Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1428/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "X1 Olmayan Kredit Təşkilatı” MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - xx.xx.2020-ci il tarixli, OK28870 saylı müqavilə. Müqavilənin predmeti- nisyə alqı-satqı. Tələb olunan məbləğ - 1304,99 manat əsas borc, 416,80 manat cərimə borcu olmaqla, cəmi 1721,79 manat borc və 37,21 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləsi, ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, OK28870 saylı kredit müqaviləsi üzrə 1304,99 manat əsas borc, 90 manat cərimə borcu olmaqla, ümumilikdə 1394,99 manat borc və ödənilmiş 37,21 manat dövlət rüsumunun əvəzi “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1428/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1428/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver