Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1401/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********71288 Huawei P30 Pro markalı telefon üçün, 739.59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat ödənilməmiş hissə, 73.41 (yetmiş üç manat qırx bir qəpik), xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, X1, İmei Kod **********60486 Huawei P Smart Z markalı telefon üçün 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 8.25 (səkkiz manat iyirmi beş qəpik) manat cərimə olmaqla, ümumilikdə, 910 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei Kod **********71288 Huawei P30 PRO markalı telefon, X1, İmei Kod **********60486 Huaweı P Smart Z markalı telefon almış və nəticədə 910 (doqquz yüz on) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsi xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2019 il tarixli müqaviləsi xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqısatqı qiyməti 1386 (min üç yüz səksən altı) manat (17 ay x 77 manat + 77 manat ilkin ödəniş) əsasən İmei Kod **********71288 Huawei P30 Pro markalı telefon üçün ümumilikdə, 813 (səkkiz yüz on üç) manat olmaqla ondan, 739.59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73.41 (yetmiş üç manat qırx bir qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 597.5 (beş yüz doxsan yeddi manat əlli qəpik) manat (9 ay x 59.75 manat + 59.75 manat ilkin ödəniş) olan X1, İmei Kod **********60486 Huaweı P Smart Z markalı telefon üçün ümumilikdə, 97 (doxsan yeddi) manat olmaqla ondan, 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.25 (səkkiz manat iyirmi beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1155.16 manat təşkil edir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavənin, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavənin son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixləridir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Samsung Led UE32N5300AUXRU, İmei kodu **********60486 Huaweı P Smart Z markalı telefon verilmiş və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********71288 Huawei P30 Pro markalı telefon verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22402846 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə sazişdən görünür ki, xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli müqavilə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə sazişə əsasən restrukturizasiya edilmiş və həmin müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olaraq 59.75 manat ödəniş etməklə, xx.xx.2021-ci il tarixindən başlayaraq hər ayın 22-dən gec olmayaraq 9 ay müddətində hər ay 59.75 manat olmaqla, cəmi 597.47 manat ödəniş etməli və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22402869 nömrəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə sazişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə sazişə əsasən restrukturizasiya edilmiş və həmin müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olaraq 77.00 manat ödəniş etməklə, xx.xx.2021-ci il tarixindən başlayaraq hər ayın 7-dən gec olmayaraq 17 ay müddətində hər ay 77.00 manat olmaqla, cəmi 1.385.98 manat ödəniş etməlidir.
5. xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cəvəlindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 30dan gec olmayaraq 12 ay müddətində hər ay 117 manat olmaqla, cəmi 1,404 manat ödəniş etməli və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cəvəlindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 18-dən gec olmayaraq 12 ay müddətində hər ay 157.5 manat olmaqla, cəmi 1.890.0 manat ödəniş etməlidir. 6.. xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 739.59 manat əsas, 73.41 manat cərimə borcu olmaqla, cəmi 813 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə müqavilə üzrə 88.75 manat əsas, 8.25 manat cərimə borcu olmaqla, cəmi 97 manat, ümumilikdə 910 manat borcu vardır.
8. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
10. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli alqı-satqı müqavilələrinin və xx.xx.2021-ci il tarixli, 22402846 nömrəli və xx.xx.2021-ci il tarixli, 22402869 nömrəli restrukturizasına dair müqavilə və əlavə sazişlərin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi :
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
17. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
18. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cəvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-cu il tarixədək hər ay 117 manat ödəmək şərti ilə ümumi dəyəri 1404 manat, Samsung Led UE32N5300AUXRU, İmei kodu **********60486 Huaweı P Smart Z markalı telefon və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli müqavilə və ayrılmaz tərkib hissəsi olan ödəniş cəvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 157.5 manat ödəmək şərti ilə ümumi dəyəri 1.890.0 manat olan İmei kodu **********71288 Huawei P30 Pro markalı telefon almışdır.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 22402846 nömrəli və xx.xx.2021-ci il tarixli, 22402869 nömrəli restrukturizasiya müqavilələrindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə sazişə əsasən və xx.xx.2020-ci il tarixli müqavilə isə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə sazişə əsasən restrukturizasiya edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə saziş üzrə 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat əsas, 8.25 (səkkiz manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 97 (doxsan yeddi) manat və xx.xx.2020-ci il tarixli tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə saziş üzrə 739.59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat əsas, 73.41 (yetmiş üç manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 813 (səkkiz yüz on üç) manat borcu vardır.
20. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
21. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının ödənilməmiş əsas borca görə xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat və xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə sazişə əsasən 739.59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
23. xx.xx.2019-cu il tarixli, 00997376 nömrəli və xx.xx.2020-ci il tarixli, 20261127 nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cəvəllərinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürümüşdür.
24. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
25. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə sazişə əsasən 8.25 (səkkiz manat iyirmi beş qəpik) manat təşkil edən cərimə məbləğinin 1 manat və xx.xx.2020-ci il tarixli müqaviləsinə isə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə saziş əsasən 73.41 (yetmiş üç manat qırx bir qəpik) manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
26. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
27. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə saziş üzrə 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat əsas, 1 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqaviləsinə isə xx.xx.2021-ci il tarixində 1 saylı əlavə saziş üzrə 739.59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 834.34 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
29. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 1 saylı əlavə saziş üzrə 88.75 (səksən səkkiz manat yetmiş beş qəpik) manat əsas, 1 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli 1 saylı əlavə saziş üzrə 739.59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 834.34 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva