Məhkəmə qərarları › İş №e-2(007)-1329/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1329/2023

19.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1329/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli “Böyük-şor yol qovşağı-Modul ES-30-cu sahə” yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Nizami rayonu, Əli Vəliyev küçəsindən keçən hissəsində, 39 T 408697; 4475404, 39 T 408705; ******* koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən (sərəncamlardan) müəyyən eildi ki, mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh fərdi yaşayış evinə ünvan təyin olunması barədə müraciətinə baxılmışdır və fərdi yaşayış evinə Sabunçu rayonu, ünvan 1 ünvanı təyin edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsini, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, tələb pozulmuş hüquqlarının aradan qaldırılması ilə bağlı olduğundan mülki işə müstəsna aidiyyət qaydaları tətbiq olunmaqla daşınmaz əşyanın olduğu yerdə baxılmalıdır. Göründüyü kimi fərdi yaşayış evi Bakı Şəhəri Sabunçu Rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Məhkəmə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi ilə bağlı tərəflərin fikrini öyrənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 mülki işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş hazırlıq iclası mərhələsində baxılması üçün ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. İş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 oktyabr 2007-ci il tarixli, 18/03-8/5851 nömrəli məktubunun surətindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinə “ünvan 2 ünvanı təyin olunmuşdur. Göründüyü kimi iddia ərizəsində qeyd edilən ünvan “Nizami rayonu, Əli Vəliyev küçəsindən keçən hissəsində, 39 T 408697; 4475404, 39 T 408705; ******* koordinatları üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi” Bakı Şəhəri Nizami rayonunda deyil, Bakı Şəhəri Sabunçu rayonunda yerləşir. Məhkəmə, qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırlıq iclası mərhələsində aidiyyət məsələsi həll edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair e-2(007)-1329/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar