Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1333/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, Azərbaycan Respublikası MPM-nin 284- 5.1-ci maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Bu müddətdə cavabdehlər tərəfindən iddiaçının tələbinə dair etiraz verilməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda ərizənin baxılmamış saxlanılması nəzərdə tutulmamış, yalnız Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsində məhkəmənin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina etməli olduğu müəyyən edilmişdir: bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. Göründüyü kimi, ərizə məhkəmənin icraatına qəbul edilmişdir, bu mərhələdən sonra kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina və ya ərizənin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Hazırkı halda müəyyən edildi ki, iddiaçı borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq borcun 3 iş günü müddətində ödənilməsini tələb etmiş, əks halda borcla və çəkilmiş məsrəflərlə bağlı məhkəməyə müraciət olunancağı ilə bağlı cavabdehi xəbərdar etmişdir. Həmin pretenziya məktubu xx.xx.2025-ci ildə tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına göndərilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Odur ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəyə münasibətdə analoji münasibətləri tənzimləyən hüquq norması tətbiq edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1333/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1333/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver