Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1344/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli D042 saylı X1 əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlak ilkin lizinq öhdəliyi 35000 ABŞ dolları, lizinq mükafatı illik 20 faiz olmaqla 24 ay müddətinə Cavabdeh lizinqə verilmişdir. Lizinq alan Cavabdeh müqavilə öhdəliklərini pozduğuna məhkəmədə ona qarşı iddia qaldırılaraq məhkəmədən hesablanmış borcun tutulması və lizinq predmeti olan mənzilin alınaraq iddiaçı "xxxx" MMC-nə qaytarılması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə əlaqədar məhkəmə mübahisəsi Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-614/2022 saylı yekun məhkəmə aktının qəbul edilməsi ilə yekunlaşmışdır. Həmin məhkəmə qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 2(103)- 5048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)- 1267/2017 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən lizinq mükafatı üzrə 6868,65 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsi, apelyasiya şikayətinin qalan hissədə və apelyatora münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsi ilə (hakim – Elnur Nuriyev) iddia tələbi təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-cı tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMCyə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 41755 ABŞ dollarının qətnamə icra olunduğu günə manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisə beş ilə yaxın müddət ərzində davam etmişdir. Bu müddət ərzində və hazırda da lizinq predmeti olan mənzil qanusuz olaraq Cavabdeh istifadəsində qalmaqdadır. Belə olan halda isə iddiaçı "xxxx" MMC-nin lizinq predmetinin cavabdehin istifadəsində qaldığı müddət üçün ödəniş hesablayaraq tələb etmək hüququ vardır. "xxxx" MMC-nin tərtib etdiyi 0101/22 saylı, 10 mart 2022-ci il tarixli maliyyə arayışı ilə müyyən olunur ki, ötən dövr üçün 37580 ABŞ dolları məbləğində lizinq mükafatı hesablanmışdır. Bu məbləğdən 36523 ABŞ doilları ödəniş olunmuşdur. Hazırda Cavabdeh lizinq obyektindən istifadəsi üçün hesablanmış lizinq mükafatı üzrə ödənilməmiş 1057 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 1057 (bir min əlli yeddi) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ödəniş gününə olan məzənnəsi ilə manat ekvivalentinin tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı MMC-nin iddiasının dəlilləri əsassızdır və təmin edilməməlidir. iddiaçı MMC və cavbadeh Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə D042 №-li lizinq müqaviləsinin bağlanması işin mübahisə edilməyən halıdır. X2 müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 24 ay müddətinə 16 iyun 2016-cı il tarixli D042 saylı X1 1 saylı Əlavəyə uyğun olaraq hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dolları lizinqə verilmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Sonradan iddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və sair tələblər barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia əsasında başlanmış mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi 16 mart 2017-ci il tarixli qətnamə ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-c tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılnası, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilkdə 41755 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bundan sonra həmin mülki iş bir neçə dəfə apellyasiya və kassasiya instansiyaları məhkəməsinin baxış predmeti olmuş, həmçinin iş üzrə qəbul edilmiş məhkəmə aktlarının qanuniliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmışdır. Hazırda həmin iş üzrə yuxarı instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş aşağıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh lizinq mükafatı üzrə 6868,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatına dair digər hissələrdə rədd olunması, apellyasiya şikayətinin qalan hissədə və apellyatora münasibətdə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022- ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı MMC, Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq müqaviləsi ilə bağlı müdəalarına, o cümlədən də 748-1.9-cu maddəsinə əsaslanaraq, onunla Cavabdeh qarşı artıq bir dəfə ümumilikdə yaranmış ABŞ dolları ekvivalentində borcun (lizinq məbləği üzrə, faiz məbləği üzrə və cərimə) ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu hissədə tələbi onunla əsaslandırılmışdır ki, lizinq alan lizinq müqaviləsinin tələblərini lazımınca icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları ilə borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilmiş, Cavabdeh yalnız 6868,65 manat məbləğində lizinq mükafatının tutulması qət edilmişdir. Belə olan halda, hesab edir ki, iddiaçı MMC, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsaslanaraq, yenidən gecikmə vaxtı üçün pul tələb edə bilməz. Bundan başqa, bildirir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması, cavabdehin lizinq obyekti olan mənzildən çıxarılması, 21 yanvar 2017-ci il tarixinədək yaranmış ümumilikdə ABŞ dolları ekvivalentində borcun (lizinq məbləği üzrə, faiz məbləği üzrə və cərimə) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə yanaşı, Cavabdeh da İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanmış lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş üzrə məhkəmə aktları qəbul edilmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında uzun müddət çəkişməli məhkəmə mübahisələri olmuşdur. Hər iki iş üzrə məhkəmələr tərəfindən yekun qərar qəbul olunmadan lizinq obyektinin qaytarılması da uyğun deyildir. Çünki, Cavabdeh özünün iddiasının perspektivlik baxımından təmin, İddiaçı MMC-nin iddiasının isə rədd olunması ilə nəticələnməsinə inanmışdır. Bu səbəbdən məhkəmə çəkişməsi dövründə mənzilin Cavabdeh qalması təbiidir. Hazırda isə MMC-nin Cavabdeh qarşı zərərin əvəzini tələb etməklə, Cavabdeh hesabına əsassız varlanmaq niyyfətindədir. Bu isə hüquqdan sui-istifadədir. Bunlardan başqa, cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, müqavilə bağlandığı vaxtdan cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, iddiaçının hesabına 45278 ABŞ dollarından da artıq pulu iddiaçının hesabına ödəmişdir. Belə ki, hazırki yuxarıda qeyd olunan mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 12935 №-li, xx.xx.2019-cu il tarixli rəyindən görürür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 6359,62 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Cavabdeh müqavilə üzrə iddiaçı MMCnin hesabına 62152 manat məbləğində birdəfəlik ödəniş etmişdir. Həmçinin bildirir ki, lizinq obyektinin İddiaçı MMC-yə qaytarılması və MMC-nin xeyrinə Cavabdeh 6868 manat lizinq ödənişinin tutulması barədə verilmiş icra sənədi icra mərhələsindədir. Hazırda həmin icra sənədi üzrə icra hərəkətlərinin aparılması davam edir. İcra sənədi üzrə tələbin icrasının gecikdirilməsi yoxdur. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. Odur ki, məhkəmədən İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2022-ci il tarixdə “iddia tələbinin artırılması”na dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ərizə verərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5048/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin olunaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında dönüş edilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh lizinq məbləği üzrə 33,797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki iş üzrə iddia tələbində cavabdehin İddiaçı MMC-nə olan borcu hesablanarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı (icra sənədi) əsasında Cavabdeh tutulmuş 36480 ABŞ dollarının manat ekvivalenti olan 62016 manat nəzərə alınmış və odur ki, cavabdehdən qeyd olunan məbləğdən əlavə hesablanmış 1057 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında dönüş edildikdən və cavabdehə 36480 ABŞ dolları qaytarıldığı halda həmin məbləğ hazırki iddianın məbləğinə daxil edilməlidir. Belə olan halda Cavabdeh tutulmalı olan borc məbləğinin cəmi 37537 ABŞ dolları təşkil edir. Qeyd edilənlərə əsasən Cavabdeh 37537 (otuz yeddi min beş yüz otuz yeddi) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ödəniş gününə olan məzənnəsi ilə manat ekvivalentinin tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddia əsasında başlanmış mülki iş üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hazırlıq iclasları keçirilmiş, iş üzrə məhkəmə baxışı 20 iyun 2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçı MMC, “iddianın həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 37537 ABŞ dollarının (məzənnə üzrə Azərbaycan manatına uyğun olaraq) cavabdehdən MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC bu ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisələri zamanı MMC-nin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-40/2020 saylı, 21.01,2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, MMC-nin cavabdehə qarşı iddiasının qismən təmin edilməsini, lizinq məbləği üzrə 33797 ABŞ dolları, lizinq mükafatı üzrə 2438 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq iddiaçı MMC-yə verilməsini qərara almışdır. Hazırki iş üzrə iddia ərizəsində cavabehin iddiası MMC-yə olan borcu hesablanarkən Ali Məhkəmənin yuxarıda qeyd olunan 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı əsasında Cavabdeh MMC-yə ödədiyi 62016 manat (36480 ABŞ dolları) nəzərə alınmış və cavabdehdən cəmi 1057 ABŞ dollarının tutulması barədə tələb irəli sürülmüşdür. Hazırda isə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5048/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin olunmuş, Ali Məhkəmənin 2(102)-40/2020 saylı xx.xx.2020-i il tarixli qərarında dönüş edilməsi qərara alınmışdır. Bildirir ki, iddiaçı MMC-nin qeyd olunan dəlilləri əsassızdır və bu səbəbdən “iddianın həcminin artırılması barədə" ərizənin icraata qəbul edilməsindən imtina olunmaldıır. Belə ki, qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd ounan prosessual hüquq normasının mənasından göründüyü kimi, iddianın həcmi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər artırıla bilər. Bu məzmunda ərizənin məhkəmə baxışı zamanı verilməsinin isə konkret əsasları müəyyən edilmişdir - bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bildirir ki, "iddianın həcminin artırılması barədə" ərizədə istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh lizinq məbləği üzrə 33797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi nəzərə alınaraq “Faktor Lizinq" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bundan sonra, Cavabdeh tərəfindən icra sənədi üzrə tələb icra edilmiş, 62152 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin hesabına ödənilmiş, mənzil isə Cavabdeh sahiblik və istifadəsində qalmışdır. İcra sənədi icra olunduqdan 9 ay sonra "Faktor Lizinq” MMC, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından konstitusiya şikayəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Faktor Lizinq" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2021-ci il tarixli qərarı ilə “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının özünün verdiyi konstitusiya şikayəti əsasında 62152 manat məbləğində pulun ödənilməsi üçün əsas olmuş Ali Məhkəmənin qərarı qüvvədən düşmüşdür. Yəni, Cavabdeh məxsus 62152 manat məbləğində pulun iddiaçı MMC-də qalmasının hüquqi əsasının olmadığını xx.xx.2021-ci il tarixdən başlayaraq MMC-nin artıq bilirdi. Cavabdeh da həmin məbləği MMC-dən dərhal geri tələb etməmiş, məhkəmə mübahisəsinin tam yekunlaşmasını gözləmişdir. Həmin mübahisə üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublik Ali Məhkəməsi qərar qəbul etmiş və həmin qərarla apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (lizinq mükafatı üzrə 6868,65 manat məbləğində pulun tutulması, mənzilin MMC-yə qaytarılması) dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, desə, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından sonra iddiaçı MMC-yə ödənilmiş 62152 manatın MMC-də qalmasının heç bir hüquqi əsasının olmadığı qəti şəkildə müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edildikdən sonra Cavabdeh və nümayəndəsi, ona məxsus pul vəsaitinin ona qaytarlılması və ya pulun MMC-də qalması, bunun müqabilində isə mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı MMC-yə müraciət etmişdir. Lakin MMC, bu təklifləri qəbul etməmiş, pulu da qaytarmaqdan imtina etmişdir. Cavabdeh da pulu MMC-dən məhkəmə yolu ilə alacağını MMC-yə bildirmişdir. MMC-də onda əsassız qalmış 61152 manatı qaytarmamaq üçün, Cavabdeh qarşı iddia irəli sürərək 1057 ABŞ dolları məbləğində pulun ödənilməsini ondan tələb etmişdir. Hazırki iş üzrə keçirilmiş və iddiaçı MMC-nin vəkilinin (nümayəndəsi) iştirak etdiyi 2022-ci ilin may ayının 05-i və 26-sı tarixli məhkəmə hazırlıq iclaslarında verdiyi izahatlarda bildirmişdir ki, MMC-nin Cavabdeh qarşı iddianın irəli sürməsində məqsəd, Cavabdeh 62152 manatın MMC-dən tələb olunmasıdır. Verdiyi izahat məhkəmə iclasının videoyazısında və məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Lakin buna baxmayaraq, iddiaçı MMC-nin vəkili (nümayəndəsi) “iddianın həcminin artırılması barədə” ərizəni nə cari ilin may ayının 5-də, nə də ki, 26-da keçirilmiş məhkəmə hazırlıq iclaslarında məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçı MMC-nin bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı MMC-nin məhkəmə baxışında verdiyi iddianın həcminin artırılması barədə" ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən təqdim edilmiş “iddia tələbinin artırılması”na dair ərizənin icraata qəbulundan imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materialları ilə müəyyən edilir ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5048/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 40/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2021 tarixli icra vərəqəsi üzrə ödənilmiş pul məbləğinin Cavabdeh geri qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili hazırki iddianın qaldırılmasının səbəbi kimi, cavabdehin “icrada dönüş edilməsi” ilə bağlı müraciət etməsi olduğunu bildirmişdir. Yəni, artıq həmin vaxt Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsi məsələsi qaldırılmış və iddiaçı tərəf bununla bağlı kifayət qədər məlumatlı olmuşdur. Göründüyü kimi, “iddia tələbinin artırılması”na dair ərizənin verilməsi əsasları məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf qeyd edir ki, artıq lizinq mükafatı üzrə 6868,65 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin həmin pul, həmin iş üzrə iddia qaldırılan vaxta qədər hesablanmış məbləğdir. Həmin iddia isə 2016-cı il tarixdə qaldırılmışdır. Lizinq obyekti iddiaçının xüsusi mülkiyyətidir və həmin əmlak hazırkı vaxtadək cavabdehin sahibliyindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, yazılı etirazına uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, iddiaçı tərəf qeyd edir ki, lizinq mükafatı üzrə hesablanmış 6868,65 manat iddia qaldırılan tarixə hesablanmış məbləğdir. Lakin qeyd edilməlidir ki, tərəflər arasında illərlə davam edən məhkəmə mübahisələri uzanmış və cavabdehdə elə təəsürat var idi ki, mənzil onda qalacaq. Lakin məhkəmə qətnaməsi ilə əmlakın iddiaçıya qaytarılması qət edilmişdir. Hazırda mənzil cavabdehin istifadəsində olsa da, cavabdeh əmlakı qaytarmaqdan imtina etmir və bu günsabah mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı icra şöbəsinə gedəcək. İcra sənədi könüllü icra edilir. Bu səbəbdən də iddiaçının lizinq obyektinin qaytarılmaması ilə əlaqədar olaraq gecikmə vaxtı üçün pul tələb etməsinə dair iddiası əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 16 iyun 2016-cı il tarixli, D042 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, lizinq verən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan alıb əldə etməyi və lizinq alan Cavabdeh istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin öhdəliyi 35000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilə 24 ay müddətinə bağlanılmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 0101/22 saylı arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016 tarixli D042 saylı X1 əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın alınması alınması üçün 35000 (otuz beş min) ABŞ dolları ekvivalenti həcmində vəsait ayrılmışdır. Lizinq mükafatı kimi illik 20% dərəcəsi müəyyən olunmuşdur. Öhdəliklər icra olunmadığından İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022 tarixli 2(102)-614/2022 saylı yekun qərarı qəbul edilmişdir. Həmin dövrdən bugünə qədər Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh istifadəsində qalmışdır. Qeyd olunan dövr üzrə 37580 (otuz yeddi min beş yüz səksən) ABŞ dolları həcmində lizinq mükafatı hesablanmışdır. Bu məbləğdən 36523 ABŞ dolları ABŞ dolları həcmində (62089 manat) məbləğində ödəniş olmuşdur. Hazırda qeyd olunan lizinq mükafatı üzrə borc 1057 ABŞ dolları təşkil edir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5048/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin olunaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2021 tarixli icra vərəqəsi üzrə ödənilmiş pul məbləğinin Cavabdeh geri qaytarılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-cı tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 41755 ABŞ dollarının qətnamə icra olunduğu günə manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)- 1267/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-295/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən lizinq mükafatı üzrə 6868,65 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsi, apelyasiya şikayətinin qalan hissədə və apelyatora münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh lizinq məbləği üzrə 33,797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 28 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı 16 iyun 2016cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-15(k)/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün kasasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5048/2019 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin olunaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-40/2020 saylı xx.xx.2021 tarixli icra vərəqəsi üzrə ödənilmiş pul məbləğinin Cavabdeh geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Belə ki, aparılmış məhkəmə araşdırmalarının nəticəsində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-cı tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMCyə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, cavabdehdən lizinq mükafatı üzrə 6868,65 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırkı vaxtadək həmin qətnamə icra olunmamış və lizinq obyekti olan Bakı şəhəri, Xətai rayon ünvan 2 ünvanında yerləşən mənzil cavabdehin istifadəsindədir. Cavabdeh tərəf etiraz ərizəsində, həmçinin məhkəmədə vermiş olduğu izahatında tərəflər arasından məhkəmə mübahisələrinin olduğunu və iş üzrə yekun qərar qəbul olunmadan lizinq obyektnin qaytarılmasının onlara uyğun olmadığını, cavabdehin verdiyi iddiaların təmin olunmaqla nəticələnməsinə inandığını qeyd etmişdir. Məhkəmə göstərilənlərə münabisətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərarda həmin qərarın qəti olduğu və qəbul edildiyi andan, yəni xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyi göstərilmişdir. Lakin göründüyü kimi, hazırkı vaxtadək həmin qərar icra edilməmiş və lizinq obyekti iddiaçıya qaytarılmamaqla, cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən lizinq alan lizinq obyektini qaytarmadığı və ya vaxtında qaytarmadığı halda lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının 748- 1.9-cu maddəsinə əsaslanaraq cavabdehə qarşı hazırkı iddianı qaldırmaqla haqlıdır. Qeyd edilməlidir ki, iddiaçı cavabdehdən lizinq obyektindən istifadə üçün hesablanmış 1057 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmiş, cavabdeh tərəf isə həmin məbləği mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1057 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı tələbi olmadığından məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1057 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1344/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1344/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver