Məhkəmə qərarları › İş №e-2(007)-1428/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1428/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1428/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədriyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "ABC TELECOM” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-"xxxx" MMC Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr: 1.xx.xx.2019-cu il tarixli müqavilə(Gorenje tozsoranı) 2.3012.2019 –cu il tarixli müqavilə(Acer kompüteri,Bloody aksesuar,Sonorous Cable) 3.xx.xx.2020-ci il tarixli müqavilə(Samsung Galaxy A 30s markalı telefon) 4.xx.xx.2020-ci il tarixli müqailə(Samsung Galaxy A 20s markalı telefon) 5.xx.xx.2020-ci il tarixli müqavilə(iPone 11 Pro Max markalı telefon) Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ: 1.xx.xx.2019-cu il tarixli müqavilə üzrə(Gorenje tozsoranı) 186 manat ödənilməmiş hissə,55 manat cərimə. 2.3012.2019-cu il tarixli müqavilə üzrə(Acer kompüteri,Bloody aksesuar,Sonorous Cable) 501 manat ödənilməmiş hissə,149 manat cərimə) 3.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 960 manat ödənilməmiş hissə,288 manat cərimə (Samsung Galaxy A 30s markalı telefon) 4.xx.xx.2020-ci il tarixli müqailə üzrə (Samsung Galaxy A 20s markalı telefon)2243 manat ödənilməmiş hissə,711 manat cərimə 5.xx.xx.2020-ci il tarixli müqavilə üzrə (iPone 11 Pro Max markalı telefon)3440 manat ödənilməmiş hissə,1032 manat cərimə. Tələb olunan ümumi məbləğ-9565 manat borc və 115.65 manat dövlət rüsumu. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini bütün müqavilələrin ödənilməmiş hissəsində qəbul etdi,cərimə borclarının silinməsini xahiş etdi. Sübutlar:Alq-satqı müqavilələri,ödəniş cədvəlləri,əşyanın təhvil-təslim aktları,maliyyə arayışları,dövlət rüsumunun ödənilməsi barədə qəbz,pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərdarlıq məktubu. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsi: 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hər bir müqavilə üzrə iddia tələbini ödənilməmiş hissə(əsas borc)və cərimə hissəsində,elcəcə də dövlət rüsumunun tutulması hissədə əsaslı hesab edir. Cərimə məbləğlərinin hər bir müqavilə üzrə aşağıdakı qaydada azaldılmasını məqsəduyğun hesab edir: 1.xx.xx.2019-cu il tarixli müqavilə üzrə(Gorenje tozsoranı) 55 manat cərimə-10 manat. 2.3012.2019-cu il tarixli müqavilə üzrə149 manat cərimə- 15 manat. 3.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 288 manat cərimə- 20 manat. 4.xx.xx.2020-ci il tarixli müqailə üzrə 711 manat cərimə -70 manat. 5.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1032 manat cərimə- 100 manat. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh "ABC TELECOM” MMC-nin xeyrinə: 1.xx.xx.2019-cu il tarixli müqavilə üzrə 186 manat ödənilməmiş hissə,10 manat cərimə. 2.3012.2019-cu il tarixli müqavilə üzrə 501 manat ödənilməmiş hissə,15 manat cərimə 3.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 960 manat ödənilməmiş hissə,20 manat cərimə 4.xx.xx.2020-ci il tarixli müqailə üzrə 2243 manat ödənilməmiş hissə,70 manat cərimə 5.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3440 manat ödənilməmiş hissə,100 manat cərimə,eləcə də 115.65 manat dövlət rüsumu tutulmalıdır. Qalan hissədə iddia təmin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "ABC TELECOM” MMC-nin xeyrinə: 1.xx.xx.2019-cu il tarixli müqavilə üzrə 186 manat ödənilməmiş hissə,10 manat cərimə, 2.xx.xx.2019-cu il tarixli müqavilə üzrə 501 manat ödənilməmiş hissə,15 manat cərimə, 3.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 960 manat ödənilməmiş hissə,20 manat cərimə, 4.xx.xx.2020-ci il tarixli müqailə üzrə 2243 manat ödənilməmiş hissə,70 manat cərimə, 5.xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3440 manat ödənilməmiş hissə,100 manat cərimə, ümumilikdə 7330 manat əsas borc 215 manat cərimə cəmi 7545 manat borc, eləcə də 115.65 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar