Məhkəmə qərarları › İş №e-2(007)-1327/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1327/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1327/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL978353 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 113.59 (bir yüz on üç manat əlli doqquz qəpik) əsas borc, (0.00) cərimə, BL978313 saylı müqaviləyə uyğun olaraq yaranmış 542.98 (beş yüz qırx iki manat doxsan səkkiz qəpik) əsas borc, (0.00) cərimə olmaqla, ümumilikdə 656.57 (altı yüz əlli altı manat əlli yeddi qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL978353 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 3 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 40 (qırx manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BL978313 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 83 (səksən üç manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL978353 saylı müqaviləyə uyğun olaraq 113.59 (bir yüz on üç manat əlli doqquz qəpik) əsas borc, (0.00) cərimə, BL978313 saylı müqaviləyə əsasən 542.98 (beş yüz qırx iki manat doxsan səkkiz qəpik) əsas borc, (0.00) cərimə ümumilikdə 656.57 (altı yüzəllialtımanat əlli yeddi qəpik ) borcu qalmışdır.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BL978313 və xx.xx.2023-cü il tarixli BL978353 nisyə satış müqavilələrindən görünür ki, satıcı İddiaçı MMC 1 saylı Əlavədə göstərilmiş məhsulu alıcı Cavabdeh müəyyən müddətə nisyə satılaraq vermək və alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etmək, habelə borcu satıcıya ödənilməsinə dair öhdəlik götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli, BL978313 nömrəli nisyə satış müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 646.97 manat olan avadanlıqları 12 ay müddətinə hər ay 41.98-83 manat ödəmək, xx.xx.2023-cü il tarixli, BL978353 nömrəli nisyə satış müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 113.59 manat olan avadanlıqları 3 ay müddətinə hər ay 35.59-40 manat ödəmək və gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 0.2 %-i həcmində cərimə ödəmək şərtilə satın almışdır.

5. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, alıcı xx.xx.2023-cü il tarixli, BL978313 nömrəli müqavilə üzrə “Huawei Nova” markalı telefonu və xx.xx.2023-cü il tarixli, BL978353 nömrəli müqavilə üzrə “Midea” markalı ətçəkəni təhvil almışdır.

6. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli borca dair arayışlardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BL978313 saylı müqavilə üzrə 542.98 manat əsas və xx.xx.2023-cü il tarixli, BL978353 saylı müqavilə üzrə 113.59 manat əsas borcu vardır.

7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarıdan görünür ki, xx.xx.2023-cü il tarixli BL978313 və BL978353 nömrəli alqısatqı müqavilələrinə əsasən xx.xx.2024-cü il tarixinə BL978313 saylı müqavilə üzrə 542.98 manat, BL978353 saylı müqavilə üzrə 113.59 manat ümumi gecikdirilmiş borcun olması və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün müqavilənin vaxtından əvvəl ləğv edilməsi tərbirlərinə başlanılması barədə xəbərdar edilmişdir.

8. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halı:

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BL978313 və BL978313 saylı müddətli (nisyə) satış müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqavilələri bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BL978313 saylı müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 12 ay müddətinə hər ay 41.98-83 manat ödəmək şərti ilə ümumi dəyəri 646.97 manat olan “Huawei Nova 11İ” markalı telefonu və xx.xx.2023-cü il tarixli, BL978353 saylı müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 35.59-40 manat ödəmək şərti ilə ümumi dəyəri 113.59 manat olan “Midea” markalı ətçəkən almışdır.

18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

19. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borca dair arayışlardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BL978313 saylı müqavilə üzrə 542.98 manat əsas və xx.xx.2023-cü il tarixli, BL978353 saylı müqavilə üzrə 113.59 manat əsas borcu vardır.

20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2023-cü il tarixli, BL978313 saylı müqavilə üzrə əsas borca görə 542.98 (beş yüz qırx iki manat, doxsan səkkiz qəpik) və xx.xx.2023-cü il tarixli, BL978353 saylı müqavilə üzrə əsas borca görə 113.59 (bir yüz on üç manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 656.57 məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

22. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

23. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

24. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2023-cü il tarixli, BL978313 saylı müqavilə üzrə əsas borca görə 542.98 (beş yüz qırx iki manat, doxsan səkkiz qəpik) və xx.xx.2023-cü il tarixli, BL978353 saylı müqavilə üzrə əsas borca görə 113.59 (bir yüz on üç manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 656.57 manat əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BL978313 saylı müqavilə üzrə əsas borca görə 542.98 (beş yüz qırx iki manat, doxsan səkkiz qəpik) və xx.xx.2023-cü il tarixli, BL978353 saylı müqavilə üzrə əsas borca görə 113.59 (bir yüz on üç manat əlli doqquz qəpik) manat olmaqla, ümumilikdə 656.57 manat əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar