Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1328/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 530,40 (beş yüz otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan, "xxxx" ASC-də (bundan sonra ASC) PBA********** saylı sığorta şəhadətnaməsinə əsasən icbari sığorta qaydasında sığortalanmış “Kia Sorento minik” markalı, **-HS-*** (köhnə nömrəsi **-FT-***) dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 750 (yeddi yüz əlli) manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdən 250 (iki yüzəllimanat) şərtsiz azadolma məbləği çıxılmaqla 500 (beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı qərarına əsasən, Cavabdeh1 hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXMnin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, PBA********** saylı icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, “Kia Sorento minik” markalı, **-HS-*** (yeni nömrəsi **-FT-***) dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdən 12 (on iki) ay müddətinə “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş elektron portaldan çıxarışdan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan (forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Kia Sorento minik” markalı, **-HS-*** (köhnə nömrəsi **-FT-***) dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, sürücüsü Cavabdeh1 olmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh1 hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXM-nin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. “Nurgün Motors” un qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə 750 (yeddi yüz əlli) manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmişxx.xx.2023-cü il tarixli, CSB100141456 nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi” ndən göründüyü kimi “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddəti xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olmaqla "xxxx" ASC də əmlakın könüllü sığortası sığorta növü üzrə sığortalanmışdır. Həmin müqavilə üzrə azadolma məbləği tərəflər arasında 250 (iki yüz əlli) manat məblğində razılaşdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin CSB142185 nömrəli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 (iki yüz əlli manat) şərtsiz azadolma məbləği çıxılmaqla 500 (beş yüz) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən müqavilə üzrə faydalanan şəxs olan X1 hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, №05/02-37 saylı tələb məktubundan göründüyü kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə müraciət edilərək 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin geri ödənilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 500 (beş yüz) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0171 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin 3 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini, digər cavabdehin onun həyat yoldaşı olduğunu, hadisə olan zaman avtomobili etibarnamə əsasında özünün sürdüyünü, cavabdeh Samirin həmin vaxt yanında olmadığını, sürücüyə pul təklif etsələr də qəbul etmədiyini, avtomobilin sığortasının olduğunu bildirmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, PBA********** saylı sığorta müqaviləsinə əsasən “Kia Sorento minik” markalı, **-HS- *** (köhnə nömrəsi **-FT-***) dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətədək, yəni xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan həmin avtomobil qüvvədə olan etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXM-nin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. “Nurgün Motors” un qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə 750 (yeddi yüz əlli) manat məbləğində zərər dəymiş, "xxxx" ASC-nin CSB142185 nömrəli sığorta aktı və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə də “Nissan X-Trail minik” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 (iki yüz əlli manat) şərtsiz azadolma məbləği çıxılmaqla 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin "xxxx" ASC tərəfindən müqavilə üzrə faydalanan şəxs olan X1 hesabına ödənilməsi müəyyən edilmişdir İşin mübahisəli halları: İddiaçı "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli, BS-S- 24/0171 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin 3 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. lakin, cavabdehlər tərəfindən sığorta ödənişi həyata keçirilmədiyi üçün iddiaçı məhkəmədə 500 manat sığorta ödənişinin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbi üzrə olan 500 manat sığorta ödəişini qəbul etdiyini, digər cavabdehin hadisə ilə bağlı təqsirinin olmadığını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci, 936.5-ci, 1108.1-ci, 1114.1-ci maddələrinə, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü və 191.3-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 aid olan hissəsinə münasibətdə bildirir ki, hadisə zamanı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında Cavabdeh1 idarə etmiş, Cavabdeh2 həmin vaxt orada olmamış, bunu Cavabdeh1 da bildirmişdir. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissə ilə bağlı qeyd edir ki, “Kia Sorento minik” markalı, **-HS-*** (köhnə nömrəsi **-FT-***) dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh1 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da X2 maddi zərər yetirilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 550 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən tələb edilərək "xxxx" ASC tərəfindən ödənilmiş 500 manat məbləğ Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu iddia tələbi Cavabdeh1 aid hissədə tam təmin edildiyindən həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1328/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1328/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver