Məhkəmə qərarları › İş №e-2(007)-1518/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1518/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1518/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2024-cü il tarixli, 04254080 saylı müqavilə (İmei kodu **********09844 olan Xiaomi Redmi 13C markalı telefon).

2. xx.xx.2024-cü il tarixli, 03668104 saylı müqavilə (İmei kodu **********56462 olan Samsung Galaxy A24 markalı telefon).

3. xx.xx.2024-cü il tarixli, 07201143 saylı müqavilə (İMEİ kodu 56220/64SA02911 olan X1 Pro markalı planşet).

Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2024-cü il tarixli, 04254080 saylı müqavilə üzrə 321,2 manat əsas borc, 96,36 manat cərimə.

2. xx.xx.2024-cü il tarixli, 03668104 saylı müqavilə üzrə 526,3 manat əsas borc, 157,89 manat cərimə.

3. xx.xx.2024-cü il tarixli, 07201143 saylı müqavilə üzrə 644,94 manat əsas borc, 193,48 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1940,17 manat borc və 39,41 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müqavilələr üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 04254080 saylı müqavilə üzrə 321,2 manat əsas borc, 16 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03668104 saylı müqavilə üzrə 526,3 manat əsas borc, 26 manat cərimə, xx.xx.2024-cü il tarixli, 07201143 saylı müqavilə üzrə 644,94 manat əsas borc, 32 manat cərimə borcu olmaqla ümumilikdə 1566,44 manat vəsait və ödənilmiş 31,81 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 7,6 manatı İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar