490 manat ödəniş bank köçürmə yolu ilə həyata keçirilməlidir.
13. xx.xx.2024-cü il tarixli, 4941 saylı “ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən X3 6490 manat məbləğində sığorta ödənişi edilmişdir.
14. "xxxx" ASC tərəfindən Cavabdehə Ehtibar qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli, G-D-0092-2025 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı Cavabdehə Ehtibar qızından 6390 manat məbləğində sığorta ödənişinin 7 iş gün müddətinə ödənilməsi tələb edilmiş və əks təqdirdə şirkət tərəfindən müvafiq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
15. "xxxx" MMC tərəfindən verilmiş “daşınar əmlakın qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli, 02-129/25 saylı hesabatdan görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 2950 manat, aparılacaq təmir üçün əmək haqqının 700 manat təşkil etdiyi müəyyən edilmişdir.
16. İş materiallarına “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəkilləri əlavə edilmişdir.
17. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MB- 18/0800 nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, sual 1 üzrə: Yol-nəqliyyat hadisəsi zamanı 77YK486 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilin ön bamper, ön sağ və sol fara, radiator barmaqlığının xromu, ön bamperin orta setkası, duman qapağı, kapot, kapot petlələri, ön şveller, ön şvellerin böyük və kiçik buynuzu, alt şvellerin plasması, sol salaska və düymələri bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir və həmin avtomobilin sahibinə real olaraq 3770 manat məbləğdə ziyan dəymişdir. Sual 2 üzrə: İş materiallarında olan “Avto Servis” tərəfindən verilmiş qüsur aktında qeyd olunmuş hissələrin, xüsusilə də radiator barmaqlığının xromu, ön şvellerin böyük buynuzu, ön şvellerin kiçik buynuzu, ön buferin şvelleri, kapot və ön faraların və.d. dəyişdirilməsinə zərurət var idi. Sual 3 üzrə: Əgər həmin detalların dəyişdirilməsinə zəruruət olmadığı təqdirdə avtomobilin təmirinə çəkilən xərclərin dəyərinin müəyyənləşdirmək avtomobilə texniki servis mərkəzlərində baxış zamanı müəyyən etmək mükündür. Sual 4 üzrə: Mülki işdə olan bütün sənədlər, o cümlədən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair “Avto Servis” tərəfindən verilmiş qüsur aktı nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) və həmin hissələrin bərpasının həmin sənədlərdə göstərilən dəyəri hadisə baş verən tarixdə bazar qiymətinə uyğun deyil. Sual 5 üzrə: Zədələnməsi yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına (dəmirçi, rəngsaz, armatur) sərf olunan əməyin (servisin) bazar qiyməti 800 (səkkiz yüz) manat təşkil edir. Sual 6 üzrə: Yolnəqliyyat hadisəsi nəticəsində 77YK486 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə dəymiş ziyanın məbləği real olaraq (ƏDV, ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 4449 (dörd min dörd yüz qırx doqquz) manat təşkil edir. Sual 7 üzrə: Qüsur aktında olan detalların bazar qiyməti hazırkı dövrdə olan bazar qiymətləri ilə eynilik təşkil etmir. Gömrük tarifləri, daşınma xərcləri, vergilər və logistika xərcləri qiymət artımına təsir edən faktorlardır. İnflyasiya və idxal xərclərinin artımı fonunda ehtiyat hisələri bazarında illik 4-8% qiymət artımı yaşanmışdır.
18. “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MEB-298- 0925 nömrəli qiymətləndirmə hesabatında görünür ki, 1 və 6-ci sual üzrə: Yol-nəqliyyat hadisəsi zamanı 77YK486 dövlət qeydiyyat nişanlı “Toyota Corolla" markalı avtomobilin hansı hissələri bilavasitə yol-nəqliyyat hadisəsi zamanı təqdim olunmuş qusur aktında göstərilən ehtiyyat hissələri zədələnmişdir və həmin avtomobilin sahibinə 6080 manat ziyan dəymişdir. Sual 2 üzrə : İş materiallarında olan “Avto Servis” tərəfindən verilmiş qüsur aktında qeyd olunmuş hissələrin, xüsusilə də radiator barmaqlığının xromu, ön şvetlerin böyük buynuzu, ön şvellerin kiçin buynuzu, ön buferin şvelleri, kapot və ön faraların və.d. dəyişdirilməsinə “Elgün avtoservis”-nin tərtib etdiyi qüsur aktına əsasən zərurət olduğu müəyyən olunmuşdur. Sual 3 üzrə : “Elgün avtoservis”-nin tərtib etdiyi qüsur aktına əsasən zərurət olduğu müəyyən olunmuşdur. Bu səbəbdən zərurət olmadığı dəyəri hesablanmamışdır. Sual 4 üzrə: Mülki işdə olan bütün sənədlər, o cümlədən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair “Avto Servis” tərəfindən verilmiş qüsur aktı nəzərə alınmaqla “Elgün avtoservis”-nin tərtib etdiyi qüsur aktına əsasən yalnız ehtiyyat hissələrin dəyərində 410.0 (dörd yüz on) manat fərq yaranmışdır. Sual 5 üzrə : Zədələnməsi yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına (dəmirçi, rəngsaz, armatur) sərf olunan əməyin ümumi dəyəri 5,838.50 (beş min səkkiz yüz otuz səkkiz) manat 50 qəpik təşkil edir. Sual 7 üzrə: Qüsur aktında olan detalların bazar qiyməti hazırkı dövrdə olan bazar qiymətləri ilə eynilik təşkil edir.
19. xx.xx.2025-ci il tarixli, **********99 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 83.90 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ekspert rəyi əsas götürləcəyi halda köhnəlmə faizləridə nəzərə alınmadan 6080 manat məbləğində pul vəsaitinin tutlmasını xahiş edirlər.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul etmişdir. İzahatında bildirmişdir ki, kapot və şvellərlə bağlı hissəyə dəymiş zərər çıxılmaqla onun tərəfindən məhkəməyə təqdim edilmiş rəy üzrə müəyyən edilmiş məbləğin tutulmasını xahiş etmişdir. Avtomobil ağır dərəcədə əzilməmişdir. Şvellerin zədə alması absurddur.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”.
İşin faktiki halı :
26. Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir.
27. "Qala Sığorta” ASC tərəfindən “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılaraq 6390.00 (altı min üç yüz doxsan) manat sığorta ödənişi həyata keçirilmişdir.
28. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.
Məhkəmənin mövqeyi :
29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
30. İddiaçı "Qala Sığorta” ASC Cavabdeh qarşı olan “ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması” barədə iddia tələbini cavabdehin təqsiri nəticəsində "Qala Sığorta” ASC-də sığortalanmış avtomobilə dəymiş zərərə görə sığortalıya ödənilmiş sığorta ödənişi məbləğinin cavabdehdən subroqasiya qaydasında tutulmalı olması ilə əsaslandırmışdır.
31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
32. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
34. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (MM 936.1m).
35. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "Qala Sığorta” ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Avtonəqliyyat vasitəsinə vurulmuş zərərə görə sığortaçı "Qala Sığorta” ASC tərəfindən sığortalıya 6390 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
36. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı "Qala Sığorta” ASC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
38. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
39. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
41. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (MM 936.1m).
42. Müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.
43. Belə olan halda sığorta ödənişi vermiş sığortaçı - iddiaçı "Qala Sığorta” ASC-nin Cavabdeh qarşı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ - subroqasiya qaydasında tələb hüququ yaranmışdır.
44. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
45. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
46. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.
47. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz, təqsirli hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması, habelə yüksək təhlükə mənbəyinin qanuni əsaslarla Cavabdeh sahibliyində olması işin mübahisəsiz halını təşkil edir.
48. Hazırki mülki işin mübahisəli halı, yəni cavabdeh tərəfindən mübahisələndirilən halı “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğidir.
49. Belə ki, işin faktiki halı odur ki, iddiaçı tərəfindən aparılan qiymətləndirməyə əsasən “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 5320 manat, nəqliyyat vasitəsinin təmiri üçün əməyin qiyməti 1170 manat müəyyən edilmişdir.
50. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə aktı iki istiqamətdə mübahisələndirilmişdir: 1) müəyyən edilmiş məbləğlərin həddən artıq çox olması; 2) nəqliyyat vasitəsinə yüngün ziyan dəydiyindən bəzi detalların dəyişdirilməsinə zərurət olmaması.
51. Cavabdehin nümayəndəsi öz etirazını təsdiq etmək üçün məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir. Həmin mütəxəssis rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2950 manat, nəqliyyat vasitəsinin təmiri üçün əmək haqqının miqdarı 700 manat olaraq müəyyən edilmişdir.
52. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirildiyi, mülki iş üzrə bir-birinə zidd iki rəy olduğu üçün məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi aparılaraq mütəxəssis rəyi alınmışdır.
53. Məhkəmənin qərardadı əsasında keçirilmiş tədqiqatın nəticəsnə dair "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2970 manat, nəqliyyat vasitəsinin bərpasına sərf olunan əməyin bazar qiyməti 800 manat olaraq müəyyən edilmişdir.
54. Qeyd edilən rəy iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirlərək təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və yenidən mütəxəssis rəyi alınmışdır.
55. “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən təqdim edilən mütəxəssis rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 4910 manat, köhnəlmə faizləri nəzərə alınmaqla 4668.5 manat, təmiri üçün əmək haqqının miqdarı 1170 manat olaraq müəyyən edilmişdir.
56. Məhkəmə təqdim edilmiş rəyləri tədqiq edərək belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy daha əsaslandırılmış olduğundan, mütəxəssis tərəfindən aparılmış müqayisəli tədqiqatın nəticəsinə əsaslandığından həmin rəy ilə müəyyən edilmiş məbləğlər əsas götürülərək dəymiş ziyanın məbləği müəyyən edilməlidir.
57. Sözügedən qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəyə əsasən müəyyən edilir ki, mütəxəssis tərəfindən nəqliyyat vasitəsinin zədələnmiş ehtiyyat hissələrinin yeni vəziyyətdə olan qiymətləri müəyyən edilmişdir.
58. “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilən rəyə əsasən müəyyən olunur ki, rəy servis tərəfindən tərtib edilmiş qüsur aktına əsaslanmışdır. Həmin qüsur aktında göstərilən əməyin dəyəri iddiaçı tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş məbləğləri təkrarlamış, nəqliyyat vasitəsinin zədələnmiş ehtiyyat hissələrinin bazar dəyərinin müəyyən edilməsi üçün müqayisəli tədqiqat aparılmamışdır.
59. İddiaçı tərəfindən ödənilmiş məbləğ servis tərəfindən tərtib edilmiş qüsur aktına əsaslanmış, mütəxəssis tərəfindən verilmiş rəydə müəyyən edilmiş məbləğlər də servis rəyinə əsaslanmışdır. Halbuki məhkəmə tərəfindən mütəxəssis rəyinin alınmasının əsasını nəqliyyat vasitəsinin zədələnmiş ehtiyyat hissələrinin bazar dəyərinin, həmin nəqliyyat vasitəsinin təmiri üçün əməyin bazar dəyərinin müəyyən edilməsi olmuşdur. Mütəxəssis tərəfindən isə rəy servisdən alınan qüsur aktına əsasən verilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən həmin rəy ilə müəyyən edilmiş məbləğlər dəymiş zərərin məbləğini müəyyən etmək üçün mötəbər sübut olaraq qiymətləndirilməmişdir.
60. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi tərəfindən işin mübahisələndirilən digər halı olan nəqliyyat vasitəsinin bəzi hissələrinin dəyişdirilməsinə zərurət olmamasına dair bildirdiklərinə münasibətdə qeyd edir ki, məhkəmənin qərardadı ilə keçirilmiş tədqiqatın nəticəsinə dair verilmiş mütəxəssis rəylərinə əsasən nəqliyyat vasitəsinin cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirlən hissələrinin dəyişdirilməsinə zərurət olduğu müəyyən edilmişdir.
61. Həmçinin cavabdeh tərəf tərəfindən nəqliyyat vasitəsinin bəzi detallarının dəyişdirilməsinə zərurət olmaması mübahisələndirilməsinə baxmayaraq, qeyd edilən hala dair məhkəməyə sübut təqdim etməmiş və özü tərəfindən keçirilmiş ekspertiza tədqiqatı zamanı mütəxəssis qarşısında qeyd edilən sual qoyulmamış, sübuta yetirilməmişdir.
62. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişinə görə 3770 manat manat məbləğində pul vəsaitini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri.
63. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "Qala Sığorta” ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37.70 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
64. Qiymətləndiricinin xidmət haqqı olaraq 200 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, iddiaçı "Qala Sığorta” ASC-dən 100 manat və Cavabdeh 100 manat tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
65. Qiymətləndiricinin xidmət haqqı olaraq 200 manat məbləğində vəsait iddiaçı "Qala Sığorta” ASC-dən tutularaq “Mərkəzi Ekspertiza Bürosu”nun hesabına köçürülməlidir.
Nəticə :
66. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3770 (üç min yeddi yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37.70 (otuz yeddi manat yetmiş qəpik) manat tutulub iddiaçı "Qala Sığorta” ASC-nin hesabına ödənilməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi qismində 3770 (üç min yeddi yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37.70 (otuz yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Qala Sığorta” ASC-nin hesabına ödənilsin. Qiymətləndiricinin xidmət haqqı olaraq 200 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, iddiaçı "Qala Sığorta” ASC-dən 100 manat və Cavabdeh 100 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 200 manat məbləğində vəsait iddiaçı "Qala Sığorta” ASC-dən tutularaq “Mərkəzi Ekspertiza Bürosu”nun hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva