Məhkəmə qərarları › İş №e-2(007)-1383/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1383/2022

05.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1383/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçılarının nümayəndəsi və vəkili Nümayəndə Ağaməmməd oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 52 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 52 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, X15 ilə İddiaçı1 01 mart 1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan Əliyeva (Kərimova) Məryəm (təvəllüdü: xx.xx.1991), Abbasova (Kərimova) Munisə (təvəllüdü: xx.xx.1992) və İddiaçı3 (təvəllüdü: xx.xx.1995) adlarında övladları olmuşdur. X15, İddiaçı1 ilə birgə nikahda olduqları vaxt xx.xx.1997-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 86 saylı binanın 74 saylı mənzilini əldə etmişlər. Qeyd olunan əmlaka dair xx.xx.1997-ci il tarixdə reyestr kitabın 798 səhifə 119906 qeydəalma 30/119906 olmaqla, Fərman Kərimovun adına qeydiyyat aparılmışdır. X15 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ № 109756 saylı “ölüm haqqında şəhadətnamə” verilmişdir. Qanunvericiliyə uyğun olaraq, Fərman Kərimovun ölümü ilə miras açılmış, mirasın açıldığı yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 86, mənzil 74 olmuşdur. Miras qoyan mərhum Fərman Kərimov xx.xx.2020-ci il tarixdə rəhmətə gedən vaxt miras əmlakın yerləşdiyi ünvanda, onun qanun üzrə birinci növbəli vərəsələrdən İddiaçı1, İddiaçı3 və İddiaçı2 olmuşlar. Qanuvericiliyin tələbinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Eyni zamanda miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası faktiki olaraq qəbul etmiş vərəsələr (hazırkı iddiaçılar) eyni zamanda ərazi üzrə 52 saylı Notarial ofisinə müraciət edərək, mirası faktiki və hüquqi olaraq qəbul etdikləri üçün, miras əmlak ilə əlaqədar “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi xahiş edilmişdir. Ailə Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə uyğun olaraq ümumi birgə əmlaka dair İddiaçı1 “Mülkiyyət hüququ haqqında” xx.xx.2022-ci il tarixdə şəhadətnamə verilmişdir. Mülkiyyət hüququ haqqında şəhadətnamədə aşağıdakılar qeyd olunmuşdur: “Mən, Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X16 oglu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36.2-ci maddəsinə əsasən xx.xx.2020-ci ildə ölmüş X2 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 (AA*******, xx.xx.2022 Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1972) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997 tarixdə X8 verilmiş 30/119906 qeydəalma nömrəsi ilə 798 nömrəli kitabın 119906-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,22 kv.m, yaşayış sahəsi 31.22 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir”. Eyni zamanda 52 saylı Notarial ofis tərəfindən mənzildə qeydiyyatda olma faktını əsas götürərək, xx.xx.2020-ci ildə rəhmətə getmiş X5 miras qalmış Q.Qarayev prospekti, 86-da yerləşən 74 saylı mənzildəki 50 (əlli) faiz miras payda, dörd nəfər vərəsəni bərabər paylarla vərəsə kimi tanımışdır. Notarius xx.xx.2020-ci il tarixdə miras açılmış əmlakda dörd nəfər qanun üzrə vərəsələrə münasibətdə payları ¼ hissədə müəyyən etmiş və mirası qəbul etməmiş bir vərəsəyə münasibətdə, yəni Cavabdeh1 yalnız qeydiyyatda olması faktını əsas götürərək, Notarius bu vərəsəyə münasibətdə və onun ¼ hissədə pay-irs almalı olduğunu əsas götürərək – miras əmlakda ¼ hissədə pay açıq saxlanılmışdır. 52 saylı Notarial ofisin xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə aşağıdakılar qeyd olunur: “Mən, Bakı şəhəri 52 saylı Notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2020-ci il tarixdə ölmüş X6 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olanlar; arvadı İddiaçı1 (AA*******, xx.xx.2022 - Asan 4 FİN:xxxxxxx, d/t:xx.xx.1972), qızı İddiaçı2 (AA*******, xx.xx.2021 - Asan 5, FİN:xxxxxxx, d/t:xx.xx.1991), oğlu İddiaçı3 (AA*******, xx.xx.2019 – Asan 4, FİN: xx.xx.1995) və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdırlar. Qalan ¼ hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüqüqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X8 verilmiş 30/119906 qeydəəlma nömrəsi ilə 798 nömrəli reyestr kitabında 119906-cı səhifəsində qeyd edilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,22 kv.m, o cümlədən yaşayış sahəsi 31,22 kv.m olan 2 (iki) otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi 09A2/239 olan arayışaəsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən mənzilin üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Daşınmaz əmlakın reyestr nömrəsi **********98-05101-093057-dir. Miras əmlakın ½ hissəsinə Mülkiyyət Hüququ Haqqında Şəhadətnamə verilmişdir.” Nəzərə alınmalıdır ki, şəxsin qeydiyyatda olması ona mülkiyyət hüququ vermədiyi kimi, qeydiyyatda olan qanun üzrə vərəsə mirası faktiki, yaxud hüquqi olaraq qəbul etmədiyi halda, onun miras əmlakda payı müəyyən olunması qanunsuzdur. Belə ki, mirası faktiki və hüquqi olaraq qəbul etməmiş qanun üzrə vərəsə Abbasova (Kərimova) Munisə Fərman qızı 2013-cü ildə ailə qurduqdan sonra valideynləri ilə bütün əlaqələri kəsməklə, qeyd olunan miras əmlakda olmamış və bu əmlak ilə əlaqədar hər hansı formada miras qoyan atası Fərman Kərimov və digərləri ilə heç bir əlaqə saxlamamışdır. Miras qoyan Fərman Kərimov 2015-ci ildə koma vəziyyətinə düşməklə, uzun müddət xəstə olmasına baxmayaraq, qeydiyyatda olduğu səbəbdən Cavabdeh1 münasibətdə Notariusun miras əmlakda ¼ hissədə payın açıq saxlamağı qanunsuzdur. Abbasova Minusə 2013-cü ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 86, mənzil 74 ilə bu mənzildə yaşayan miras qoyan və digər qanun üzrə vərəsələr ilə əlaqə saxlamamışdır. Eyni zamanda Cavabdeh1 miras qoyan F.Kərimov dekabr 2020-ci il tarixdə rəhmətə getdiyi vaxtdan sonrakı dövrlərdə miras qoyan atasının rəhmətə getməsi faktı ilə məlumatlandırılmasına baxmayaraq, miras qoyanın hüzr mərasimində iştirak etməmiş və sonrakı vaxtlarda miras əmlakda olmamış, yəni mirası nə faktiki, nə də hüquqi baxımdan qəbul etməmişdir. Cavabdeh1 xx.xx.2019-cu ildə Gəncə Asan Xidmətdə özünə yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilmişdir. Birinci üsul formal üsul adlandırılır. Bu zaman vərəsənin Notarial Kontora mirasın qəbulu ilə əlaqədar müəyyən olunmuş müddətdə ərizə təqdim etməsi başa düşülür. Həm də bu ərizə mirasın açıldığı yer üzrə Notarial Kontora verilməlidir. İkinci qeyri-formal üsul odur ki, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini qçıq-aşkar təsdiqləyir və sübut edir. Qeyri-formal üsul iki formada həyata keçirilir; 1) Vərəsə miras əmlaka faktiki sahiblik edir; 2) Vərəsə miras əmlakı faktiki idarə etmiş olur. Qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsə Cavabdeh1 miras əmlakı faktiki və hüquqi olaraq qəbul etmədiyi səbəbindən, 52 saylı Notarial ofisin onun mənzildə qeydiyyatda olması səbəbindən, miras əmlakda bu vərəsəyə münasibətdə əmlakda ¼ hissədə miras payın açıq saxlanılması qanunsuz olmaqla yanaşı, bu miras əmlakı faktiki olaraq qəbul edərək onu idarə edən mirası qəbul etmiş vərəsə kimi hüquqlarını pozulmuşdur. Hesab edirlər ki, mirası qəbul etməmiş Cavabdeh1 vərəsə olaraq qəbul etmədiyi miras əmlakda açıq saxlanılan ¼ hissənin, mirası qəbul etməmiş üç nəfər vərəsələr arasında bərabər həcmdə payları müəyyən edilməklə, miras əmlakı qəbul etmiş İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər paylarla, X6 vərəsəsidirlər. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 86 ünvandakı 74 saylı (mənzildə) əmlakda açıq saxlanılan ¼ hissə miras pay üzərində, (mirası qəbul etmiş qanun üzrə vərəsələr) İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüquqlarının tanınmasını və miras əmlakda açıq saxlanılan ¼ hissəyə münasibətdə iddiaçılara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılarının nümayəndəsi və vəkili Nümayəndə Ağaməmməd oğlu iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Abbasova Minusə miras əmlakını nə qanuni yolla, nədə ki, faktiki olaraq qəbul etməmiş, həmçinin əmlakdan imtina etməsini rəsmiləşdirmişdir. Belə ki, Kərimov Fərman vəfat etdikdən sonra iddiaçılar cavabdehin qayınatasının əlaqə nömrəsi vasitəsi ilə onunla əlaqə saxlamış, atasının vəfat etdiyini və miras əmlakı haqqında məlumat vermişlər. Lakin o heç nə istəmədiyi bildirmiş, həmçinin miras əmlakdan imtinaya dair notarial qaydada ərizə verməkdən imtina etmişdir. Cavabdehlərə məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılarının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X6 adına xüsusi mülkiyyət hüququ üzrə 798 saylı reyestr kitabının 119906 nömrəli vərəqində 30/119906 №-si ilə 08 may 1997-ci il tarixdə qeydiyyata alınmışdır; - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, Cavabdeh1, X9, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadırlar; - AZ-İİ Seriyalı 109756 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 13 dekabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 dekbar 2020-ci il tarixdə 1119 nömrə ilə qeyd edilmişdir; - XVİ-ЖГ seriyalı, 300380 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1991-ci il tarixdə doğulmuşdur. X3, anası İddiaçı1dır; - XVİİ-ЖГ seriyalı, 334590 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxxx 1992-ci il tarixdə doğulmuşdur. X3, anası İddiaçı1dır; - ******* saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 01 mart 1990-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir; - 02 mart 2022-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə ölmüş X2 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 (AA*******, 29.01,2022 - Asan 4, FİN:xxxxxxx, d/t: xx.xx.1972) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997 tarixdə X8 verilmiş 30/119906 qeydəalma nömrəsi ilə 798 nömrəli kitabın 119906-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,22 kv.m, yaşayış sahəsi 31,22 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir. O cümlədən, ölmüş ərin ümumi əmlakdan payı ünvan 5 ünvanında yerləşən mənzilin1/2 hissəsindən ibarətdir; - 02 mart 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X6 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olanlar; aarvadı İddiaçı1 (AA*******, xx.xx.2022 – Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1972), qızı X14 (AA3618791, xx.xx.2021 – Asan 5, FİN:xxxxxxx, d/t:xx.xx.1991), oğlu İddiaçı3 (AA*******, xx.xx.2019 – Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1995) və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdırlar. Qalan ¼ hissə açıq saxlanılır. Şahadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X8 verilmiş 30/119906 qeydəalma nömrəsi ilə 798 nömrəli reyestr kitabında 119906-ci səhifəsində qeyd edilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 47,22 kv.m, o cümlədən yaşayış sahəsi 31,22 kv.m olan 2 (iki) otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi 09A2/239 olan arayışa əsasən vərəsəlik hüququ haqıında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən mənzilin üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Daşınmaz Əmlakın Reyestr Nömrəsi **********98-05101-093057-dir. Miras əmlakın ½ hissəsinə Mülkiyyət Hüququ haqqında Şəhadətnamə verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X15 ilə İddiaçı1 01 mart 1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan digər iddiaçılar Əliyeva (Kərimova) Məryəm, İddiaçı3 və cavabdeh Abbasova (Kərimova) Munisə adlarında övladları olmuşdur. X1 Gülnarə Kazım qızı ilə birgə nikahda olduqları vaxt xx.xx.1997-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 86 saylı binanın 74 saylı mənzilini əldə etmişlər. Qeyd olunan əmlaka dair xx.xx.1997-ci il tarixdə reyestr kitabın 798 səhifə 119906 qeydəalma 30/119906 olmaqla, Fərman Kərimovun adına qeydiyyat aparılmışdır. X15 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir və xx.xx.2020-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ № 109756 saylı “ölüm haqqında şəhadətnamə” verilmişdir. Fərman Kərimovun ölümü ilə miras açılmış, mirasın açıldığı yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 86, mənzil 74 olmuşdur. Miras qoyan mərhum Fərman Kərimov xx.xx.2020-ci il tarixdə rəhmətə gedən vaxt miras əmlakın yerləşdiyi ünvanda, onun qanun üzrə birinci növbəli vərəsələrdən İddiaçı1, İddiaçı3 və İddiaçı2 olmuşlar. Ümumi birgə əmlaka dair İddiaçı1 “Mülkiyyət hüququ haqqında” xx.xx.2022-ci il tarixdə şəhadətnamə verilmişdir. Mülkiyyət hüququ haqqında şəhadətnamədə aşağıdakılar qeyd olunmuşdur: “Mən, Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X16 oglu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36.2-ci maddəsinə əsasən 13..1.2020-ci ildə ölmüş X2 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 (AA*******, xx.xx.2022 Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1972) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997 tarixdə X8 verilmiş 30/119906 qeydəalma nömrəsi ilə 798 nömrəli kitabın 119906-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,22 kv.m, yaşayış sahəsi 31.22 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir”. Eyni zamanda 52 saylı Notarial ofis tərəfindən mənzildə qeydiyyatda olma faktını əsas götürərək, xx.xx.2020-ci ildə rəhmətə getmiş X5 miras qalmış Q.Qarayev prospekti, 86-da yerləşən 74 saylı mənzildəki 50 (əlli) faiz miras payda, dörd nəfər vərəsəni bərabər paylarla vərəsə kimi tanımışdır. Notarius xx.xx.2020-ci il tarixdə miras açılmış əmlakda dörd nəfər qanun üzrə vərəsələrə münasibətdə payları ¼ hissədə müəyyən etmiş və mirası qəbul etməmiş bir vərəsəyə münasibətdə, yəni Cavabdeh1 yalnız qeydiyyatda olması faktını əsas götürərək, Notarius bu vərəsəyə münasibətdə və onun ¼ hissədə pay-irs almalı olduğunu əsas götürərək – miras əmlakda ¼ hissədə pay açıq saxlanılmışdır. Hazırda iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 86 ünvandakı 74 saylı (mənzildə) əmlakda açıq saxlanılan ¼ hissə miras pay üzərində, (mirası qəbul etmiş qanun üzrə vərəsələr) İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüquqlarının tanınmasını və miras əmlakda açıq saxlanılan ¼ hissəyə münasibətdə iddiaçılara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, iddiaçılar və cavabdeh mərhum X6 birinci növbədə vərəsələridir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət etmiş və 02 mart 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməsi ilə onlar xx.xx.2020-ci il tarixdə ölmüş X6 vərəsələri miras əmlakdan ¼ hissədə irs almışlar. Lakin digər vərəsə olan, hazırkı iş üzrə Cavabdeh1 münasibətdə qalan ¼ hissə açıq saxlanılmışdır. MM-in: 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Hazırda iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməmiş, həmçinin, mirası əmlakını faktiki qəbul etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən miras əmlakı ilə bağlı hər hansı hərəkət edilməməsi ilə o faktiki olaraq miras əmlakının ona çatası hissəsindən imtina etmişdir. Belə olan halda, cavabdehin payı digər vərəsələrin paylarına mütənasib surətdə əlavə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən miras əmlakında açıq saxlanılan ¼ hissə miras pay üzərində mirası qəbul etmiş qanun üzrə vərəsələr: İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüquqları tanınmalı, həmin miras əmlakında açıq saxlanılan ¼ hissə İddiaçı1, İddiaçı2 qının və İddiaçı3 arasında paylarına mütənasib surətdə bölüşdürülməli və onlara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən miras əmlakında açıq saxlanılan ¼ hissə miras pay üzərində mirası qəbul etmiş qanun üzrə vərəsələr: İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüquqları tanınsın. Həmin miras əmlakında açıq saxlanılan ¼ hissə İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında paylarına mütənasib surətdə bölüşdürülsün və onlara “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar