Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1439/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 Camələddin oğlunun, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı İsmayılova Tərı̇ fə İsmayıl qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vəsiyyətnamənin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova Tərı̇ fə İsmayıl qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisi cəlb edilməklə Cavabdeh1 qarşı "vəsiyyətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O ölümündən əvvəl 18 yanvar 2006-cı il tarixində istifadəsində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804 keçid, ev 2 “C” saylı ev və evin yerləşdiyi 8 sot torpaq sahəsinə dair 15 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamədə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804 keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı ev və 4 sot torpaq sahəsini oğlu Cavabdeh2, digər 4 sot torpaq sahəsini oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 15 saylı notariat ofisində tərtib olunmuşdur. Bildirir ki, həmin torpaq sahəsi qardaşı Cavabdeh2 tərəfindən, onun pulu ilə alınmışdır. Qardaşı Cavabdeh2 Rusiya vətəndaşı olduğuna görə torpaq sahəsini atasının adına almışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər (TM. 48.3, 86.4). Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci və Torpaq Məcəlləsinin 245-ci maddələrinə əsasən satılan əmlakdakı daşınmaz əmlaka mülkiyyət hüququ əldə edənə keçir. Lakin Torpaq Məcəlləsinə görə tikililər, qurğular və müəssisələr əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir (Torpaq Məcəlləsinin 88.4-ci maddəsi). Ona görə də, qardaşı Cavabdeh2 torpaq sahəsini atalarının adına almışdır. Bunu bütün ailə üzvüləri bilir. O, Rusiya Federasiyasında işləyərək qazandığı pullarla Bakıda özünə torpaq almışdır.O həmin torpaq sahəsində özünə ümumi sahəsi 86 kv.m olan 1 mərtəbəli, 3 otaqlı ev tikdirmişdir. 01.03. 2007-ci ildə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı Cavabdeh2 adına qeydiyyata alınmışdır. Onun şəxsi mülkiyyətinə olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804 keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı ev xüsusi mülkiyyət hüququ kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahsəli torpağa dair Sabunçu rayon İH-nin xx.xx.2000-ci il tarixli, 1312 saylı sərancamı ilə atasının istifadəsinə verilmişdir. Qardaşı Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804 keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı evi 2022-ci ildə bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. O, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə öz adına evə dair çıxarış almışdır (14.12. 2022-ci il, ********** qeydiyyat nömrəli çıxarış). Onların, yəni 1-ci növbəli vərəsələr olan Teymurun, bacısı Validənin və onun atalarının istifadəsində olan evə və torpaq sahəsinə vəsiyyətnamə qoymasından belə bir vəsiyyətnamə olduğu barədə xəbəri olmamışdır. Teymur Rusiyada idi, onlara isə məlumat verilməmişdir. Yalnız qardaşı Hamlet bunu bilirmiş və o atasına bu vəsiyyətnaməni yazdırmışdır. Onlar atasının ölümündən sonra məlumat alsalar da inanmamışlar. Qardaşı Cavabdeh1 telefon vasitəsi ilə vəsiyyətnamənin surətini Teymura göndərmişdir. 2022-ci ilin sentyabrında Teymur Rusiyadan gəlmişdir. Mərhum X20 ev və torpaq sahəsinə sərancam hüququ olmadan, yalnız istifadəsində olan evi və torpaq sahəsini 2006-cı il 18 yanvar tarixli vəsiyyətnamədə qardaşı Teymurun xüsusi mülkiyyətində olan evi, onun pulu ilə alınmış istifadəsində olan (mülkiyyətində deyil) torpaq sahəsini (Sabunçu rayon İH nin xx.xx.2000-ci il tarixli, 1312 saylı sərancamı) vəsiyyətnaməyə daxil etdiyini və həmin torpaq sahəsinin 400 kv.metr hissəsini digər qardaşı Cavabdeh1 vəsiyyət etmişdir. Ona görə də, bu vəsiyyətnamə etibarsız hesab edilməlidir. Göründüyü kimi, vəsiyyətnamədə qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804 keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı evi və torpaq sahəsinin Cavabdeh2 məxsus olduğunu onlar, bacılar və böyük qardaşı Cavabdeh1 da bilir. Lakin sonuncu etibarsız, qanunsuz olan vəsiyyətnamənin icra olunmasına çalışır. Hazırda həmin ünvanda yerləşən torpaq sahəsində olan ev xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışışa əsasən onun mülkiyyətindədir. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Göründüyü kimi, mülkiyyətçi yalnız mülkiyyətində olan əmlak barədə sərancam verə bilər. Vəsiyyətnamə əqddir, vəsiyyət olunan üçün hüquq və vəzifələr yaradır. Əqdin etibarsızlığına dair mülki qanunvericilikdə nəzərdə tutulan hallar analoji əqdlərə də şamil olunur. Qanunun tələblərinə riayət edilməyən əqd bağlandığı andan etibarsızdır (bu halda əhəmiyyətsizdir). Onu da qeyd etmək lazımdır ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi qanun üzrə vərəsəlik üzrə vərəsələrin hüquqlarını pozmayaraq, onların miras əmlak payı almasına heç bir maneçilik törətməsin. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Qeyd edilənlərə əsasən mərhum X3 tərəfindən 18 yanvar 2006-cı il tarixində istifadəsində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804 keçid, ev 2 “C“ saylı ev və evin yerləşdiyi 8 sot torpaq sahəsi barədə tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən Cavabdeh2 işə cavabdeh kimi cəlb edilmişdir. Cavabdeh1 iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi əsassız irəli sürülmüş, zəruri sübutlar (sənədlər) təqdim olunmamış və iddia tələbinin irəli sürülməsi üçüm nəzərdə tutulmuş müddətlər keçmişdir. Belə ki, iddiaçı digər ailə üzvləri olan bacısı və qardaşı Cavabdeh2 ilə danınmaz olan faktları inkar etməklə onun hüquqlarının pozulmasına, yəni atasının vəsiyyət etdiyi torpaqda olan payını mənimsəməyə çalışırlar. Qeyd etmək istəyir ki, mərhum X3 adı çəkilən vəsiyyətnaməni 08 yanvar 2006-cı il tarixdə (notarial qaydada) tərtib etmiş və bu barədə bütün ailə üzvləri və iddiaçı məlumatlı idi. Bu faktı məhkəməyə dəvət olunan şahidlər X9 və X11 öz çixişlarında təsdiq etmişdirlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, vəsiyyətnamə tərtib olunduğundan 16 il, mirasın açılmasından isə 6 il keçmişdir. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi üzrə iddia müddəti tətbiq edilməsini, iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 Camələddin oğlu xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Məhkəməsi Plеnumunun qеyd еdilən qərаrındа fоrmаlаşdırdığı hüquqi mövqеdən görünür ki, mirаs qоyаn öz sаğlığındа yаlnız mülkiyyətində оlаn əmlаkа dаir vəsiyyətnаmə qoya bilər. Hаzırki işin hаllаrındаn görünür ki, X17 Tеymur оğlu 08 yаnvаr 2006-cı il tаriхdə vəsiyyətnamə qoyarkən nə sağlığında, nə də miras açılanadək, yəni vəfat edənədək nə torpaq sahəsi, nə də həmin torpaq sahəsində tikilən ev onun mülkiyyətində olmamışdır. Bеlə оlаn hаldа, hаzırdа mübаhisələndirilən vəsiyyətnаmə Mülki Qаnunvеriciliyin tələbləri pоzulmаqlа, yəni mirаs qоyаnın sаğlığındа оnа məхsus оlmаyаn əmlаkа dаir tərtib еdildiyindən, həmin vəsiyyətnаmə tərtib еdildiyi аndаn əhəmiyyətsiz оlmuşdur. Cаvаbdеhin nümаyəndəsinin iddiа müddətinin tətbiq еdilməsi bаrədə ərizə vеrməsi dоlаyısı yоllа iddiаnın əsаslı оlduğunu göstərir. Əks təqdirdə, cаvаbdеhin nümаyəndəsi MPM-nin 154-cü mаddəsinin tələblərinə uyğun оlаrаq iddiаyа qаrşı əsаslаndırılmış еtirаz və mülаhizə təqdim еtməklə, iddiаnın əsаssızlığınа dаir fikirlərini ifаdə еdə bilərdi. Bir dаhа hаzırki mübаhisəyə Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü mаddələrinin əlаqəli şəkildə şərh еdiməsin dаir Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Məhkəməsi Plеnumunun 02 аprеl 2021-ci il tаriхli qərаrındа fоrmаlаşdırılmış hüquqi mövqе bахımındаn nəzər yеtirdikdə аydın оlur ki, əhəmiyyətsiz əqdlər üzrə mübаhisələrə iddiа müddəti tətbiq еdilmir. Yаlnız əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yarandığı hаllаrdа, məhkəmələr əhəmiyyətsizliyin təsbiti üçün mübаhisəyə hüquqi qiymət vеrir. Göstərilənlərə əsаsən, cаvаbdеh İsmayılov Hаmlеt İsmayıl оğlunun nümаyəndəsi İbrahimov Аzər Fаmil оğlunun iddiа müddətinin tətbiq еdilməsi bаrədə ərizəsinin nəzərə аlınmаmаsını, iddiаyа mаhiyyəti üzrə bахılаrаq, iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını xahiş etmişdir. Cavabdeh X10 xx.xx.2023-cü il tarixli yazılı izahatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddianı qəbul edir. Belə ki, İddiaçı bacısı, Cavabdeh1 isə onun qardaşıdır. O, bacısı Validə ataları X5 məxsus Nizami rayonunda yerləşən 3 otaqlı mənzildə yaşamışlar. O, yaşamaq üçün Rusiya Federasiyasına gedib, müvəqqətti orada yaşamışdır. Ara-bir Bakı şəhərinə gəlib-getmişdir. Atasına məxsus yaşadıqları 3 otaqlı mənzilin yaşayış sahəsinin məhdudluğuna görə, Bakı şəhərində torpaq sahəsi alıb, özünə fərdi yaşayış evi tikdirmək arzusunda olmuşdur. Fərdi yaşayış evi tikdirmək üçün Rusiya Federasiyasında işləyib, müvəqqəti yaşadığına görə torpaq sahəsini öz adına deyil, atasının adına almağının asan olacağını fikirləşmiş və bu məqsədlə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyətinə atası ilə birgə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2000-ci il tarixli Sərəncamı ilə X3nun adına Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçiddə 800 kv.metr torpaq sahəsi istifadə üçün ayrılmışdır. O, ayrılan torpaq sahəsinə dair rüsumu və digər xərcləri öz vəsaiti hesabına ödəmişdir. Həmin torpaq sahəsini (barı) mərzlə hasara aldırmışdır. Rusiya Federasiyasında işləyib qazandığı pul vəsaiti ilə həmin torpaq sahəsində özünə ümumi sahəsi 86 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi tikdirmişdir. X3 18 yanvar 2006-cı il tarixdə istifadəsində olan 8 sot torpaq sahəsinə və həmin torpaq sahəsində onun tərəfindən, öz vəsaiti hesabına tikdirdiyi üç otaqlı fərdi yaşayış evinə Bakı şəhəri 15 saylı Notariat ofisində təsdiq edilmiş vəsiyyət sərəncamı qoymuşdur. Vəsiyyət sərəncamında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804-cü keçid, 800 kv.metr sahədə yerləşən 2 “C” saylı evin və 4 sot torpaq sahəsinin oğlu Cavabdeh2 (yəni ona), digər 4 sot torpaq sahəsini isə Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 15 saylı Notariat ofisində tərtib və təsdiq edilmişdir. Vəsiyyətnamənin məzmunundan göründüyü kimi, X3 18 yanvar 2006-cı il tarixli vəsiyyət sərəncamını qoyanadək, o, 8 sot torpaq sahəsində öz vəsaiti hesabına bir mərtəbəli, üç otaqlı ümumi sahəsi 86 kv.metr olan fərdi yaşayış evini tikdirmişdir və ev yaşayış üçün yararlı vəziyyətdə olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçiddə istifadədə olan 8 sot torpaq sahəsinin 0,01764 ha hissəsində yerləşən bir mərtəbəli, üç otaqlı 52,6 kv.m yaşayış, 33,4 kv.m.köməkçi sahəsindən ibarət 2 “C” nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixli çıxarışla qeydiyyata alınmışdır. Mərhum X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun, bacıları Tərifə və Validənin atalarının ölüm halı üçün istifadəsində olan 8 sot torpaq sahəsinə və həmin torpaq sahəsində onun tikdirdiyi evə vəsiyyətnamə qoymasından xəbəri olmamışdır. Yalnız qardaşı Hamletin atalarının sağlığında sözügedən vəsiyyətnaməni qoymasından xəbəri olmuşdur. 2022-ci ildə qardaşı Hamlet vəsiyyətnamənin surətini telefon vasitəsi ilə ona göndərmişdir. 2022-ci ilin sentyabr ayında o, Rusiya Federasiyasından Bakı şəhərinə gəlmişdir. Mərhum atası İsmayıl İsmayılovun istifadəsinə 8 sot torpaq sahəsinin ayrılmasında və həmin torpaq sahəsində öz vəsaiti hesabına tikdirdiyi evin tikilməsində bacısı, İddiaçı ona həmişə mənəvi dəstək olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 804-cü keçid, 800 kv.m sahədə yerləşən xx.xx.2007-ci il tarixdən xüsusi mülkiyyətində olan 2 “C” saylı evi bağışlama müqaviləsinə əsasən bacısı, İddiaçı bağışlamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçid, 2 “C” saylı ev Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reestri Publik hüquqi şəxsin 14 dekabr 2022-ci il tarixli çıxarışına əsasən iddiaçının, yəni İddiaçı xüsusi mülkiyyətindədir. X4 18 yanvar 2006-cı il tarixdə qoyduğu vəsiyyətnamədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 804-cü keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı evin və 4 son torpaq sahəsinin ona, digər 4 sot torpaq sahəsinin isə Cavabdeh1 vəsiyyət etməsi, həmin torpaq sahəsində yerləşən 2 “C” saylı evin hazırda İddiaçı xüsusi mülkiyyətində olması, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrində, Müülki Məcəllənin 152-ci maddəsində, eləcə də, “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasınm 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının yaxın qohumlar tərəfindən vəsiyyətnamədən sui-istifadə edib, ona qarşı əsassız mübahisə və tələblərlə hüquqlarını məhdudlaşdırmasınlar deyə bacısı İddiaçı məcburiyyət qarşısında qalıb, məhkəmədə vəiyyətnamənin etibarsızlığına dair iddia qaldırmışdır. Mərhum atası İsmayıl İsmayılovun 18 yanvar 2006-cı il tarixdə istifadəsində olan 8 sot torpaq sahəsinə və həmin torpaq sahəsində onun öz vəsaiti hesabına tikdirdiyi 3 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 804-cü keçid, 800 kv.m sahədə (xüsusi mülkiyyətində) olan 2 “C” saylı evin və 4 sot torpaq sahəsini oğlu Cavabdeh2, yəni ona, digər 4 sot torpaq sahəsinin isə oğlu Cavabdeh1 vəsiyyət etməsinə dair 15 saylı Notariat Ofisində tərtib və təsdiq edilmiş vəsiyyət sərəncamı aşağıdakı əsaslara görə bağlandığı andan etibarsızdır. Belə ki, atası X1, nə 8 sot torpaq sahəsi, nə də onun həmin torpaq sahəsində tikdirdiyi 3 otaqlı (xx.xx.2007-i il tarixdən xüsusi mükiyyətində olmuş), fərdi yaşayış evi üzərində sərəncam vermək hüququ olmadığından, yəni ölməsi halı üçün mirasın kütləsinə daxil olmadığından vəsiyyət sərəncamı qoya bilməzdi. Yəni, vəsiyyətnamə vəsiyyət qoyanın yazılı iradə ifadəsidir. Birtərəfli əqddir. Yəni miras açılanadək atası İsmayıl İsmayılov vəfat edənədək, nə 8 sot torpaq sahəsi, nə də hazırda iddiaçının xüsusi mülkiyyətində olan ev onun mülkiyyətində olmadığından, miras əmlakın kütləsinə daxil olmadığından vəsiyyətnamə etibarsız heab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 Camələddin oğlu iddia tələbini müdafiə edib, iddia tələbini dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər iddiaçının qardaşlarıdır. Tərəflər iki bacı, iki qardaş, ata və ana Nizami rayonunda atasının üç otaqlı mənzilində yaşayıblar. Qardaşı Teymur işləmək üçün Rusiya Federasiyasına gedib və oradan Bakı şəhərinə gəlib-gedibdir. Teymur Bakı şəhərinə gəlib-gedəndən sonra yaşayış sahəsinin məhdudluğunu nəzərə alaraq Rusiya Federasiyasında qazandığı pul hesabına Bakı şəhərində torpaq sahəsi əldə edib özünə fərdi yaşayış evi tikməyi qərara almışdır. Bununla əlaqədar olaraq müvafq icra hakimiyyəti orqanına müraciət edib, ona Rusiya Federasiyasına gedib-gəldiyi üçün atasının adına torpaq sahəsi almaq təklif olunub. Teymur və atası Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ediblər, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 28 dekabr 2000-ci il tarixli Sərəncamı ilə X3nun istifadəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçiddə 0.08 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra Teymur həmin torpaq sahəsində 1 mərtəbəli, 86 kv.metr yaşayış sahəsi tikib. 01 mart 2007-ci ildə Teymur həmin evə dair Daşımaz Əmlakın Dövlət Reyestrindən çıxarış alıb, həmin əmlak xüsusi mülkiyyət kimi onun adına ayrılıb. Mərhum vəsiyyətnamə qoyarkən nə torpaq sahəsi, nə də orada inşa edilən ev onun mülkiyyətində olmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən vəsiyyətnamə fiziki şəxs ölüm halı üçün özünə məxsus olan əmlakını vərəsələr sırasından və yaxud digər insanlar sırasından şəxslərə vəsiyyət qoya bilər. Yəni miras açılanadək xüsusi mülkiyyətində nə torpaq sahəsi, nə də ev olmadığına görə X7 vəsiyyətnamə qoymağa sərəncam verə bilməzdi. Yəni o vəsiyyətnamə bağlandığı andan etibarsızdır. Ona görə də o hüquqi nəticələr yaratmır. Ölən şəxsin sağlığında, vəfatından sonra və hazırda da torpaq Daşınmaz Əmlakın Dövlət Reyestrində hələ qeydiyyata alınmayıb. Teymur 2000-ci ildən əvvəl ölkəy gelib-gətmişdir. İldə 2-3 dəfə bayramlarda Bakı şəhərinə gəlmişdir. Əmlak mərhumun mülkiyyətində olmadığına görə vəsiyyətnamə qoyula bilməzdi, ona görə də vəsiyyətnamə bağlandığı andan etibarsızdır və cavabdeh tərəf iddianı qəbul etməsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddia ərizəsinə etiraz təqdim etməmiş, hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə 14.2-ci maddəsinə əsasən tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar çıxarmalı, 88-ci maddəsinə əsasən sübutları qiymətləndirməlidir. Hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Mülki Məcəllənin 1152-ci maddəsində göstərilir ki, miras əmlakı qoyan o vaxt vəsiyyətnamədə göstərə bilər ki, miras açılanadək (1146-cı maddə) o əmlak onun mülkiyyətində olsun. Bu günədək nə torpaq sahəsi, nə də ev X4 mülkiyyətində deyil. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, vəsiyyətnamə verilən andan etibarsız sayılması mümkün deyil. Qarşı tərəf vəsiyyətnamənin əhəmiyyətsiz olduğunu bildirsə də, vəsiyyətnamənin əhəmiyyətsiz olması üçün ya yalan, ya da uydurma olmalıdır. Vəsiyyətnamə notarial təsdiq olunub, heç bir başqa əqdi pərdələmək məqsədi ilə bağlanmayıb, uydurma deyil. 23 iyun 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirdi, O, Rusiyada yaşayır. Bacısı Tərifənin iddia tələbini qəbul edir. 17 yaşından Rusiyaya gedib-gəlir. Onların 3 otaqlı evləri var idi. O, qardaşı və bacıları hamısı bu evdə yaşamışlar. O vaxt torpağın qiyməti ucuz idi, pul toplamışdır. Ev onun pulu ilə tikilmişdir. O, Hamletə demişdir ki, torpağın bir hissəsini versin, lakin o razılaşmamışdır, o, 3 otaqlı evi də təklif etmişdir, lakin qardaşı razı olmamışdır. O, bütünlüklə tam şəkildə bacının iddiasını qəbul edir. O, yaşamaq üçün Rusiya Federasiyasına gedib, müvəqqəti orada yaşamışdır. Ara-bir Bakı şəhərinə gəlib, getmişdir. Atasına məxsus yaşadıqları 3 otaqlı mənzilin yaşayış sahəsinin məhdudluğuna görə, Bakı şəhərində torpaq sahəsi alıb özünə fərdi yaşayış evi tikdirmək arzusunda olmuşdur. Fərdi yaşayış evi tikdirmək üçün Rusiya Federasiyasında işləyib, müvəqqəti yaşadığına görə torpaq sahəsini öz adına deyil, atasının adına almağının asan olacağını fikirləşmişdir və bu məqsədlə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyətinə atası birgə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2000-ci il tarixli Sərəncamı ilə X3nun adına Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçiddə 800 kv.metr torpaq sahəsi istifadə üçün ayrılmışdır. O, ayrılan torpaq sahəsinə dair rüsumu və digər xərcləri öz vəsaiti hesabına ödəyib və həmin torpaq sahəsini (barı) mərzlə hasara aldırıb. Rusiya Federasiyasında işləyib qazandığı pul vəsaiti ilə həmin torpaq sahəsində özünə ümumi sahəsi 86 kv.metr olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi tikdirib. 2022-ci ilin sentyabr ayının 20-də vəsiyyətnamədən xəbəri olmuşdur. Hamletlə telefonda danışarkən vəkilinin doğum şəhadətnaməsini istədiyini söyləyib, o da bu haldan şübhələnərək vəkillə söhbət etməyi xahiş edib, 1 ay keçib, lakin xəbər olmayıb. Atasının sağlığında onun bu məsələlərdən, vəsiyyətnamədən xəbəri olmayıb. 23 iyun 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, X2 onun qayını idi. 2009-cu ildə onun həyat yoldaşı, mərhumun qardaşı İsmayllov Əli 2009-cu ildə qızlarının adına vəsiyətnamə yazırdı. Bu zaman həyat yoldaşı X17la danışarkən X17 3 il bundan qabaq vəsiyətnamə yazaraq qoyduğunu söylədi. Vəsiyətnamədən elə orada İsmayıl deyəndə çox qohumun xəbəri oldu. Mərhum dedi ki, vəsiyətnaməni 2 oğlunun adına yazmışdır. Orada bağı da qeyd etmişdir. 3 otaqlı evin 2 oğlu arasında bölünməsini istəyir. Ev Bakı şəhəri Nizami rayonunda Neftçilər metro stansiyasının yaxınlığında idi. X17 bunu deyəndə bütün qohumlar, bibi qızları, habelə digər qohumlar- hamısı orada idi, ama Teymur orada deyildi. O zaman Rusiyada idi. İsmayılın qızlarının orada olmasını dəqiq xatırlamır. 23 iyun 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, X2 onun bibisi oğlu idi. Hamlet, Teymur, Tərifə və Validə isə İsmayılın övladları və onun bibisi Göycənin nəvələridir. Teymur pul göndərirdi, Hamlet isə evi tikirdi. İsmayılın uşaqları həmişə mehriban olublar. 2009-cu ildə İsmayılın qardaşı, Teymurgilin əmisi ağır xəstə idi. O, Teymurun atası, anası onun yanına getmişdi. İsmayılın qardaşı öz qızı Samirənin adına evini bağışlamaqla vəsiyyətnamə yazırdı. Bu zaman İsmayılın qardaşı Əli İsmayıldan soruşdu ki, “sən də vəsiyyətnaməni övladların üçün yaz qoy”. Elə bu vaxt İsmayıl dedi ki, o, 3 il bundan qabaq 2006-cı ildə vəsiyyətnaməni hazır edib qoymuşdur. 2013-cü ildə Teymurun və Hamletin bacısı Validə ona dedi ki, atasına de ki, ona bağdan torpaq payı versin, yoldaşı rəhmətə gedib, evini satmaq istəyir. Bunu mərhum İsmayıla deyəndə İsmayılın ona acığı tutdu, dedi ki, o, uşaqlarının arasına ayrı-seçkilik salır. Ondan heç kəs torpaq istəməsin. Ev Teymurun adınadır, torpaq Teymur və Hamletindir. O, öləndən sonra qardaşlar bacılarına torpaq vermək istəsələr verərlər. X17 xəstə olanda da, onların evinə gedəndə də həmişə vəsiyətnamə yazdığını deyirdi. Ev satılsa belə yarısı Hamletin, yarısı da Teymurun olacağını deyirdi. Mərhum İsmayılın vəsiyyətnamə ilə bağlı dediklərini hamı eşitdi. Orada Samirə, Şəhzadə, Samirənin bacısı, İsmayılın qardaşı və digər qohumlar var idi. Həmin vaxt Teymur orada olmayıb. İsmayılın qızları orada yox idi. Vəsiyyətnaməni bağda evində şkafda görmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1312 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Rüstəmov küçəsi, 60 saylı evin 65 saylı mənzilində yaşayan vətəndaş X5 Bakıxanov qəsəbəsi, cənub qərb hissəsində 00/74 saylı 800 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı № 032975 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçid küçəsindəki 3 ptaq, 52,6 yaşayı. Sahəsi, 101,8 ümumi sahəsi olan 2 “C” fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 10 saylı reyestr kitabında 1395 səhifəsində 30/1395 № ilə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. - X7 tərəfindən şəxsən, şahidlər X6 və X8 iştirakları ilə imzalanmış xx.xx.2006-cı il tarixli vəsiyyətnamənin noratial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 Bakı şəhəri, Bakıxanov küçəsi, 804-cü keçid, 800 kv.m sahədə yerləşən torpaq sahəsindən 400 kv.m. sahədə olan 2 “C” saylı evi Cavabdeh2 və qalan 400 kv.m. torpaq sahəsini Cavabdeh1 vəsiyyət edir. Bu vəsiyyətnamə iki nüsxədə tərtib edildi, nüsxənin biri notariat kontorunda saxlanıldı, digəri isə vəziyyət edənə verildi. Bu vəziyyətnamə Bakı şəhəri 15 saylı dövlət notariat kontorunun dövlət notariusu Qurbanov. E.H tərəfindən təsdiq edilib. Vəsiyyətnaməyə Cavabdeh2T şəxsən özü onun iştirakı ilə imza edib. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı № ******* saylı xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçiddə istifadədə olan 0,01764 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 52,6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 33,4 kv.m köməkçi sahədən ibarət 2c nömərli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömərli reyestr kitabının 4153 nömərli vərəqində ********* nömrəsi ilə qeydiyyatda alınmışdır. - Hədiyyə verən Cavabdeh2 ilə Hədiyyə alan İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixıi bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evini bacısı İddiaçı bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsi tərəfindən 23 may 2023-cü il tarixdə verilmiş AZ-İİ № 290015 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 fevral 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 fevral 2017-ci il tarixdə 74 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin atası olan X2 tərəfindən xx.xx.2006-cı il tarixli vəsiyyətnamə ilə X7 Bakı şəhəri, Bakıxanov küçəsi, 804-cü keçid, 800 kv.m sahədə yerləşən torpaq sahəsindən 400 kv.m. sahədə olan 2 “C” saylı evi Cavabdeh2 və qalan 400 kv.m. torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. MM-in: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 1186-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. 1187.1-ci maddəsinə əsasən vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. 1187.2-ci maddəsinə əsasən bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırda isə iddiaçı vəsiyyət edilən torpaq sahəsinin və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X20ın sağlığında və vəsiyyətnamə tərtib edilərkən ona məxsus olmadığını və qardaşı, hazırkı iş üzrə Cavabdeh2 xüsusi mülkiyyətində olan evi, onun pulu ilə alınmış istifadəsində olan (mülkiyyətində deyil) torpaq sahəsini vəsiyyətnaməyə daxil etdiyinindən həmin vəsiyyətnamənin etibarsız olması əsası ilə hazıkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1312 nömrəli sərəncamına əsasən Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Rüstəmov küçəsi, 60 saylı evin 65 saylı mənzilində yaşayan vətəndaş X5 Bakıxanov qəsəbəsi, cənub qərb hissəsində 00/74 saylı 800 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Həmçinin, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı № 032975 saulı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804-cü keçid küçəsindəki 3 otaq, 52,6 yaşayış sahəsi, 101,8 ümumi sahəsi olan 2 “C” fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən vəsiyyətnamənin predmeti olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan 800 kv.metr torpaq sahəsi X2na fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsində yerləşən 2 “C” saylı fərdi yaşayış evi isə X2nun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. MM-in: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 73-cü maddəsində Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1312 nömrəli sərəncamının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq torpaq sahəsindən bir il ərzində üzrlü səbəb olmadan və məqsədi təyinatına görə istifadə edlmədikdə sərəncam öz qüvvəsini itirilmiş hesab edilir. Məhkəmə hesab edir ki, X2 xx.xx.2006-cı il tarixli vəsiyyətnaməni tərtib etməklə, ona məxsus olan torpaq sahəsi və onun mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə sərəncam vermək hüququnu həyata keçirimişdir. Belə ki, Bakı şəhəri, Bakıxanov küçəsi, 804-cü keçid, 800 kv.m sahədə yerləşən torpaq sahəsi mərhumun mülkiyyətində olmasa da, o, torpaq sahəsindən istifadə və ona sahiblik etmişdir. O, həmin torpaq sahəsində mülkiyyət hüququ üzrə əldə etmək üçün “qanuni gözlənti”yə malik olmuşdur. Mərhum həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edərək, üzərində fərdi yaşayış evi inşa etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan 800 kv.metr torpaq sahasi ilə bağlı vəsiyyətnamə tərtib etmək, öz iradəsini ifadə etmək hüququ olmuşdur. Həmin vəsiyyətnamə qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilmişdir. Həmçinin, həmin torpaq sahəsi üzərində yerləşən 2 “C” saylə fərdi yaşayış evi isə X2nun xüsusi mülkiyyəti olduğundan o, həmin əmlak üzərində mülkiyyət hüquqularını müstəqil şəkildə realizə etmək hüququ olmuşdur. Hazırda iddiaçı mərhum tərəfindən tərtib edilmiş vəsiyyətnamənin etibarsızlığı əsaslarını onun vəsiyyətnamədə qeyd edilən əmlaklarla bağlı heç bir hüququnun olmaması ilə əsaslandırsa da, məhkəmə araşdırması göstərilənlərini təkzib etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hazırkı iddianı əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. MM-in: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, hazırda mübahisələndirilən vəsiyyətnamə xx.xx.2006-cı il tarixdə tərtib edilsə də, vəsiyyət edilən əmlaklardan olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alındığından məhkəmə hesab edir ki, o, hazırkı iddia üzrə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Bundan başqa, iş üzrə Cavabdeh2 yazılı izahatında iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 iddia tələbini etiraf etsə də, hazırda mübahisələndirilən vəsiyyətnamə üzrə əmlaklar ona və digər Cavabdeh1 vəsiyyət edilmişdir. Hazırda isə digər Cavabdeh1 iddia tələbini qəbul etməmişdir. Belə olan halda, Cavabdeh2 etirafı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu üçün qəbul olunmamalıdır. MPM-in: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı İsmayılova Tərı̇ fə İsmayıl qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vəsiyyətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsmayılova Tərı̇ fə İsmayıl qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vəsiyyətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1439/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1439/2023
21.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver