Məhkəmə qərarları › İş №e-2(007)-1401/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1401/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1401/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2023-cü il tarixli, 03694550 saylı müqavilə (LENOVO L3 markalı komputer, WİNDOWS 11 HOME (ALL LANGUAGES)).

2. xx.xx.2023-cü il tarixli, 03694851 saylı müqavilə (İMEİ KODU **********71913 olan SAMSUNG GALAXY A14 markalı telefon).

3. xx.xx.2023-cü il tarixli, 03236666 saylı müqavilə (CASE, İMEİ KODU **********31270 olan SAMSUNG GALAXY A14 markalı telefon).

4. xx.xx.2024-cü il tarixli, 03864784 saylı müqavilə (URBANİSTA Qulaqlıq).

Müqavilələrin predmet-alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2023-cü il tarixli, 03694550 saylı müqavilə üzrə 608,48 manat əsas borc, 182,54 manat cərimə.

2. xx.xx.2023-cü il tarixli, 03694851 saylı müqavilə üzrə 222,50 manat əsas borc, 66,75 manat cərimə.

3. xx.xx.2023-cü il tarixli, 03236666 saylı müqavilə üzrə 341 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 102,30 manat cərimə.

4. xx.xx.2024-cü il tarixli, 03864784 saylı müqavilə üzrə 20,50 manat əsas borc, 6,15 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1573,82 manat borc və 35,74 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03694550 saylı müqavilə üzrə 608,48 manat əsas borc, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03694851 saylı müqavilə üzrə 222,50 manat əsas borc, 11 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03236666 saylı müqavilə üzrə 341 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 17 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03864784 saylı müqavilə üzrə 20,50 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 1275,08 manat vəsait və ödənilmiş 29 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 6,74 manatı İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar