Məhkəmə qərarları › İş №e-2(007)-1366/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1366/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1366/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı QSC Cavabdeh qarşı “pul” sadələşdirilmiş icraat qaydasında verilmiş tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göründüyü kimi, iddiaçı cavabdehdən ümumilikdə tələb etdiyi 538,2 manat məbləğində pulun 70,2 manat hissəsi iddiaçı tərəfindən hesablanmış cərimə borcu məbləğidir. İddiaçı bu məbləğdə cəriməni tələb etsə də, cavabdehin 468 manat əsas borca nisbətdə məhz bu məbləğdə cərimə borcunun yaranması aşkar deyil və bunun müəyyən edilməsi üçün araşdırma aparılmalı, o cümlədən bu məbləğdə cərimə borcunun tənasübsüz surətdə yüksək olub-olmadığı müəyyən edilməlidir. Bununla belə hesab edirəm ki, hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Bundan başqa, MPM-in 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbz aşkar olunsa da, qeyd edilən dövlət rüsumu 10.03.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Nəticədə, iddiaçı iddia ərizəsinə hazırkı iş üzrə dövlət rüsumunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ödənilməsini təsdiq edən sənədi əlavə etməmiş, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumu haqqında qəbz aşkar olunmamışdır. Göstərilənlərə və MPM-in 284-4, 150.0.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar