Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1293/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ACER Kompüter, İmei kodu **********26220 “Nokia 106” markalı telefon üçün 1599,6 (min beş yüz doxsan doqquz manat, altmış qəp) manat ödənilməmiş hissə, 479,4 (dörd yüz yetmiş doqquz manat, qırx qəp) manat cərimə, ACER Kompüter üçün 1248 (min iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 374,4 (üç yüz yetmiş dörd manat, qırx qəp) manat cərimə, İmei kodu **********26732 “Samsung Galaxy A71” markalı telefon üçün 1152,2 (min yüz əlli iki manat, iyirmi qəp) manat ödənilməmiş hissə, 344,4 (üç yüz qırx dörd manat, qırx qəp) manat cərimə, İmei kodu **********02675 “Samsung Galaxy A71” markalı telefon üçün 1152 (min yüz əlli iki) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat cərimə, İmei kodu **********36640 SAMSUNG GALAXY A71 markalı telefon üçün 1080 (min səksən) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat cərimə, Mouse, HP Kompüter üçün 516 (beş yüz on altı) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat cərimə, HP Kompüter üçün 421 (dörd yüz iyirmi bir) manat ödənilməmiş hissə, 127,2 (yüz iyirmi yeddi manat, iyirmi qəp) manat cərimə, Philips, Fen-Daraq üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 29,7 (iyirmi doqquz manat, yetmiş qəp) manat cərimə olmaqla, ümumilikdə 9462,9 manat borc, 114,63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, ACER Kompüter, İmei kodu **********26220 “Nokia 106” markalı telefon, ACER Kompüter, İmei kodu **********26732 “Samsung Galaxy A71” markalı telefon, İmei kodu **********02675 “Samsung Galaxy A71” markalı telefon, İmei kodu **********36640 “Samsung Galaxy A71” markalı telefon, Mouse, HP Kompüter, HP Kompüter, Philips, Fen-Daraq almış və nəticədə 9462,9 (doqquz min dörd yüz altmış iki manat, doxsan qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2143,6 (iki min yüz qırx üç manat, altmış qəp) manat (18 ay x 94.2 manat + 448 manat ilkin ödəniş) ACER Kompüter, İmei kodu **********26220 “Nokia 106” markalı telefon üçün ümumilikdə, 2079 (iki min yetmiş doqquz) manat olmaqla ondan, 1599,6 (min beş yüz doxsan doqquz manat, altmış qəp) manat ödənilməmiş hissə, 479,4 (dörd yüz yetmiş doqquz manat, qırx qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1382 (min üç yüz səksən iki) manat (14 ay x 96 manat + 38 manat ilkin ödəniş) ACER Kompüter üçün ümumilikdə 1622,4 (min altı yüz iyirmi iki manat, qırx qəp) manat olmaqla ondan, 1248 (min iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 374,4 (üç yüz yetmiş dörd manat, qırx qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1152,2 (min yüz əlli iki manat, iyirmi qəp) manat (14 ay x 82.3 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********26732 “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə 1496,6 (min dörd yüz doxsan altı manat, altmış qəp) manat olmaqla ondan, 1152,2 (min yüz əlli iki manat, iyirmi qəp) manat ödənilməmiş hissə, 344,4 (üç yüz qırx dörd manat, qırx qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1201 (min iki yüz bir) manat (15 ay x 80 manat + 1 manat) ilkin ödəniş İmei kodu **********02675 “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə 1512 (ümin beş yüz on iki) manat olmaqla ondan, 1152 (min yüz əlli iki) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1235 (min iki yüz otuz beş) manat (18 ay x 60 manat + 155 manat ilkin ödəniş) İmei Kodu **********36640 “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə 1404 (min dörd yüz dörd) manat olmaqla ondan, 1080 (min səksən) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 715 (yeddi yüz on beş) manat (12 ay x 52 manat + 91 manat ilkin ödəniş) Mouse, HP Kompüter üçün ümumilikdə 672 (altı yüz yetmiş iki) manat olmaqla ondan, 516 (beş yüz on altı) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (12 ay x 53 manat + 0 manat ilkin ödəniş) HP Kompüter üçün ümumilikdə 548,2 (beş yüz qırx səkkiz manat, iyirmi qəp) manat olmaqla ondan, 421 (dörd yüz iyirmi bir) manat ödənilməmiş hissə, 127,2 (yüz iyirmi yeddi manat, iyirmi qəp) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 132 (yüz otuz iki) manat (12 ay x 11 manat + 0 manat ilkin ödəniş) Philips, Fen-Daraq üçün ümumilikdə 128,7 (yüz iyirmi səkkiz manat, yetmiş qəp) manat olmaqla ondan, 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 29,7 (iyirmi doqquz manat, yetmiş qəp) manat cərimə borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla, cəmi ödədiyi məbləğ 1329 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddia ilə məhkəməyə müraciət edilən vaxtdan cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh məkəmənin əvvəlki iclasında borcunu etiraf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, 4-5 ilə qədər xəstə olduğunu, işə çıxa bilmədiyini, çətin vəziyyətdə qaldığını, gələn aydan işə çıxacağını və borcundan ayda 100 manat ödənişlər edəcəyini bildirmişdir. Məhkəmə işə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 2143,6 manat olan ACER Kompüter, İmei kodu **********26220 “Nokia 106” markalı telefon, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 1382,0 manat olan ACER Kompüter, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 1152,2 manat olan İmei kodu **********26732 “Samsung Galaxy A71” markalı telefon, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 1201,0 manat olan İmei kodu **********02675 “Samsung Galaxy A71” markalı telefon, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 1235,0 manat olan İmei Kodu **********36640 “Samsung Galaxy A71” markalı telefon, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 715 manat olan Mouse, HP Kompüter, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 636 manat olan HP Kompüter, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 132 manat olan “Philips” markalı Fen-Daraq satılmışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1599,6 manat ödənilməmiş hissə, 479,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1248 manat ödənilməmiş hissə, 374,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1152,2 manat ödənilməmiş hissə, 344,4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1152 manat ödənilməmiş hissə, 360 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1080 manat ödənilməmiş hissə, 324 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 516 manat ödənilməmiş hissə, 156 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 421 manat ödənilməmiş hissə, 127,2 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 99 manat ödənilməmiş hissə, 29,7 manat cərimə olmaqla, ümumilikdə 9462,9 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1599,6 manat ödənilməmiş hissə, 110 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1248 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1152,2 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1152 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1080 manat ödənilməmiş hissə, 75 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 516 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 421 manat ödənilməmiş hissə, 29 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 99 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu olmaqla, cəmi 7767,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114,63 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1599,6 manat ödənilməmiş hissə, 110 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1248 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1152,2 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1152 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1080 manat ödənilməmiş hissə, 75 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 516 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 421 manat ödənilməmiş hissə, 29 manat cərimə borcu, xx.xx.2019cu il tarixli müqavilə üzrə 99 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu olmaqla, cəmi 7767,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114,63 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1293/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1293/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver