Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1478/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1143,42 (bir min bir yüz qırx üç manat, qırx iki qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 31,90 (otuz bir manat, doxsan qəpik) manat dövlət rüsumu, ümumilikdə 1175,32 (bir min bir yüz yetmiş beş manat, otuz iki qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Range Rover” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, M.Əliyev küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Range Rover” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1143,42 (bir min bir yüz qırx üç manat, qırx iki qəpik) manat maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə və İAS223146 saylı, xx.xx.2022ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1143,42 (bir min bir yüz qırx üç manat, qırx iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qanunun tələbindən aydın olur ki, əgər ər-arvad birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət hesab olunmasına razıdırlarsa, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmamışdırsa, nikah dövründə əldə edilmiş əmlakın ümumi mülkiyyət olmasını təsdiq edən, notariat orqanı tərəfindən verilmiş nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” adlanan 332-ci maddəsinin birinci bəndindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cəmiyyətdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Range Rover” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus sənədlərin surətindən görünür ki, avtomobilin mülkiyyətçisi yəni, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” X2r. Müvafiq iş üzrə Cavabdeh isə nəqliyyat vasitəsini idarə etmək üçün mülkiyyətçi tərəfindən heç bir etibarnamə verilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə zamanı “Range Rover” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Əlavə olaraq qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin etibarnamə olmadan, yalnız nikah şəhadətnaməsi əsasında idarə edilməsinə qanunvericiliklə icazə verilib-verilməməsi məsələsinə rəsmi mövqe bildirilməsi üçün, tərəflərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə ünvalanmış sorğuya cavab olaraq, xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, AR Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin nəqliyyat vasitəsinin rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak hesab olunması baxımından qeyd olunan maddənin tələbləri nəqliyyat vasitələrinə şamil olunmur və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunması AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi il nəzərdə tutulan məsuliyyəti yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edirəm ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Range Rover” markalı, ** UY *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşə əlavə olunmuş İAS223146 nömrəli sığorta aktının surətindən görünür ki, zərər dəymiş əmlaka “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta ödənişi olan 1143.42 manat ödəniləcək məbləğ qeyd olunmuşdur. İşə əlavə olunmuş "xxxx" AZ MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1143.42 manat təşkil edir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki "xxxx" AZ MMC tərəfindən “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə təhvil verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avtomobil Nəqliyyat İdarəsinin xx.xx.2022-ci il tarixli, 2400-001/0xx-xx/000108 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avtomobil Nəqliyyat İdarəsinə məxsus olan “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobili təmirdən almışlar. Bildirilir ki, gələcəkdə "xxxx" ASC-yə və zərərvuran şəxsə qarşı gələcəkdə heç bir iddiaları olmayacaqdır. İşə əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 1903-10/22 SH nömrəli məktubunun surətindən görünür ki, “Range Rover” markalı, ** UY *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsində “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Bu səbəbdən “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişi Cavabdeh geri alınacaqdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən 370073 nömrəli yol vərəqəsinin surətindən görünür ki, Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil X5 tapşırılmışdır. İşə əlavə olunmuş İXP4849360 saylı, xx.xx.2022-cİ il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-cİ il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh xx.xx.2026-cı il tarixində saat 08:45-də Bakı şəhəri, M.Əliyev küçəsi, Ay işığı dairəsində, “Range Rover” markalı, ** UY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və AR İnzibati Xətalar Məcəlləsinin 3271-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş Vİ-ЖГ seriyalı, 292829 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.1992-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 749 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Paşayeva soyadını qəbul etmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 2/28194 nömrəli tibbi müayinə protokolundan görünür ki, Cavabdeh həmin tarixdə saat 11:38-də keçirilən tibbi müayinəsi zamanı onda sərxoşluq olmadığı müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən 969 manat və 174.42 manat məbləğində pul vəsaiti "xxxx" AZ MMC-nin hesabına ödənilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-150395-1222 saylı Pretenziya məktubundan görünür ki, AR Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin nəqliyyat vasitəsinin rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak hesab olunması baxımından qeyd olunan maddənin tələbləri nəqliyyat vasitələrinə şamil olunmur və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunması AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi il nəzərdə tutulan məsuliyyəti yaradır. İşə əlavə olunmuş AA seriyalı 457443 nömrəli, xx.xx.2003-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21214” markalı, ** JX *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avtomobil Təsərrüfatı İdarəsinin mülkiyyətindədir. İşə əlavə olunmuş BA 181571 nömrəli, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Range Rover” markalı, ** UY *** dövlət nömrə nişanlı avtomobil X1 mülkiyyətindədir. İşə əlavə olunmuş AD 011584 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır və xx.xx.2023-cü il tarixinədək etibarlıdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 31.50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Range Rover” markalı, ** UY *** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən “Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhər DYPİ-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında Qərarda öz əksini tapmışdır. Qüsur aktına və qiymətləndirmə aktına əsasən Vaz 21214” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1143.42 manat ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC 969 manat və 174.42 manat sığorta ödənişini həyata keçirmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi təmin edilməməlidir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarından görünür ki, “Range Rover” markalı, ** UY *** dövlət nömrə nişanlı avtomobil X4 məxsus olmuş və yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu əsasdan sığorta şirkəti subroqasiya qaydasında iddia irəli sürmüşdür. Lakin nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini ehtiva etmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Hazırki iş üzrə Cavabdeh barəsində nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi barədə protokol tərtib edilməsinə baxmayaraq, sonuncu nəqliyyat vasitələri idarə etmək hüququna malik olduğundan, həmin maddənin təsir dairəsinə düşmür. Yalnız avtomobilin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan istismar edilməsi həmin maddənin təsiri altına düşə bilərdi. Toplanmış sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31.50 manat dövlət rüsumu haqqı ödənilmişdir. İddiaçının tələbi təmin edilmədiyindən hesab edirəm ki, iddiaçı tərəfindən ödənilmiş 31.50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh 1143,42 (bir min bir yüz qırx üç manat, qırx iki qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 31,90 (otuz bir manat, doxsan qəpik) manat dövlət rüsumu, ümumilikdə 1175,32 (bir min bir yüz yetmiş beş manat, otuz iki qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh 1143,42 (bir min bir yüz qırx üç manat, qırx iki qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 31,90 (otuz bir manat, doxsan qəpik) manat dövlət rüsumu, ümumilikdə 1175,32 (bir min bir yüz yetmiş beş manat, otuz iki qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1478/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1478/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver