Məhkəmə qərarları › İş №e-2(007)-129/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-129/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-129/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və "xxxx" MMC-yə qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus ** MT *** dövlət qeydiyyat nişanlı Niva VAZ 21214 markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh1 idarə etdiyi ** MT *** dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** BN *** dövlət qeydiyyat nişanlı Naz Lifan markalı avtonəqliyyat vasitəsinə və X1 az ağır zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili sərxoş vəziyyət və idarəetmə hüququ olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, nəticəsində nəticəsində ** BN *** dövlət qeydiyyat nişanlı Naz Lifan markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5066 (beş min altmış altı) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktlarına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 5000 (beş min) manat və 1500 (min beş yüz) məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə yolu ilə həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh2 məxsus ** MT *** dövlət qeydiyyat nişanlı Niva VAZ 21214 markalı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən Cavabdeh4 MMC-yə icarə verilmiş və sonuncu tərəfindən nəqliyyat vasitəsi Cavabdeh1 etibar edilmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, ** BN *** dövlət qeydiyyat nişanlı Naz Lifan markalı avtonəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat və X1 az ağır zərər dəyməsinə 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişlərinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq tutulmalıdır. Qeyd edilənənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzinin, 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbu edilməsi xahiş edilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" ASC-nin ona qarşı irəli sürdüyü pul tələbi tamamilə əsassız olduğundan təmin edilməməlidir. O, özü ona qarşı edilmiş qanunsuzluqların qurbanı olaraq zərər çəkib. Belə ki, “VAZ 21214” markalı ** MT *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil (NİVA) onun mülkiyyətindədir. Avtomobildən əlavə qazanc əldə etmək üçün həmin avtomobili kirayə vermək niyyəti ilə oğlu Faiq Məmmədov ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə yazılı razılaşma olub. Razılaşmada tərəf kimi Cavabdeh3 çıxış etsə də, razılaşma onun atası X3 fəaliyyəti ilə məşğul olduğu ********** №-li VÖENİ əks etdirən möhürlə təsdiqlənmiş və Cavabdeh3 özü tərəfindən imzalanıb. Razılaşmaya əsasən Cavabdeh3 ona məxsus “VAZ 21214” markalı ** MT *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili hər ayın 5-i 500 manat ödəməklə maşının saz vəziyyətdə icarəyə götürdüyü və götürdüyü vəziyyətdə təhvil verəcəyi, hər-hansı bir öhdəlikdən boyun qaçırmayacağını üzərinə öhdəlik götürüb. Bundan sonra Cavabdeh3 avtomaşını işlədiyi yaxın dostu Cavabdeh5 məxsus olduğu, avtomaşının icarəsi ilə məşğul olan "xxxx" MMC vasitəsi ilə icarəyə veriləcəyini bildirib və o, Cavabdeh5 ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai metrosunun yaxınlığında yerləşən 6 saylı Notariat ofisinə gedərək, avtomobilə sahiblik edilməsi üçün "xxxx" MMC-nin adından çıxış edən Cavabdeh5 7T-4544 nömrə revestr nömrəsi ilə qevdə alınmış etibarnamə verib. Birinci ayda öhdəliyə görə istifadə olunan avtomobilə görə Cavabdeh3 400 manat icarə haqqını ödədikdən sonra xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-dən ona zəng vurularaq avtomobili ilə Masazır qəsəbəsində qəza törədildiyi bildirilib. O, polisə gedəndən sonra ona məlum olub ki, yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araraşdırma gedir. İşin nəticəsi olaraq cinayət işi məhkəməyə göndərilib və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-67/2020 saylı hökmü ilə X24 AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat miqdarında cərimə cəzası təyin edilib. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında 04 sentyabr 2019-cu il tarixli qərardan məlum olur ki, avtomobili idarə etmiş X24 xx.xx.2019-cu il tarixdə əvvəlcədən tanıdığı Bakı şəhəri, Nərimanov rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən "xxxx" MMC-də işləyən Cavabdeh3 zəng edərək, ona sürmək üçün avtomobil lazım olduğunu bildirib. O, əvvəllər də Rəşadətdən avtomobil kirayə götürüb, ona görə də Rəşadət onun sürücülük vəsiqəsinin olmadığını bilib. O, Rəşadətlə görüşüb və 170 manat pul verərək, 2 günlük Niva markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb. Bundan sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qəbələ” adlanan kafeyə gedərək, orada dostları ilə yemək yeyib və spirtkli içki qəbul edib. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində həmin kafedən dostu Vaqiflə birlikdə yaşadığı Binəqədi rayonu, 28 may qəsəbəsinə gedərkən Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törədib, “NAZ Lifan” markalı avtomobillə toqquşub. Bundan sonra o, dostu ilə birlikdə avtomobildən çıxaraq hadisə yerindən qaçıb, yayınıb. Həmin işin materiallarında olan Cavabdeh3 ifadəsindən görünür ki, o, ünvan 1 ünvanda yerləşən “Lux Rent a Car” adlı yerdə avtomobillərin kirayəsi ilə məşğul olub, xx.xx.2019-cu il tarixdə əvvəllər tanıdığı X4 “NİVA” markalı **-MT-*** dövlət nömrə nişanlı avtomobili 5 günlük icarəyə götürüb, lakin iki günün pulunu verib, qalan hissəsini də verəcəyini deyib. Bu barədə onlar etibarnamə tərtib ediblər. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində o, avtomobilin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini eşidib. Cavabdeh5 təsisçisi və direktoru olduğu "xxxx" MMC-dən istifadə edərək, avtomobilə dair xx.xx.2019-cu il tarixli, 7T-4544 nömrə reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə alıb, o, notariatdan ayrılandan sonra isə xəbəri olmadan həmin etibarnaməni ləğv etdirir və bunu etməsi barədə ona məlumat vermir. Onun bu hərəkəti, avtomobili qanunsuz istismar elmək və bunun nəticəsində baş verə biləcək xətalardan məsuliyyətdən yaxa qurtarmaq olub. Bunun nəticəsidir ki, Cavabdeh5 "xxxx" MMC-nin salonundan alınaraq, Cavabdeh3 vasitəsi ilə alınaraq, qanunsuz olaraq digər cavabdeh X18 qanunsuz istifadəsinə verilmişdir ki, nəticədə həmin şəxsin qəza törətməsi nəticəsində avtomobilə cinayət işində olan ziyan xx.xx.2019-cu il tarixli ziyan aktına əsasən 3676 manat məbləğində maddi ziyan vurulub və X18 həmin avtomobillə inzibati xəta törətdiyinə görə o, dövlət büdcəsinə cərimə və cərimə ödənilmədiyi üçün 150 manat faiz, cəmi 400 manat ödəməlidir. Qeyd edir ki, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “VAZ 21214” markalı ** MT *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş 3676 (üç min altı yüz yetmiş altı) manat, həmin avtomobillə törədilmiş inzibati xətaya görə ödəyəcəyi 400 (250 əsas və 150 faiz) manat cərimə, vəkil xidmətinə görə ödədiyi 300 (üç yüz) manat və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh3 və X15 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin olunaraq, “VAZ 21214” markalı **-MT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş 3476 (üç min dörd yüz yetmiş altı) manat məbləğində zərər, həmin avtomobillə törədilmiş inzibati xətaya görə ödəyəcəyi 400 manat cərimə, vəkil xidmətinə görə ödənilmiş 300 manat məbləğində pul, cəmi 4176 manat məbləğində pul və 28,63 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və X16 müştərək qaydada tutularaq ona verilməsi qət edilib. Qeyd olunanlardan məlum olur ki, ona məxsus olan “VAZ 21214” markalı ** MT *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili etibarnamə ilə "xxxx" MMC-nin sahibliyinə vermişdir, lakin onun xəbəri olmadan həmin etibarnamə ləğv edilib, avtomobil qanunsuz adları yuxarıda göstərilən şəxslərin qanunsuz sahibliyinə keçmiş, sonradan hadisə baş verib və onun özünə 4176 manat məbləğində maddi ziyan vurulub, (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi) o deməkdir ki, “VAZ 21214” markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil iradəsindən asılı olmayan səbəblərdən onun sahibliyindən çıxıb, həmin avtomobillə hadisə törədilərək ona və digər avtomobil sahibinə maddi ziyan vurulub. Bu səbəbdn "xxxx" ASC-nin tələbi ona qarşı yönələ bilməz. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin “pul” tələbinin ona qarşı olan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh5 və "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb edilməsini və cavabdehlərdən müştərək qaydada 6500 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh3, Cavabdeh5 və "xxxx" MMC mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Cavabdeh5 xx.xx.2023-cü il tarixli etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. Nəzərə çatdırır ki, 2021-ci ildə iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət edib. O, həmin vaxt məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahat vermişdir ki, bu işlə onun heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, cavabdehləri tanımır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 643/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “VAZ 21214” markalı **- MT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş 3476 (üç min dörd yüz yetmiş altı) manat məbləğində zərər, həmin avtomobillə törədilmiş inzibati xətaya görə ödəyəcəyi 400 manat cərimə, vəkil xidmətinə görə ödənilmiş 300 manat məbləğində pul, cəmi 4176 manat məbləğində pulun və 28,63 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və X16 müştərək qaydada tutularaq iddiaçı X7 verilməsi qət edilib. Baxmayaraq ki, onun bu işlə heç bir əlaqəsi yoxdur, yenə də onu cavabdeh qismində cəlb edirlər. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı irəli sürdüyü iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətində işlədiyindən, Laçın rayonunda xidmətdə olduğundan işə onun iştirakı olmadan baxıb, iddiaçının irəli sürdüyü iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər (Cavabdeh5 istisna olmaqla) məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən və cavabdehlər Cavabdeh2 və Cavabdeh5 iddia ərizəsinə qarşı yazılı etiraz vermələrini nəzərə alaraq cavabdehlərin (və ya səlahiyyətli nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh3 tərəfindən tərtib edilmiş və ********** №-li VÖEN-ni əks etdirən möhürlə təsdiqlənmiş qəbzdən görünür ki, o, X22 məxsus **-MT-*** qeydiyyat nişanlı Lada Vaz 21214 NİVA markalı avtomaşını hər ayın 5-i 500 manat ödəməklə icarəyə götürür və maşını saz vəziyyətdə təhvil almış, o vəziyyətdə də təhvil verəcəkdir. Hər hansı öhdəlikdən boyun qaçırmayacaqdır. - 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh2 tərəfindən tərtib edilmiş və reyestrdə 7E-4544 nömrəsi ilə qeyd edilmiş etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən 2015-ci il buraxılışlı, **-MT-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0695358, ban nömrəsi XTA212140F2230054 olan “Vaz 21214” minik markalı avtomobillə bağlı "xxxx" MMC-yə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. - Cavabdeh5 tərəfindən notariat ofisinə ünvanlanmış 12 iyun 2019-cu il tarixli ərizənin surətindən görünür ki, o, 7E-4544 reyestrdə olan xx.xx.2019-cu il tarixli etibarnamədən imtina edir. Bu halı nəzərə alaraq həmin etibarnaməyə xitam verilməsini xahiş edir. - İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Sığortalanan X9 arasında xx.xx.2018-ci il tarixdə PPA********** №-li müqavilə bağlanmışdır. ** MT *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il saat 12:36:37-dən xx.xx.2019cu il saat 12:36:36-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 30.04.201-cu il tarixli hesabatının surətindən görünür ki, ** BN *** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobilə dəymiş ziyan 5066 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli E/210 saylı ziyan aktının surətindən görünür ki, “Naz Lifan” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzasının tam yararsız hala düşməsi, elədə də, ehtiyyat hissələrinin sıradan çıxması səbəbindən bu avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki vəziyyətə gətirilməsi qeyri-mümkündür. Hazırda avtomobilin qəzalı vəziyyətdə qiyməti 5800 manat təşkil edir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalı ** BN *** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobilə xx.xx.2019cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində xəsarət yetirmişdir. Zərərçəkən şəxsə dəymiş zərərin və sığorta ödənişinin yekun məbləği 5066 manat müəyyən edilmişdir və 5000 manat məbləğində sığorta ödənişi X11 hesabına köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalı yol nəqliyyat hadisəsi nəticəsində X2 dəymiş az ağır xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişi onun köçürülmüşdür. - Abşeron Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, ********* saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X6 mülkiyyətində olan ** MT *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan X25 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. X25 avtomobili idarə edərkən avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, sərxoş vəziyyətində olmuşdur. Hadisə zamanı X1 az ağır xəsarət yetirilmiş və ** BN *** dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobilə maddi ziyan dəymişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X7 və X23 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlar həyata keçirilən 6500 manat sığorta ödənişinin 15 təqvim günü ərzində ödəməli olmaları, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 85 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. - Abşeron Rayon Məhkəməsinin 1(012)-67/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünün sürətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları tamamilə, əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması və 6000 (altı min) manat miqdarında cərimə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdən bu günədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 05 ay 13 gün müddət nəzərə alınaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla cəmi 10 (on) ay 26 (iyirmi altı) gün müddət çıxılmış və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması və 6000 (altı min) manat miqdarında cərimə cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması və hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödənilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci və 68.2-ci maddələrinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının müstəqil icra olunması və cəza müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, “VAZ 21214” markalı **-MT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş 3476 (üç min dörd yüz yetmiş altı) manat məbləğində zərərin, həmin avtomobillə törədilmiş inzibati xətaya görə ödəyəcəyi 400 manat cərimənin, vəkil xidmətinə görə ödənilmiş 300 manat məbləğində pulun, cəmi 4176 manat məbləğində pulun və 28,63 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və X16 müştərək qaydada tutularaq iddiaçı X7 verilməsi, ödənilmiş dövlət rüsumunun 1,37 manatının iddiaçı X7 aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 4,57 manatının X5 və 95,43 manatının Cavabdeh3 və X16 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X10, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmış və Cavabdeh2 məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat törətmiş və hadisə nəticəsində ** BN *** dövlət qeydiyyat nişanlı Naz Lifan markalı avtonəqliyyat vasitəsinə maddi zərər, X1 az ağır zərər vurmuşdur. Hadisə ilə bağlı Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirli bilənərək barəsində ittihamedici hökm çıxarılmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, hadisə nəticəsində ** BN *** dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5066 (beş min altmış altı) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.02019-cu il tarixli sığorta aktlarına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 5000 (beş min) manat və 1500 (min beş yüz) məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə yolu ilə həyata keçirilmişdir. İddiaçı həmin pulun subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Hansı ki, həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.4. əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz. 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 **-MT-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtonəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ** BN *** dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobilə maddi zərər dəymiş və X1 az ağır xəsarət yetirilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5000 manat avtomobilə dəymiş ziyana görə və 1500 manat X1 az ağır zərərə görə sığorta ödənişi həyata keçirmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-67/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 həmin hadisəyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması və 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin digər cavabdeh olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və "xxxx" MMC-yə dair hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Yol nəqliyyat hadisəsi baş verən an Cavabdeh2 mülkiyyətində olan **-MT-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh3 Cavabdeh2 məxsus avtomobili icarəyə götürmüş, daha sonra isə o, avtomobil kirayəsi ilə məşğul olduğu “Lux Rent A Car” adlı yerdə avtomobili Cavabdeh1 5 gün müddətinə icarəyə vermişdir. Avtomobil icarəyə verildikdən sonra, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Cavabdeh2 məxsus həmin avtomobillə qəza törətmişdir. Cavabeh Salahov X13 RPİ-nin İstintaq şöbəsində və Abşeron Rayon Məhkəməsində izahat verərəkən bildirmişdir ki, o, “VAZ 21214” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı abtomobili "xxxx" Rent A Car adlı yerdə avtomobil kirayəsi ilə məşğul olan Cavabdeh3 kirayəyə götürmüş və avtomobillə qəza törətmişdir. Belə ki, Cavabdeh3 Cavabdeh2 mülkiyyətində olan avtomobili sürücülük hüququ olmayan Cavabdeh1 icarəyə vermiş və Cavabdeh1 avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2019-cu il tarixli etibarnamə ilə Cavabdeh2 **- MT-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21214” minik markalı avtomobillə bağlı "xxxx" MMCyə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Lakin "xxxx" MMC-nin təsisçisi Cavabdeh5 xx.xx.2019-cu il tarixli etibarnamədən imtina etmiş və etibarnaməyə xitam verilməsi ilə bağlı notariusa müraciət etmişdir. Qeyd edilənlər iş materialları ilə də öz təsdiqi tapır. “Azərbaycan Respublikası Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası haqqında” Təlimatın 9-cu maddəsinə əsasən Yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahibinin yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi sayılır. Məhkəmə belə hesab edir ki, Cavabdeh3 **-MT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı avtomobili sürücülük hüququ olmayan Cavabdeh1 icarəyə vermiş, sonuncu isə həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh3 və Cavabdeh1 daşıyır və digər cavabdehlərin törədilmiş yolnəqliyyat hadisəsinə görə məsuliyyətinin olmaması müəyyən edilir. Belə ki, **-MT-*** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtomobil icarə müqaviləsi əsasında Cavabdeh3 istifadəsində olmuş və o, avtomobili sürücülük hüququ olmayan Cavabdeh1 icarəyə vermişdir, bu səbəbdən də, həmin avtomobilin istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti Cavabdeh3 və Cavabdeh1 daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh5 və "xxxx" MMC-yə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6500 manat sığorta ödənişin, 85 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6500 manat sığorta ödənişin, 85 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar