Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-120/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki satış sahəsi 98.86 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilin eyvanında quraşdırılmış şüşə məhəccərin Cavabdeh öz vəsaiti hesabına sökülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 26 iyul 2023-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 2 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki satış sahəsi 98.86 kv.m olan 2 otaqlı 16 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh arasında kommunal xidmətin göstərilməsinə dair 26 iyul 2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndində sakinin öhdəlikləri müəyyən edilmişdir. Həmin öhdəliklərdən biri də, sakinin yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etməsidir. Eyni zamanda müqavilənin 2.3-cü bəndinə əsasən binanın konstruktiv bütövlüyünə müdaxilə edilməsi sakinə qadağan edilmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozaraq mənzilin eyvanında şüşədən məhəccər quraşdırmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin şüşə məhəccəri sökmədiyindən bu barədə, Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə və digər səlahiyyətli şəxslərə məlumat verilmişdir. Bunun nəticəsi olaraq 25-ci Polis şöbəsi tərəfindən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin 20 fevral 2024cü il tarixli, 5 nömrəli qərarına əsasən Dəmirova X7 Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. Buna baxmayaraq Cavabdeh mənzilin eyvanında quraşdırmış şüşədən məhəccəri sökməkdən imtina edir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda yanğın təhlükəsizliyinin anlayışı verilmişdir. Yanğın təhlükəsizliyi - təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfat sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğından məhv olmaqdan qorumalıdır. Yanğın təhlükəsizliyi tələblərinin pozulması dedikdə isə yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. Yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək; öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə X1na riayət etmək “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində vətəndaşların vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında “X1nın” 4.8-ci bəndinə əsasən müəssisələrin, binaların və tikililərin otaqlarında yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi qadağandır. Az DTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01-001 nömrəli qərarına əsasən 4.4-cü bəndinə əsasən tikinti obyektinin inşası başa çatdıqdan sonra şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq onun istismarına icazə alınması məqsədilə aidiyyəti üzrə müraciət edilməsi sifarişçinin əsas vəzifələri kimimüəyyən edilmişdir. Cavabdeh mənzilin eyvanında şüşədən məhəccər quraşdırmaqla Azərbaycan Respublikasında X1nın 4.8-ci bəndinin və Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun tələblərini, yənibinanın təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasına dair tələbləri pozmuşdur. Halbuki, Cavabdeh insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır. Yalnız Cavabdeh tərəfindən qeyd olunan pozuntulara yol verildiyindən tikinti obyektinin inşasının başa çatmasına baxmayaraq şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq onun istismarına icazə alınması mümkün deyildir. Bu isə həmin binada yaşayan şəxslərin mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına maneçilik törədir.
İş materialları :
3. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X8 tərəfindən ünvan 3 ünvanında yerləşən 5 saylı binasındakı 16 №-li mənzilə görə borcu yoxdur.
4. "xxxx" MMC ilə X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “kommunal xidmətlərin göstərilməsinə dair müqavilə”dən görünür ki, idarəedici təşkilat ünvan 1, 5 saylı binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir və xidmət xərci aylıq 42.70 manat təşkil edir, yaşayıb-yaşamamasından asılı olmayaraq aylıq kommunal ödəniş ödənilməlidir.
5. "xxxx" MMC ilə X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cəmiyyət ünvan 3 ünvanında yerləşən 5 saylı binasının 4-cü mərtəbəsindəki 16 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Satış sahəsi 98.86 kvadrat metrdir. Göstərilən mənzil 2 otaqdan ibarətdir.
6. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin “inzibati xətaya dair” xx.xx.2024-cü il tarixli 5 №-li qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
7. İş materiallarına fotoşəkillər əlavə edilmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, tikintiyə hazırlıq və mühəndis-axtarış işləri, tikinti zamanı təhlükəsizliyin təmin edilməsi və digər tədbirlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və ətraf mühitin mühafizəsi tələblərinə, həmçinin bu məktuba əlavədəki göstərişlərə əməl edilməklə həyata keçirilməlidir. Bildirirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrində yerləşdirilir və tikintiyə icazə sənədinin surəti nəzarət və məlumat üçün aşağıdakı qurumlara göndərilir: • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, • Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planaşdırma Mərkəzinə; • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət İnnovasiyalar üzrə Dövlət Agentliyinə, • Bakı şəhəri Nizamı Rayon İcra Hakimiyyətinə
9. İş materiallarına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsi, 2439-cu məhəllədə inşası nəzərdə tutulan həyətaltı avtodayanacağın tikintisinə dair verilmiş 25.08 2023-cü il tarixli Tl-52/23 nömrəli tikintiyə icazə sənədinin surəti əlavə edilmişdir.
10. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, inşası nəzərdə tutulan həyətaltı avtodayanacağın yerləşəcəyi ərazidə “Azərişıq" ASC-yə məxsus elektrik qurğuları, yeraltı kabel və hava elektrik veriliş xətləri yerləşmir və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tikintiyə icazə icraatı çərçivəsində sənədləşmə işlərinin aparılmasına etiraz etmirlər. Əlavə olaraq bildirilir ki, inşası nəzərdə tutulan həyətaltı avtodayanacağın elektrik təchizatına dair konkret texniki şərtlərin verilməsi üçün mövcud qaydalara uyğun olaraq layihə institutu və ya lisenziyası olan layihə müəssisəsi tərəfindən obyektin elektrik yükünün hesabatı (aktiv və reaktiv gücü, elektrik enerjisinin keyfiyyət göstəriciləri, etibarlılıq üzrə kateqoriyası, həmçinin ekoloji, texnoloji, qəza gücləri (bronları) göstərilməklə), eləcə də tələb olunan güc 800 kVt-dən çox olduqda "xxxx" ASC-dən yükün şəbəkəyə qoşulması üçün icazə sənədləri təqdim olunmalıdır. İnşası nəzərdə tutulan həyətaltı avtodayanacağın tikintisinə başlanılmadan əvvəl göstərilən sənədlərlə birlikdə sifarişçi tərəfindən müraciət təqdim olunmalı, onun elektrik təchizatına dair konkret texniki şərtlər alındıqdan, verilmiş texniki şərtlər əsasında layihə sənədləri hazırlandıqdan və layihə sənədləri texniki şərtləri vermiş enerji təchizatı müəssisəsi (ETM) ilə razılaşdırıldıqdan sonra tikinti işlərinin başlanılmasına icazə verilə bilər. Tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında hazırlanmış və texniki şərtləri vermiş ETM ilə razılaşdırılmış layihə sənədlərinin, təhlükəsizlik texnikası qaydalarının, “Elektrik qurğularının quraşdırılması Qaydalar”nın və digər normativ sənədlərin tələblərinə uyğun olaraq ixtisaslaşmış müəssisələr tərəfindən elektrik-quraşdırma işləri yerinə yetirildikdən sonra mümkün olacaqdır.
11. “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsində 2439-cu məhəllədə "Rahatlığın Məkanı MMC tərəfindən inşa ediləcək həyətaltı avtodayanacağın (-9 200, -6 400 və 3.600 səviyyəsində "Kooplayihə ANB" firmasının işi) tikintisi ilə əlaqədar ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazidən (koordinatlar 40 415565; 49 93503) “Azəriqaz” İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balansında olan qaz xətləri keçmir, sahə qaz kəmərlərinin mühafizə zonasında yerləşmir və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tikintiyə icazə icraatı çərçivəsində sənədləşmə işlərinin aparılmasına etiraz etmirlər.
12. İş materiallarına 1 ədəd fləşkart əlavə edilmişdir.
13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 3-cü Ərazi X11 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qüvvədə olan “X1”nın 02-2002 bənd 2.5.20.6 tələbinə əsasən mənzillərin eyvanlarında və lobillərində şüşəbənd quraşdırılması qadağandır.
14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, ünvan 4 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsində yerləşən 16 nömrəli mənzilin eyvanında şüşəbəndin quraşdırılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində 2837 nömrə ilə qeydiyyata alınmış “Fərdi qarajlar, mehmanxa, yataqxana, yaşayış evləri və X12 X1”nın 2.5.20.6-cı yarımbəndinin tələblərinə ziddir.
15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, tikinti obyektlərində yanğın təhlükəsizliyinin qaydalarına riayət edilməsinə nəzarətin aparılması Nazirliyin X11 Xidmətinin, tikinti obyektlərinin istismarına icazələrin verilməsi səlahiyyəti isə Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aiddir. Eyni zamanda nəzərə alınmalıdır ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Tikinti obyektinin istismarına icazənin verilməsi icraatında Agentlik yalnız obyektdə tikintiquraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirir. Tikintiyə dövlət nəzarəti prosesində obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, yükdaşıyan konstruksiya elementlərində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması yoxlanılır. Eyvanların şüşələnməsi, pəncərə-qapıların quraşdırılması və digər tamamlama işləri birbaşa binanın dayanıqlığına təsir etmədiyindən bu prosesə daxil deyil. Şəhərsalma və tikinti qanunvericiliyində, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlərində (tikinti norma və qaydalarında) eyvanların şüşələnməsinə, o cümlədən cambalkonların quraşdırılmasına dair hər hansı tələblər nəzərdə tutulmamışdır. Bununla belə, çoxmənzilli yaşayış binalarında eyvanların şüşələnməsi binanın xarici görünüşünün və fasad həllərinin dəyişməsinə, eləcə də yanğın təhlükəsizliyi normalarının pozulmasına səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2837 nömrəli dövlət qeydiyyatına alınmış “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və X12 X1”nın 2.5.20.6-cı bəndinə (https://e-qanun.az/framework/10115) uyğun olaraq yüksək mərtəbəli binalarda mənzillərin eyvanlarında və lojalarında şkaf, mebel, yanar sürtgü materiallarının saxlanması, eyvan lojalarında şüşəbənd düzəldilməsi qadağandır.
16. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil Mehman oğlu izahatında bildirmişdir ki, iddia tələbi qanunsuzdur. Bununla bağlı Ali Məhkəmənin də qərarları vardır. Söküntü ilə bağlı FHN iddia qaldıra bilər. İddia tələbi əsassızdır. Buna görə də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
19. Belə olan halda, məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
20. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Sabir Abbasəliyev izahatında bildirmişdir ki, onlar sakinə cam balkonun sökülməsini bildirsələr də, lakin vətəndaş buna etiraz etmişdir. Buna görə də vətəndaş qanunsuz olaraq balkonun tikilməsinə görə 800 manat cərimə olunmuş və icra edilməsi üçün aidiyyəti üzrə İcra Şöbəsinə göndərilmişdir. Belə ki, aynabəndin inşa edilməsi üçün icazə tələb olunur. Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən şüşəbəndin tikintisi üçün İcra Hakimiyyətinə müraciət etməli və mənzilin və cam-balkonun layihəsini təqdim etməlidir. Çünki yenidənqurma və yenidənplanlaşdırma ilə bağlı İcra Hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməlidir. Vətəndaş tərəfindən bununla bağlı müraciət olunmamışdır. Belə ki, özbaşına tikinti aparılmışdır. Buna görə də polis tərəfindən protokol tərtib edilərək vətəndaşın cərimə olunması üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Onlar qərar verilməsi üçün memarlıq quruluşuna xələl gətirib-gətirməməsinin aydınlaşdırılması üçün Şəhərsalma və Arxitektura Komitəsindən, tikinti norma və qaydalarına riayət edilibedilməməsi, etibarlılıq və dayanaqlılıq barədə isə FHN-dən rəy alırlar. 2022-ci ilin fevral ayından rayon İcra Hakimiyyəti tərəfindən yenidənqurma və yenidən planlaşdırma ilə bağlı qərar qəbul edilməmişdir, yəni həmin binada da belə bir icazə verilməmişdir. Cambalkonun quraşdırılması ilə bağlı digər binalarada icazə verilmir. İcazə yalnız bütün tələblərə riayət edildikdə verilir. Bütün tələblər dedikdə FHN-nin, Şəhərsalma və Arxitektura Komitəsinin və qonşuların razılığı nəzərdə tutulur. Mənzil Məcəlləsinin 24-25-ci maddələrində bu tələblər qeyd olunur. Cam-balkon tikintisinə icazə tələb olunan deyil də, yenidənqurma, yenidən planlaşdırmadır. Belə ki, əgər mənzilin içərisindədirsə bu yenidən plaşdırma, mənzilin xaricində cam-balkon quraşdırılarsa, bu isə yenidənqurmadır. Yəni, cam balkona tikinti kimi deyil də, yenidənqurma, yenidən planlaşdırma kimi icazə istənilməlidir. Cam-balkonun quraşdırılmasına görə binanın təhvilində problemlər yarana bilər. Belə ki, layihədən kənara çıxmaq olmaz. Cam-balkon layihənin inşasından kənara çıxmaqdır və layihəni pozur. Belə ki, layihədə nəzərdə tutulsa idi, onlar vətəndaşı cərimə etməzdilər. Layihədə olmadığı üçün iddiaçı cərimələnmişdir. Əgər iddiaçı onlardan icazə istəyirsə, ilk öncə Şəhərsalmanın icazəsi gətirilməlidir. Eyvanda kombi sistemi və qaz varsa orada cam-balkon quraşdırıla bilməz. Mənzil Məcəlləsinin 23-cü maddəsində yenidənqurma və yenidən planlaşdırma ilə bağlı açıq-aydın yazılmışdır. Cam-balkon ona görə yenidən qurmadır ki, şəxs burada yenidən hörmə edir.
21. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, hazırda bina istismara hazırlıqdadır. İddiaçı tərəfindən həyətdə tikinti işləri aparıldığı üçün istismara verilməmişdir. Qaydalar mövcuddur, amma hazırda cam balkonla bağlı qayda mövcud deyildir. Cam balkona nəzarəti Tikintidə X3 Agentliyi həyata keçirmir. Cam balkonun olması binanın istismara verilməsində maneə deyildir. Cam balkonun quraşdırılması və ya şkafın qoyulması onlar üçün maneə deyil, onlar üçün binanın bütövlüyü əsasdır. Binada cam balkonun quraşdırılmasının yanğınla bağlı maneə olubolmamasını onlar deyil də, FHN-nin digər qurumu müəyyən edir. Binanın hazırlığa verilməsini onlar həyata keçirsə də, istismara verilməsini onlar etmirlər. Binanı istismara verərkən FHN-in yanğına nəzarəti həyata keçirən idarəsindən icazə alınmalıdır.
22. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, məktubda verdikləri cavaba uyğun olaraq bina mənzilin eyvanında şüşəbəndin quraşdırılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində 2837 nömrə ilə qeydiyyata alınmış “Fərdi qarajlar, mehmanxa, yataqxana, yaşayış evləri və X12 X1”nın 2.5.20.6-cı yarımbəndinin tələblərinə ziddir. Binanın layihəsi onlar ilə məsləhətləşdirilir. İlk öncə tikinti aparılır sonra onlardan icazə alınmaq üçün müraciət edilir. Əgər problem olarsa, onlar müsbət rəy vermirlər. Tikili layihədə olan vəziyyətə qaytarılmalıdır. Əsas məsələ binanın istismara qəbul edilməsidir. Belə ki, bina istismara qəbul edilərkən qeyd edilən hallar yoxlanılır. Əgər binada qanuna zidd olan bir şüşə belə olsa, istismara qəbul edimir. Mübahisə predmeti olan bina istismardan keçməmişdir. Bina istismara verilərkən layihədə qeyd olunduğu kimi olmalıdır. Binalar istismara qəbul edildikdən sonra yaşayış başlayır. Yaşayış başladıqdan sonra vətəndaşlar özləri cam balkon quraşdırılar. 6 aydan bir yoxlamalar aparılır, belə hallarla rastlaşdıqda cərimə yazılır. Qanunda birbaşa və imperativ formada göstərilir ki, cam-balkon qadağandır. Normanın istisnası yoxdur. Məsələn, mənzildə yanğın olarsa, eyvan birbaşa təxliyədir. Buna görə də, orada şüşəbənd quraşdırılması olmaz.
23. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, layihə sənədlərində artırma və dəyişiklik olanda layihə yenidən çəkilir, rəy verilməsi üçün X11 Xidmətinə göndərilir. Mütəxəssislər tərəfindən layihəyə baxılır, əgər uyğun olarsa müsbət rəy verilir. Layihənin yenidən çəkilməsi zamanı onlarla razılaşdırma olur. Əgər qanuna uyğun olmayan layihənin təsdiqi ilə bağlı onlara müraciət edilərsə, həmin layihə təsdiq edilmir.
İşin faktiki halları :
24. "xxxx" MMC ilə X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 5 saylı binasının 4-cü mərtəbəsindəki 16 №-li mənzili cavabdeh tərəfindən satın alınmışdır.
25. Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən 5 saylı binasının 4-cü mərtəbəsindəki 16 №-li mənzilin eyvanında şüşəbənd (cam-balkon) quraşdırılmışdır və qeyd edilən binanın istismarına icazə verilməmişdir.
26. İddiaçı "xxxx" MMC cavabdeh tərəfindən quraşdırılmış şüşəbəndin (cam-balkon) yanğın təklükəsizliyi qaydalarına zidd olması və binanın istismarına icazə verilməsinə maneə olması səbəbindən şüşəbəndin sökülməsini tələb edir.
27. Cavabdeh vəkil-nümayəndəsi iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmadığını, hazırki iddia tələbi ilə məhkəməyə Fövqəladə Hallar Nazirliyinin müraciət etmək hüququna malik olduğunu bildirir.
28. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin nümayəndəsi binada şüşəbənd (cam balkon) quraşdırılmasının onlar tərəfindən binanın istismarına hazırlıq aktının verilməsində maneə olmadığını bildirir, X11 Xidmətinin nümayəndəsi isə binada şüşəbənd quraşdırılmasının binanın istismarına icazə verilməsindən imtina edilməsi üçün əsas olduğunu və şüşəbəndlərin quraşdırılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində 2837 nömrə ilə qeydiyyata alınmış “Fərdi qarajlar, mehmanxa, yataqxana, yaşayış evləri və X12 X1”nın 2.5.20.6-cı yarımbəndinin tələbinə zidd olduğunu bildirır.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat. 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər.
32. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi:
60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. 15.1. Şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə aşağıdakılar daxildir: 15.1.4. tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
33. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli Qərarı.
1. Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar; 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X5 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.
34. Azərbaycan Respublikasında X1:
4.8. Müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır: -yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi.
35. “AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 01 Aprel 2015-ci il tarixli Qərarı:
4.1. Tikinti obyektlərinin inşası yalnız Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq verilmiş tikintiyə icazə əsasında aparılır. 4.3. Sifarişçi bu AzDTN-nin 4.4-cü, 4.6-cı bəndlərində göstərilən və müqavilələrlə digər tikinti fəaliyyəti subyektinə həvalə olunmayan vəzifələrin icrasını təmin etməlidir. 4.4. Sifarişçinin əsas vəzifələri aşağıdakılardır: icazənin alınması; -tikinti obyektinin inşasına podratçının (baş podratçının) cəlb olunması; -Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş tikinti layihələri istisna olmaqla, digər tikintilərin ekspertizadan keçmiş və müvafiq qaydada təsdiq edilmiş layihə sənədləri ilə təmin edilməsi; -tikinti ərazisində tənzimləmə (ayırma) xətlərinin naturaya köçürülməsi və geodezik bölgü əsasının yaradılması; -tikintiyə texniki nəzarətin və müəllif nəzarətinin həyata keçirilməsinin təmin edilməsi; -tikinti işlərinin başlanması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatlandırılması; -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib olunmuş Tikintidə Dövlət Nəzarəti Jurnalının alınması və daimi tikinti obyektində sifarişçinin məsul nümayəndəsində səliqəli vəziyyətdə saxlanılması; -tikinti obyektinin inşası başa çatdıqdan sonra şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq onun istismarına icazə alınması məqsədilə aidiyyəti üzrə müraciət edilməsi. -texnoloji avadanlığın və ya mühəndis-kommunikasiya təminatı xətlərinin sınaqdan keçirilməsi (buraxılış-sazlama işləri) və tikinti obyektinin istismarına icazə ilə bağlı Məcəllədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi; -tikintinin başlanması, dayandırılması və ya konservasiyası barədə qərarların qəbulu; -tikinti ilə bağlı zəruri məlumatların, tikinti sənədlərinin (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) əsli və ya surətlərinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim olunması; -icra və istismar sənədlərinin komplektləşdirilməsi, saxlanması və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması. 4.8. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə görə tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və tikintiyə icazə verən orqanın (qurumun) nəzarəti altında aparılır. 4.9. Tikinti başa çatdıqdan sonra tikinti obyektinin qüvvədə olan qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və layihəyə uyğunluğu yoxlanılır, o cümlədən tikintisi başa çatmış tikinti obyektinin istismarına icazə alınır.
36. “Fərdi Qarajlar, Mehmanxana, Yataqxana, X15 X12 X2”:
2.5.20. Yüksək mərtəbəli binalarda. mehmanxanalarda? və yataqxanalarda qadağan olunur: 2.5.20.6. Mənzillərin eyvanlarında və lojalarında şkaf, mebel, yanar sürtgü materiallarının saxlanması, eyvan lojalarında şüşəbənd düzəldilməsi.
Məhkəmənin mövqeyi :
37. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
38. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı olan “qanunsuz tikilinin sökülməsi” tələbini cavabdeh tərəfindən mənzilin eyvanında quraşdırılmış cam balkonun X1na zidd olması səbəbindən binanın istismarına icazə alınmasında maneə olması ilə əsaslandırmışdır.
39. Məhkəmə ilk növbədə iddia tələbi üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olub-olmadığına qiymət verməyi zəruri hesab edir.
40. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
41. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
43. İşin mübahisəsiz halı odur ki, iddiaçı tərəfindən inşa edilmiş və cavabdeh tərəfindən sökülməsi tələb edilən cam balkonun quraşdırıldığı mənzilin yerləşdiyi binanın istismarına icazə alınmamışdır.
44. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
45. Məhkəmə qeyd edir ki, hazırki halda iddia tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət vermək üçün hündürmərtəbəli yaşayış binalarında mənzildə cam balkon quraşdırılmasının binanın istismarına icazə alınması üçün maneə olub-olmaması aydınlaşdırılmalıdır.
46. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli Qərarına əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilməli olan sənədlərə obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt və tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) daxildir.
47. Məhkəmə tərəfindən mənzildə cam balkon quraşdırılmasının Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara hazırlıq aktı və binanın yanğın təhlükəsizliyinə cavab verməsi haqqında aktın verilməsi üçün maneə olub-olmamasını aydınlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə sözügedən binada yerində müayinə keçirilmiş, həmçinin məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Fövqəladə Hallar Nazirliyinə müvafiq sualların cavablandırılması üçün sorğu göndərilmiş, o cümlədən məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən müvafiq suallar cavablandırılmışdır.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq mütəxəssis rəyləri mərkəzə təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilmişdir.
49. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi məhkəmənin sorğusuna cavab məktubunda bildirmişdir ki, tikinti obyektinin istismarına icazənin verilməsi icraatında Agentlik yalnız obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktını qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirir. Tikintiyə dövlət nəzarəti prosesində obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, yükdaşıyan konstruksiya elementlərində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması yoxlanılır. Eyvanların şüşələnməsi, pəncərə-qapıların quraşdırılması və digər tamamlama işləri birbaşa binanın dayanıqlığına təsir etmədiyindən bu prosesə daxil deyil. Şəhərsalma və tikinti qanunvericiliyində, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlərində (tikinti norma və qaydalarında) eyvanların şüşələnməsinə, o cümlədən cambalkonların quraşdırılmasına dair hər hansı tələblər nəzərdə tutulmamışdır. Bununla belə, çoxmənzilli yaşayış binalarında eyvanların şüşələnməsi binanın xarici görünüşünün və fasad həllərinin dəyişməsinə, eləcə də yanğın təhlükəsizliyi normalarının pozulmasına səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2837 nömrəli dövlət qeydiyyatına alınmış “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və X12 X1”nın 2.5.20.6-cı bəndinə (https://e-qanun.az/framework/10115) uyğun olaraq yüksək mərtəbəli binalarda mənzillərin eyvanlarında və lojalarında şkaf, mebel, yanar sürtgü materiallarının saxlanması, eyvan lojalarında şüşəbənd düzəldilməsi qadağandır.
50. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Nəzarəti Xidməti məhkəmənin sorğusuna cavab məktubunda bildirmişdir ki, “X1” və “Fərdi Qarajlar, Mehmanxana, Yataqxana, Yaşayış Evləri və X12 X2”na əsasən mənzillərin eyvanlarında və lobillərində şüşəbənd quraşdırılması qadağandır.
51. Sözügedən binada Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Nəzarəti Xidməti nümayəndələrinin iştirakı ilə yerində müayinə keçirilmiş, yerində müayinə zamanı nümayəndələr bildirmişlər ki, hazırki binada binaya qaz boruları mənzillərin eyvanından binaya daxil olduğu üçün mənzillərdə eyvanlara şüşəbənd quraşdırılması X1na ziddir.
52. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli “inzibati xətaya dair” 5 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir.
53. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Sabir Abbasəliyev izahatında bildirmişdir ki, cavabdeh qanunsuz olaraq balkonun tikilməsinə görə 800 manat cərimə olunmuşdur. Belə ki, mənzildə şüşəbəndin inşa edilməsi üçün icazə tələb olunur. Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən şüşəbəndin tikintisi üçün İcra Hakimiyyətinə müraciət edilməli və mənzilin və cam-balkonun layihəsi təqdim edilməlidir. Çünki yenidənqurma və yenidənplanlaşdırma ilə bağlı İcra Hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməlidir. Vətəndaş tərəfindən bununla bağlı müraciət olunmamış və özbaşına tikinti aparılmışdır. Onlar tərəfindən qərar verilərkən memarlıq quruluşuna xələl gətirib-gətirməməsinin aydınlaşdırılması üçün Şəhərsalma və Arxitektura Komitəsindən, tikinti norma və qaydalarına riayət edilib-edilməməsi, etibarlılıq və dayanaqlılıq barədə isə FHN-dən rəy alırlar. Cam-balkonun quraşdırılmasına görə binanın təhvilində problemlər yarana bilər. Belə ki, layihədən kənara çıxmaq olmaz. Cam-balkon layihənin inşasından kənara çıxmaqdır və layihəni pozur. Layihədə cam balkon nəzərdə tutulmadığı üçün cavabdeh cərimələnmişdir. Eyvanda kombi sistemi və qaz varsa orada cam-balkon quraşdırıla bilməz.
54. Beləliklə işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mənzillərin eyvanında cam balkon quraşdırılması X1na zidd olduğu üçün qadağandır.
55. Belə olan halda nəzərə alınmalıdır ki, tikinti obyektinin istismarına icazə alınması üçün müraciətə sifarişçi tərəfindən obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt əlavə edilməli olduğundan sifarişçi olan iddiaçı tərəfindən binanın istismarına icazə alınması mümkün olmayacaqdır.
56. Məhkəmə qeyd edir ki, binanın istismarına icazə verilməməsi isə cavabdeh də daxil olmaqla həmin binada mənzilə sahib olan digər sakinlərin hüquq və mənafelərinin pozulmasına səbəb olur.
57. Belə ki, mülki qanunvericiliyə əsas daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilənlərdən biri- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazənin olmasıdır.
58. Yəni hazırki vəziyyətdə iddiaçı tərəfindən binanın istismarına icazənin alınmaması cavabdeh də daxil olmaqla digər sakinlərin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına maneədir.
59. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra onun ona məxsus olan mənzilə sərbəst sərəncam hüququnu həyata keçirməsi baxımıdan hazırki iddia tələbinin təmin edilməsi onun mənafeyinə uyğundur.
Məhkəmə Xərcləri:
60. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə :
61. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan “qanunsuz tikilinin sökülməsi”nə dair iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 2 otaqlı 16 nömrəli mənzilin eyvanında quraşdırılmış şüşə məhəccər Cavabdeh öz vəsaiti hesabına sökülməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 5 saylı binanın 4-cü mərtəbəsindəki 2 otaqlı 16 nömrəli mənzilin eyvanında quraşdırılmış şüşə məhəccər Cavabdeh öz vəsaiti hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva