Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1466/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməsi tələb olunan əsassız olaraq artıq hesablanmış 901.79 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak qeyri-yaşayış binasıdır. **********00020 saylı, status A, kommersiya-abonent saldosundan görünür ki, sayğac yerləşdirilən ünvandakı cihazlar kombi və restoran plitəsidir. Cavabdehin vəsatəti: Cavabdehin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı qaldırdığı iddia ərizəsi üzrə bildirir ki, iddia ərizəsində göstərilən **********00020 saylı abonent kodu sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-yaşayış obyektıdır (restoran-kafe). Belə ki, abonentlə (**********00020 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə Birlik tərəfindən mütəmadi olaraq iddiaçının istifadəsində qeyri-yaşayış sahəsi təbii qazla təchiz olunur. **********00020 saylı istehlakçı kodunda yaranmış borc məbləğin silinməsi tələbinə dair iddiaçının Nizami rayon məhkəməsində qaldırdığı iddia üzrə aidiyyat pozulmuşdur. Qeyd edilən istehlakçı kodu iddiaçı AGİS proqramında qeyri-əhali (kommersiya) tipli istehlakçılar arasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1,26.1,31.1,31.2, 32.1 və 32.2-ci maddələrini əsas tutaraq mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının etirazı: İddiaçı məhkəməyə cavabdehin vəsatətinə etirazla müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Lələtəpə küçəsi 56A küçəsində yerləşən, ümumi sahəsi 85.50 kv.m olan qeyri-yaşayış sahəsi (köhnə ünvan: Binəqədi ray.,Biləcəri qəs.,Y.Hüseynov küç) tam paylı olmaqla xüsusi mülkiyyətindədir. Sözügedən ünvanda yerləşən qeyri-yaşayış obyekti sayğac: Elster G-6T Dıafraqma № 28100548, **********00020 abonent kodu ilə icarə müqaviləsi əsasında restorant-kafe biznes sahəsində icarəçi tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti üçün istifadə olunmaqdadır. Sözügedən sahibkarlıq fəaliyyəti ilə heç bir iqtisadi əlaqəsi yoxdur. Mülkiyyətçi olaraq icarə müqaviləsi bağlamağı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına dəlalət etmir. Bu sahibkarlıq fəaliyyəti üzərindən iqtisadi gəlir və ya mənfəət əldə etmir. Həmin obyektin mülkiyyətçisi olaraq sadəcə istehlakçıdır. Bunu nəzərə alaraq, müvafiq işin mülki mübahisə olduğunu və məhkəmə aidiyyətinin mülki və prosessual qanunvericiliyin tələbləri gözlənilməklə müəyyən edildiyini düşünür. Yuxarıda qeyd edilən xüsusatlar və müvafiq hüquq normalarının qarşılıqlı təhlili məhkəmə aidiyyətinin düzgün müəyyən edildiyini, müvafiq işin kommersiya mübahisəsi olmadığını, habelə mülki mübahisə olduğundan ümumi məhkəmələrdə baxılmalı olduğunu göstərməkdədir. Cavabdeh Azəriqaz İstehsalat Birliyi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçı, vəsatətə etirazının dəlillərini müdafiə edərək vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək, işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına əsasən: Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyrihökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Məhkəmənin mövqeyi: Məhkəmə vəsatəti, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilməli və iş aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı aydın olmuşdur ki, mülki iş aidiyyət qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Göründüyü kimi, təbii qaz ilə təchiz olunan yer qeyri-yaşayış sahəsi olmaqla, restoran-kafe fəaliyyəti göstərir. İş materiallarından da aydın olur ki, həmin ünvanda yerləşən obyekt restoran plitəsi və kombi ilə təmin edilmişdir. Bundan başqa iddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyini bildirmiş, habelə “Azəriqaz İB” ilə həmin ünvanın qaz ilə təchiz edilməsinə dair bağlanmış müqavilənin digər tərəfi X2 olmuş, sonuncunun (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə almaqla hesab edir ki, sözügedən müqavilə, onu bağlamış tərəfin şəxsi tələbatını ödəmək məqsədi daşımamışdır. Buna görə də, hazırki mülki iş, sahibkarlıq subyektinin öz fəaliyyətini (restoran) həyata keçirməsi üçün qazdan istifadədən irəli gələn mübahisələrə aiddir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulmaqla icraata qəbul edildiyindən hazırkı halda aidiyyət məsələsi həll edilməli, cavabdehin vəsatəti təmin edilməli, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 24.2, 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair e-2(007)-1466/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1466/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1466/2025
14.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver