Məhkəmə qərarları › İş №e-2(007)-1351/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1351/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1351/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 18 oktyabr 2018-ci il tarixli M-4258 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 250 manat, faiz borcuna görə 0 manat olmaqla, cəmi 250 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X3 ilə “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında 18 oktyabr 2018-ci il tarixli, M- 4258 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1250 manat məbləğində olan “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 18 oktyabr 2018-ci il tarixli M-4258 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “Sintra” markalı su filterlərini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icta etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında 18 oktyabr 2018-ci il tarixli, M- 4258 saylı alqı-satqı müqaviləsinə görə cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 250 ilkin ödəniş edərək, 2.4-cü bəndində göstərilən qaydada 3 ay müddətinə olmaqla, hər ayın 31-dən gec olmayaraq hər ay 333 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 18 oktyabr 2018-ci il tarixli, M-4258 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 250 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 250 manat təşkil edir. Fiziki şəxs əsasında fəaliyyət göstərən X3 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır.

İş materialları :

3. X3 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, M-4258 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, X1 Ofelya Ziyad qızına “Sintra” markalı, yalnız bir rəngdə, modeldə, formada və ölçüdə buraxılan sual modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları verməyi, alıcı isə bunun müqabilində, satıcıya ilkin ödəniş 250 manat olmaqla, qalan 1000 manatı hər ay 333 manat olmaqla, 3 ay ərzində, hər ayın 31-dən gec olmayaraq ödənilməsini öhdəsinə götürmüşdür.

4. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh bir ədəd “Sintra” firmasının istehsalı olan, Sintra modelli, SR kod 18A010179 su təmizləmə sistemini, onun ayrılmaz tərkib hissələrini, zəmanət talonunu, istismar təlimatını və aksessuarları qüsursuz təhvil almışdır.

5. X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004 nömrəli “tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə”dən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları razılaşdırılmış və razılaşdırılmış müqavilələr əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt etməyi, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borcdan qalıq qismində 250 manat və cərimə borcu qismində 0 manat olmaqla, ümumilikdə 250 manat borcu vardır.

7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdeh M-4258 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə 250 manat borcu yaranmışdır. Cavabdeh borcunu 7 təqvim günü ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün xx.xx.2025-ci il tarixdə **********16 saylı qəbzə əsasən 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları :

9. X3 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, M-4258 nömrəli nisyə alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin X3 qarşısında borcunun yaranması və X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004 nömrəli “tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə”si üzrə X3 tərəfindən Cavabdeh qarşı olan tələb hüququnun güzəşt edilməsi işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, X3 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, M-4258 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2018-cü il tarixli müqavilədən görünür ki, xx.xx.2018-cü il tarixli müqavilə üzrə X1 Ofelya Ziyad qızına “Sintra” markalı, yalnız bir rəngdə, modeldə, formada və ölçüdə buraxılan sual modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları verməyi, alıcı isə bunun müqabilində, satıcıya ilkin ödəniş 250 manat olmaqla, qalan 1000 manatı hər ay 333 manat olmaqla, 3 ay ərzində, hər ayın 31-dən gec olmayaraq ödənilməsini öhdəsinə götürmüşdür.

18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

19. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə 250 manat ödənilməmiş əsas borcu vardır.

20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4).

21. X3 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 004 nömrəli “tələbetmə hüquqlarının güzəşt olunmasına dair” müqavilə bağlanılmışdır. X3 ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli tələbetmə hüquqlarının güzəşt olunması müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh qarşı olan 250 manat məbləğində borca dair tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.

22. Mülki qanunvericiliyə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur.

23. İşin müəyyən edilmiş halı odur ki, X3 tərəfindən Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.

24. Belə olan halda məhkəmə qeyd edir ki, X3 ilə İddiaçı MMC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsi müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququ İddiaçı MMC-yə güzəşt ediliyindən və Cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının əsas borca görə 250 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

25. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

26. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, M-4258 saylı müqavilə üzrə 250 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, M-4258 saylı müqavilə üzrə 250 manat əsas borc məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar