Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1503/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.05.2021-ci il tarixli müqaviləyə əsasən Luna Dolab üçün 1536,4 (min beş yüz otuz altı, qırx qəpik) manat ödənilməmiş hissə, 153,6 (yüz əlli üç, altmış qəpik) manat cərimə borcu, 29.03.2021-ci il tarixli müqaviləyə əsasən, LG Karaoeke cihazı, Sony Microphone üçün 751,2 (yeddi yüz əlli bir, iyirmi qəpik) manat ödənilməmiş hissə, 75,8 (yetmiş beş, səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2517 manat borc, 45,17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.05.2021-ci il və 29.03.2021-ci il tarixli müqavilələrə əsasən Luna Dolab, LG Karaoeke cihazı və Sony Microphone almış və nəticədə 2517 (iki min beş yüz on yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.05.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1586.4 (min beş yüz səksən altı, qırx qəp) manat (24 ay x 66.1 manat + 0 manat ilkin ödəniş) Luna Dolab üçün ümumilikdə, 1690 (min altı yüz doxsan) manat olmaqla ondan, 1536.4 (min beş yüz otuz altı, qırx qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 153.6 (yüz əlli üç, altmış qəp) manat cərimə, 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 751.2 (yeddi yüz əlli bir, iyirmi qəp) manat (24 ay x 31.3 manat + 0 manat ilkin ödəniş) LG Karaoke cihazı, Sony Microphone üçün ümumilikdə, 827 (səkkiz yüz iyirmi yeddi) manat olmaqla ondan, 751.2 (yeddi yüz əlli bir, iyirmi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 75.8 (yetmiş beş, səksən qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 15.11.2019-cu il və 29.03.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 04.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də , qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.05.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən Luna Dolab almışdır. Cavabdeh ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır.; - ABC-Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 29.03.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən LG Karaoeke cihazı, Sony Microphone almışdır. Cavabdeh ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. 21.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.03.2021-ci il tarixli müqavilə üzrə 751,20 manat ödənilməmiş hissə, 75,8 manat cərimə pulu borcu, 03.05.2021-ci il tarixli müqavilə üzrə 1536,4 manat ödənilməmiş hissə, 153,6 manat cərimə pulu borcu olmaqla ümumilikdə 2517 manat borc qalmışdır. - 01.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 45,17 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 03.05.2021-ci il və 29.03.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 03.05.2021-ci il tarixli müqaviləyə əsasən 1536,4 (min beş yüz otuz altı, qırx qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə borcu, 29.03.2021-ci il tarixli müqaviləyə əsasən, 751,2 (yeddi yüz əlli bir, iyirmi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2417 manat borc, dövlət rüsumunun əvəzi olaraq 45,17 manat manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03.05.2021-ci il tarixli müqaviləyə əsasən 1536,4 (min beş yüz otuz altı, qırx qəpik) manat ödənilməmiş hissə, 100 (səksən) manat cərimə borcu, 29.03.2021-ci il tarixli müqaviləyə əsasən, 751,2 (yeddi yüz əlli bir, iyirmi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə olmaqla, ümumilikdə 2437 manat borc, dövlət rüsumunun əvəzi olaraq 45,17 manat İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1503/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1503/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver