Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1378/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "Azərsu” ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "Azərsu” ASC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2017-ci il tarixli, 38148682 nömrəli müqavilə və **********001 kodlu abonent kartı. Müqavilənin predmeti- xidmət müqaviləsi. Tələb olunan məbləğ- 403,61 manat manat borc və 30 manat dövlət rüsumu. Sübutlar- Abonent kartı, xəbərdarlıq məktubu, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 445.1-ci, 448.2-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, 61.1-ci, 62-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1-ci və 7.4-cü bəndlərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, **********001 kodlu abonent kartına və xx.xx.2017-ci il tarixli, 38148682 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh ünvan 1 ünvanında su təchizatı sistemindən suyun verilməsi və tullantı sularının axıdılması xidməti göstərmiş, Cavabdeh üçün su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2017-ci ilin noyabr ayından 2024-cü ilin fevral ayı da daxil olmaqla 403,61 manat borc hesablanmışdır. Tərəflər arasında xx.xx.2017-ci ildən “su təchizatı və tullantı sularının axıdılması xidmətləri” barədə müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirərək iddiaçını müvafiq xidmətlərlə təchiz etmişdir, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə müvafiq xidmətlərdən istifayə görə 403,61 manat borcu yaranmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh sudan istifadəyə görə yaranmış 403,61 manat borc tutularaq **********001 saylı abonent koduna və 30 manat dövlət rüsumunun əvəzi iddiaçı "Azərsu” ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1378/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1378/2024
26.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver